AXCP ilə “Müsavat” arasında mitinq qalmaqalı böyüyür
22.09.2016 [09:43]
Sosial baza yoxluğu səbəbindən kütləvi aksiyalar keçirməkdən qorxan radikallar 24 sentyabr mitinqindən imtina edilməsinin günahını bir-birlərində axtararaq qarşı tərəfə ən kəskin ittihamlar ünvanlayırlar
Korporativ maraqlar müqabilində xaricdəki anti-azərbaycançı dairələrin danışan dilinə, suflyoruna çevrilən radikal müxalifət düşərgəsində cəm olan partiyaların, marginal qrupların ölkə daxilində hər hansı sosial dayağı olmadığı hər kəsə yaxşı məlumdur. Uzun illərdir ki, radikal müxalifət düşərgəsini özününküləşdirən, xaricdəki bəlli dairələrdən gələn ianələri, qrantları heç kəslə bölüşmək istəməyən AXCP və “Müsavat” kimi partiyalara Azərbaycan cəmiyyətindən hər hansı sosial sifariş olmayıb və yəqin ki, bundan sonra da olmayacaq. Elə sentyabr ayında istər “Milli şura”nın, istərsə də “Müsavat”ın keçirdikləri mitinqlərin olduqca sönük keçməsi deyilənləri bir daha təsdiqləyir. “Milli şura” təmsilçiləri Əli Kərimlinin, Cəmil Həsənlinin, “Müsavat” başqanı Arif Hacılının və digərlərinin nəzarətlərində olan KİV-lərdə, sosial şəbəkələrdə mitinqlərdə “Məhsul” stadionunun aşıb-daşacağını bəh-bəhlə bəyan etmələrinə rəğmən, hər iki qurumun əvvəlcədən ciddi-cəhdlə hazırlaşdığı mitinqlərə qatılanların sayı barmaqla sayılacaq qədər az oldu. Beləliklə, virtual müstəvidə mitinq şousu düzənləyən “Milli şura” və “Müsavat” təmsilçiləri ciddi xəyal qırıqlığı yaşamaq məcburiyyətində qaldılar. Vəziyyəti dəyərləndirən analitiklər bu qənaətdədirlər ki, sentyabr mitinqləri Əli Kərimliyə, Cəmil Həsənliyə, Arif Hacılıya növbəti dərs oldu, onlar baş verənlərdən sonra, yəqin ki, “mitinq”, “kütləvi aksiya” kəlmələrini bir daha dillərinə gətirməyəcəklər.
Bu günlərdə radikal düşərgədə baş verənlər “Milli şura”nın və “Müsavat”ın “Məhsul” stadionunda düzənlədikləri son mitinqlərlə bağlı bütün ölkə miqyasında formalaşan ictimai rəyin özünü doğrultduğunu bir daha təsdiqləyir. Söhbət ondan gedir ki, bəhs olunan “mtinqlər”dən öncə AXCP sədri Əli Kərimli, onun buyruq qulu olan Cəmil Həsənli, “Müsavat”ın qalmaqallı başqanı Arif Hacılı və digərləri bundan əvvəlki mitinqlərin sönük keçməsindən o dərəcədə əndişələniblər ki, bir daha “Məhsul” stadionunun həndəvərinə belə ayaq basmaq istəmirlər. Yaxşı bilirlər ki, stadionda yel vurub yengələr oynayacaq və özləri deyib özləri eşidəcəklər.
Təbii ki, istər AXCP, istərsə də “Müsavat” təmsilçiləri sosial baza yoxluğunun fərqindədirlər. Elə iki partiya arasında 24 sentyabr mitinqi ilə getdikcə şiddətlənən qovğa da buradan qaynaqlanır. Baş verənlərin xronologiyasına nəzər saldıqda bunu aydın sezmək mümkündür. Deməli, “Milli şura” Əli Kərimlinin küyünə gedərək sentyabr ayının 11-də, 17-də və 24-də “Məhsul” stadionunda mitinqlər keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Burada AXCP o məntiq(siz)likdən çıxış edib ki, mitinqlər partiyanın radikal düşərgədə çəkisini artıracaq. Ancaq Əli Kərimlinin hesablamaları özünü doğrultmadı, “mitinq taktikası” fiaskoya uğradı. İki uğursuz cəhddən sonra 24 sentyabrda növbəti mitinqin keçirilməsi “Milli şura”da “lövbər” salmış Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin və digərlərinin daha gülünc vəziyyətə düşməsi demək olardı.
Xaricdəki havadarlarının gözlərində “ucalmaq” istəyən “Müsavat” da mitinqlərlə bağlı xam xəyallar qurmuşdu. Lakin 18 sentyabr biabırçılığından sonra onlar da mitinqdən imtina etmək üçün “dəlil-sübutlar” axtarmağa başladılar. “Müsavat” başqanı Arif Hacılı elə 18 sentyabr mitinqinin tribunasından əbədi rəqibləri olan Əli Kərimliyə, Cəmil Həsənliyə minnət qoyaraq çiyindaşlarını “Milli şura”nın sentyabrın 24-də düzənləyəcəyi mitinqə qatılmağa səslədi.
Əli Kərimli və “Milli şura” artıq bir neçə gündür ki, “Müsavat”ın onların üzərinə “mitinq öhdəliyi” qoymasının təkzibi məqsədilə dəridən-qabıqdan çıxırlar.
AXCP sədrinin müavini Gözəl Bayramlı da KİV-ə açıqlamasında Arif Hacılının fikirlərinə etiraz etdiyini dilə gətirib: “Arif Hacılının bu açıqlamasını doğru hesab etmirəm. “Milli şura” hələ ki rəsmi olaraq 24 sentyabr tarixində mitinq keçirmək haqda qərar qəbul etməyib.
“Müsavat” təmsilçiləri isə israr edirlər ki, “Milli şura”nın belə bir qərarı olub. Partiya sədrinin müavini Elman Fəttah qarşı tərəfin sentyabrın 24-də “Məhsul” stadionunda mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciətinin surətinin sosial şəbəkələrdə yayıldığını bildirib.
Əslində, AXCP ilə “Müsavat” arasında 24 sentyabr mitinqi ilə bağlı yaranan yeni qovğanı “cəbhəçi”lərlə “müsavatçı”lar arasındakı köhnə ədavətin davamı kimi də dəyərləndirmək mümkündür. Hər iki partiya arasında əbədi düşmənçilik münasibətləri yaşandığı heç kəsə sirr deyil. Bu dəfə isə onlar bir-birlərinə “mitinq fəndi” ilə badalaq gəlmək istəyirlər...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18

