/ / Bəzi Qərb dairələri Azərbaycanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçiblər
Bəzi Qərb dairələri Azərbaycanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçiblər
20.09.2016 [10:16]
Azərbaycan xalqı onun milli iradəsinin ifadəçisi olan Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmən dairələrin və onların yerli əlaltılarının layiqli cavabını verir və gələcəkdə də verəcəkdir
Regionun lider dövləti olan Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətlərdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gəlir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu həm də bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, erməni diasporunun təsiri altında fəaliyyət göstərən, həmçinin Azərbaycanın sürətli inkişafından narahat olan bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün “qara piar” kampaniyası həyata keçirməkdədir.
Qərəzli xarici dairələr ölkəmizdə gərginlik yaratmaq istəyirlər
Məlum olduğu kimi, Azərbaycan hazırda mühüm siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ölkəmizdə inkişaf baxımından yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilir. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklər çox mühüm sosial-iqtisadi, siyasi-hüquqi mahiyyət kəsb edir və dövlətin təhlükəsizliyinin daha da gücləndirilməsində vacib rol oynayır. Artıq referendumla əlaqədar təbliğat kampaniyası qanunvericiliyə uyğun olaraq davam edir. Görünən odur ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Konstitusiya islahatlarını dəstəkləyir.
Lakin Azərbaycanın davamlı inkişafını istəməyən bəzi xarici dairələr milli dövlətçiliyimizi yeni keyfiyyət mərhələsinə daşıyacaq ümumxalq səsverməsi ərəfəsində mövcud sabitliyi pozmaq üçün birgə fəaliyyətə keçiblər. ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə süni gərginlik, qarşıdurma yaratmaq üçün birgə plan həyata keçirirlər. Onlar bu məsələdə ölkə daxilindəki radikal müxalifətdən öz məqsədləri üçün alət kimi istifadə edirlər. Təsadüfi deyil ki, radikal müxalifət başçıları Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra “Milli şura” və “Müsavat” mitinq keçirmək barədə qərar veriblər. Xüsusilə, radikal müxalifətin toplaşdığı qondarma “Milli şura” öz ənənəsinə sadiq qalaraq pozucu fəaliyyət göstərir. Bu təşkilatın sıralarında olanlar, xüsusilə AXCP sədri Əli Kərimli xaricdəki anti-azərbaycançı mərkəzlərin sifarişləri və maliyyə dəstəyi əsasında ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışır. Hər zaman erməni lobbisinin və anti-azərbaycançı mərkəzlərin əlində alətə çevrilən Ə.Kərimli çıxışlarında ictimai rəyi çaşdırmağa, xalqı aldatmağa yönəlmiş fikirlər səsləndirir. Eləcə də qondarma “Milli şura”nın sədri Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də bəzi Qərb dairələrinin Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün yenidən hərəkətə keçdiyini sübut etdi.
Azərbaycandakı yüksək tolerantlıq mühiti kimlərin hədəfindədir?
Bütün bunlar anti-azərbaycançı mərkəzlərin ölkəmizə qarşı təxribatlarının bir hissəsidir. Bu dairələr dünyəvi dövlət olan Azərbaycanda radikal dindarlardan istifadə etmək niyyətlərini də ortaya qoyurlar. Bəlli olduğu kimi, Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu siyasət, əsrlərin sınağından çıxmış tolerant mühit, ölkədə mövcud olan sabitlik Azərbaycanı yerləşdiyimiz coğrafiyanın və müsəlman Şərqinin xaoslar, vətəndaş qarşıdurmaları yaşanmayan azsaylı ölkələrindən birinə çevirib. Son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən ictimai-siyasi sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Lakin bütün bunlarla yanaşı, Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb. Fərqli dinlərə mənsub insanların çoxluğu Azərbaycan dövləti və xalqı üçün problem deyil, əksinə, zəngin xəzinədir ki, onu da insanlarımız bu günədək qoruyub saxlayıblar. Məhz bu özəlliyilə Azərbaycan, sözün həqiqi mənasında, dünyanın digər çoxkonfessiyalı ölkələri üçün nümunə təşkil edir.
Təbii ki, ölkəmizdəki bu yüksək tolerantlıq mühiti də Azərbaycanın güclü dövlət olmasını istəməyən xarici dairələri narahat edir. Belə ki, qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal “Müsəlman Birliyi”nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının “Milli şura”nın 11 və 17 sentyabr mitinqlərinə qoşulması, 18 sentyabrda isə “Müsavat”ın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. Bununla yanaşı, AXCP ilə Gülən camaatı arasında illərlə əvvəl yaranmış sıx əlaqələr bu gün də davam edir, FETÖ Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir.
Azərbaycana qarşı aparılan kampaniyada bəzi transmilli media qurumlarından istifadə olunur
Onu da vurğulayaq ki, məlum xarici dairələr Azərbaycana qarşı çirkin niyyətlərini gerçəkləşdirmək və qara piar kampaniyasını davam etdirmək üçün bir sıra transmilli media qurumlarından istifadə edirlər. Buna nümunə olaraq ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq” radiosunun fəaliyyətini göstərmək olar. Belə ki, “Azadlıq” radiosu müasir jurnalistikasının ən elementar şərtlərini, media ilə bağlı qanunvericilik tələblərini, hətta öz nizamnaməsini belə kobud şəkildə pozaraq radikal müxalifətin aksiyalarının həm təbliğatçısı, həm də təşkilatçısı kimi çıxış edir, canlı yayım, iştirakçılardan müsahibələr, sosial şəbəkələrdə aktiv müzakirələr vasitəsilə müxalif kəsimi yönləndirir. Eyni sözləri “Amerikanın səsi”, BBC və “5-ci kolon”un əsas tribunalarından olan “Meydan TV” haqda da söyləmək olar. Həmçinin uzunmüddətli monitorinqlər göstərir ki, Azərbaycan oxucusu və dinləyicisinə ünvanlanan neobolşevik “İskra” və “Pravda”ların fəaliyyəti də yalnız ölkədə vətəndaş-hakimiyyət münasibətlərinin gərginləşməsinə yönəlib.
Radikalların aksiyaları fiaskoya uğradı
Amma anti-azərbaycançı qüvvələrin və onların yerli əlaltılarının ölkəmizə qarşı yönəlmiş fəaliyyəti heç bir nəticə verməyəcək. Elə keçirilmiş üç mitinqin fiaskoya uğraması, 3 milyon əhalisi olan paytaxtımız Bakı şəhərində aksiyalara cəmi 500-800 iştirakçının qatılması radikal antimilli qrupların və onların xaricdəki havadarlarının planlarını alt-üst etdi. Bütün bunların fonunda AXCP sədri Əli Kərimli, “Müsavat”ın keçmiş başqanı İsa Qəmbər və digərləri növbəti dəfə öz riyakar, düşmən simalarını xalqa göstərdilər. Onlar bir daha xaricdə müəyyən dairələrin əlində alət olduqlarını, cəmiyyətimiz tərəfindən heç zaman dəstək almadıqlarını göstərdilər.
Ümumilikdə isə koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antimilli plan iflasa məhkumdur. Bu, son illərin sınağından dəfələrlə çıxıb. Çünki Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və onu hansısa yanlış çağırışlarla aldatmaq mümkün deyil. Azərbaycan xalqı onun milli iradəsinin ifadəçisi olan Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmən dairələrin və onların yerli əlaltılarının layiqli cavabını verir və gələcəkdə də verəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

