Azərbaycan cəmiyyəti Əli Kərimlinin radikal ekstremistləri dəstəkləməsinə etiraz edir
20.09.2016 [10:15]
Sosial şəbəkə istifadəçiləri AXCP sədrini ifşa etdilər
Radikal müxalifət düşərgəsinin sentyabr ayında keçirdiyi 3 icazəli mitinq onların hansı durumda olduğunu aşkar şəkildə ortaya çıxardı. Bir daha bəlli oldu ki, siyasi cəhətdən bitkin durumda olan, xalqdan dəstək ala bilməyən, xarici ermənipərəst mərkəzlərin maddi dəstəyini əldə etmək üçün min bir yola əl atan düşərgə təmsilçiləri mitinqə adam yığa bilməkdə aciz görünürlər. Nəticədə də sosial şəbəkələrdə “minlərdən, on minlərdən” dəm vuranlar reallıqda bir neçə yüz nəfərlik mitinq-şouları ilə üz-üzə qalırlar. Bu da təbiidir. Çünki illərdir milli maraqlarımıza xəyanət edən, düşmənlərlə müttəfiqlik sazişləri imzalayan, ölkəmizin mənafeyinə qarşı ermənilərlə çiyin-çiyinə dayanan radikal düşərgənin əsl siması Azərbaycan cəmiyyətinə yaxından tanışdır.
Yeri gəlmişkən, düşdükləri bu ağır durumdan xilas olmaq, heç olmasa keçirdikləri “mitinq”ə bir neçə yüz nəfəri cəlb etmək üçün isə qondarma “Milli şura” meydanı Taleh Bağırzadənin terrorçu tərəfdarlarının, radikal ekstremist qrupların üzvlərinin hesabına doldurmağa çalışır. “Mitinq”dəki çıxışında terrorçu dəstə başçısı Taleh Bağırzadəyə və onun tərəfdarlarına “salam göndərən”, onlarla “birgə” olduğunu deyən Əli Kərimli bir daha öz kimliyinin üzərinə işıq salır. “Mitinq”də hər dəqiqə “dindarlar”a xitab edən, onları öz ətrafına yığmaq üçün min bir oyundan çıxan Əli Kərimli və digərləri özlərinin ekstremist xislətlərini açmış olurlar. Bir sözlə, xəyanətkar fəaliyyəti ilə ətrafındakı insanların nifrətini qazanan, AXCP-ni özünün şəxsi kooperativinə çevirən Əli Kərimli bu gün açıq şəkildə radikal ekstremistlərin ümidinə qaldığını gizlədə bilmir. Əslində, Əli Kərimlinin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti heç də terroru özünə ideologiya seçmiş ekstremist radikallardan fərqlənmir. Ə.Kərimlinin mahiyyəti məhz terrorizmə, dağıdıcılığa, xaosa söykənir və onun radikal ekstremistlərə çağırış etməsi də məhz bu mahiyyətindən irəli gəlir.
Bu məqamda vurğulamaq lazımdır ki, Əli Kərimlinin dini özünün siyasi alətinə çevirmək cəhdi, eləcə də radikal ekstremistlərə sığınaraq ölkədə qarşıdurmalar yaratmaq istəyi, terror xislətli insanlara açıq dəstək verməsi, mitinqdə dini şüarların tez-tez səsləndirilməsi, terrorçu dəstə başçısı Taleh Bağırzadənin vətəndaş itaətsizliyinə və bölücülüyə xidmət edən çağırışlarının yer aldığı məktubun aksiyada oxunması Azərbaycan cəmiyyətində birmənalı şəkildə etirazla qarşılanır. Hətta sosial şəbəkələrdə insanlar açıq şəkildə buna etiraz edir, Əli Kərimlinin bu addımını növbəti xəyanət adlandırırlar. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, radikal düşərgəyə yaxınlığı ilə seçilən şəxslər belə Əli Kərimlinin bu addımını pisləyir, ona etiraz edirlər. Hər halda bunu sosial şəbəkələrə yazılan şərh və “post”larda müşahidə etmək mümkündür.
Cəmiyyət Əli Kərimlinin radikal ekstremistlərlə işbirliyini pisləyir
Məsələn, sosial şəbəkədə İzzətli Ruslan adlı istifadəçi bildirib ki, müqəddəs dinimizi siyasi alət edə bilmərik. Aynur İmran adlı sosial şəbəkə istifadəçisi də qeyd edib ki, “Din siyasətdən uzaq tutulmalıdır”. Maraqlıdır ki, Əli Kərimlinin yaxını kimi tanınan Qənimət Zahidov da sosial şəbəkələrdə gedən müzakirələrdə həqiqəti etiraf etmək məcburiyyətində qalıb: “Din siyasətə müdaxilə etməməlidir, tamamilə razıyam”.
Sosial şəbəkə istifadəçilərindən Vüqar Mirzəyev isə yazdığı şərhdə Əli Kərimlinin bu addımlarının əsl niyyətini ortaya qoyub: “Milli şura”nın mitinqində dindarların çoxluq təşkil etməsi, dini şüarların səslənməsi, radikal şiələrə yarınmaq cəhdləri açıq-aydın görünürdü. Görünür, məqsəd onların hesabına aksiyanın kütləviliyini təmin etmək olub. Başqa yolla adam yığa bilmirlər”.
Digər bir istifadəçi - Aynur Əsgərova-Mamedova da radikalların dindarlardan istifadə etməyə çalışdığını yazır: “Mən “Milli şura”nın mitinqində dindarların nə qədər çox olduğunun şahidiyəm. Bu isə ona əsas gətirir ki, özlərinin mitinqə adam yığmağa qüvvəsi yoxdur. Buna görə də dindarlardan istifadə edirlər”.
Başqa bir şəxs Kamilə Əliyeva isə orijinal təklifi ilə seçilib: “Məsləhət görərdim növbəti mitinqdə Əli Kərimli başına molla papağı qoyub, moizə də oxusun. O zaman daha maraqlı olar”.
Sosial şəbəkə istifadəçisi Nərgiz İsmayılova isə Taleh Bağırzadənin radikal düşərgə tərəfindən qəhrəman kimi təqdim olunmasına etiraz edib: “Milli şura”nın mitinqində hər çıxışdan sonra “Allahu Əkbər” deyirdilər. Mitinq təşkilatçıları bu dəfə də radikal dindarları özlərinə tərəf çəkdilər. Onlar Taleh Bağırzadəni az qala “milli qəhrəman” kimi təqdim etməyə çalışdılar”.
Yeri gəlmişkən, sosial şəbəkə istifadəçiləri radikal düşərgə təmsilçilərinin mitinqlərə adam toplaya bilmədiklərini də vurğulayırlar. Məsələn, Ayla Həşimova adlı sosial şəbəkə istifadəçisi yazıb ki, “əgər “Milli şura”nın mitinqində dindarlar olmasaydı, çox az adam olacaqdı. Demək ki, AXCP artıq mitinqlərinə adam toplaya bilmir. İnsanların onlara inamı qalmayıb. “Milli şura”da təmsil olunanların çoxu bir vaxt bu hakimiyyətə tərif yağdıranlar olublar”.
Sabir Hüseynov isə Əli Kərimlinin yaxını olan Qənimət Zahidə yazdığı şərhlə bağlı sual ünvanlayıb: “Qənimət Zahid də şərhdə qeyd edib ki, “Din siyasətə müdaxilə etməməlidir, tamamilə razıyam”. Bəs mitinqdə həbsdə olan Hacı Talehin müraciətini niyə oxuyurlar? İndi desinlər görək Hacı Taleh dindardı, ya siyasətçi?”
Radikal düşərgənin sosial şəbəkədə fəaliyyət göstərən “şər-böhtan komandası” isə bu haqlı narazılıqlara qarşı arqument səsləndirə bilmirlər. Onlar Əli Kərimlinin radikal ekstremistlərə yarınmaq üçün dindən siyasi alət kimi istifadə etməsini açıq dillə ifadə edənləri yalançı profil - “troll” adlandırırlar. Amma sosial şəbəkə istifadəçiləri trollardan məhz AXCP sədri Əli Kərimlinin istifadə etdiyini faktlarla ifşa ediblər. Təhminə Əliyeva adlı istifadəçi bildirib ki, “siz, ümumiyyətlə, “troll”un mənasını bilirsiniz? Facebook ünvanınızda qeyd olunur ki, AXCP-də işləyirsiniz. O zaman rəhbərliyinizə çatdırın ki, real facebook profilləri onlara əks şərh yazdıqları üçün block eləməsinlər. Şəxsən məni Əli Kərimli, “Azadlıq” qəzeti facebook səhifələrində real profilimi “block” etdikləri üçün yenisini açıb yenə də öz fikrimi yazıram. İndi buna da mı “trolluq” deyəcəksiz?”
“Müsavat”çılarla AXCP üzvləri sosial şəbəkələrdə qarşılıqlı təhqirlər yağdırırlar
Onu da qeyd etmək lazımdır ki, sentyabrın 11-i, 17-si və 18-də keçirilən “mitinq”lərin ardından sosial şəbəkələrdə radikal düşərgə təmsilçiləri arasında yenidən qarşıdurmalar başlayıb. Belə ki, Müsavat Partiyasının sentyabrın 18-də mitinq keçirəcəyini bilə-bilə AXCP-nin sentyabrın 17-də mitinq təşkil etməsi, eləcə də AXCP üzvlərinin “Müsavat”ın mitinqində iştirak etməmələri birincilər tərəfindən “xəyanət” kimi qiymətləndirilib. Vurğulamaq yerinə düşər ki, yazılan şərhlərdə və “post”larda yenidən qarşılıqlı ittihamlar səsləndirilir. Məsələn, Təhminə Əliyeva yazıb ki, “sonuncu mitinq bir daha onu göstərdi ki, Əli Kərimli öz xain xislətindən əl çəkməyib. Müsavatçılar 17 sentyabr “Milli şura”nın mitinqinə dəstək verdikləri, gedib mitinqdə iştirak etdikləri halda, cəbhəçilər 18 sentyabr Müsavatın mitinqinə dəstək vermədilər, mitinqə gəlmədilər”.
Yazdığı şərhdən AXCP üzvü olduğu anlaşılan Zamin Babayev adlı istifadəçi bunun səbəbini fərqli istiqamətlərə yozmağa çalışsa da, Vüqar Mirzəyev adlı istifadəçi səslənən fikirləri bəhanə adlandırıb: “Bəhanəyə bax. Axı iddia edirsiniz ki, cəbhəçilərin sayı minlərlədir”.
Kamil Xəlilbəyli adlı sosial şəbəkə istifadəçisi isə sentyabrın 18-də “Müsavat”ın mitinqində iştirak edən digər təşkilatların üzvlərini öz adlarına çıxmaq istəyib. Təbii ki, bu da qarşı tərəfin etirazına səbəb olub. Kamal Zeynallı adlı istifadəçi cəmisi 6 nəfər AXCP üzvünün mitinqə gəldiyini qeyd edib. Kamil Xəlilbəyli “Müsavat”ın sentyabrın 11-də və 17-də “Milli şura”nın mitinqində iştirak edən funksionerlərini təhqir edib: “Yalan danışmayın. Siz altı nəfərini tanıyırsınız. O zaman mən də deyim ki, 11 sentyabrda Sünbülağa, 18 sentyabrda da Elman Məddah (Fəttah-P.S) var idi, sadəcə, Müsavatdan”. O, Müsavat Partiyasını da hədəfə alıb: “Müsavat deyil bunlar. Artıq tək adı var - İSAVAT. Mitinq-mitinq deyirdilər. Bu, mitinqiniz. İt kimi peşman olublar “Milli şura”dan çıxdıqlarına”.
Göründüyü kimi, radikal düşərgənin adıçəkilən mitinqləri keçirməyinin əsl niyyəti məhz bu yazılanlardan bəlli olur. Əslində, radikal azlıq, sadəcə, belə mini-aksiyalarla öz varlıqlarını sübut etməyə çalışır, gündəmə gəlməyə niyyətlənir və ermənipərəst mərkəzlərdən pul umurlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

