Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YUNESKO-da Azərbaycan aşıqlarının çıxışı rəğbətlə qarşılanıb

YUNESKO-da Azərbaycan aşıqlarının çıxışı rəğbətlə qarşılanıb

22.05.2009 [09:58]

YUNESKO Luvr muzeyi, Paris bələdiyyə idarəsi və “La Villette” parkı ilə birlikdə beynəlxalq qurumun mənzil-qərargahında “Dialoq və inkişaf üçün mədəniyyət müxtəlifliyi” beynəlxalq günü çərçivəsində “Mədəniyyət müxtəlifliyi-2009” festivalı keçirib. “Müxtəliflik bayramı” adı altında keçirilmiş konsert-tamaşada 8 ölkənin incəsənət ustaları çıxış ediblər. Proqrama əsasən hər ölkə bir konsert nömrəsi ilə təmsil olunub. Bu il YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün təqdim edilmiş “Aşıq sənəti”nin təqdimatı məqsədi ilə ölkəmizin tanınmış aşıqlarından Samirə Əliyeva, Ramin Qarayev, Nemət Qasımov və Altay Məmmədov tamaşaçılar qarşısında öz məharətlərini nümayiş etdiriblər. Balabanda onları Şirzad Fətəliyev müşayiət edib. Azərbaycan aşıqlarının çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Festivalla əlaqədar buraxılmış kataloqda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva barədə məlumat verilib və fotosu dərc olunub.

Paylaş:
Baxılıb: 1180 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30