Bakıda İƏT-ə üzv ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclası keçirilib
22.05.2009 [09:55]
İclas iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Qonaqlar oradan Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyası iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin direktoru Metin Genckolun rəhbərliyi ilə bu qurumun nümayəndə heyəti, həmçinin İƏT-ə üzv ölkələrin - Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və özbəkistanın özəlləşdirmə qurumlarının rəhbərləri və nümayəndə heyətləri, İƏT üzvü olan dövlətlərin Bakıdakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycannda fəaliyyət göstərən yerli və xarici iş adamları iştirak ediblər.
Tədbirin keçirilməsindən əsas məqsəd İƏT ölkələri arasında özəlləşdirmə sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, onların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi ilə bağlı məlumatlandırılması və bir sıra ölkə üzrə təqdimatların müzakirəsindən ibarət olub.
İclas iştirakçıları əvvəlcə Azərbaycanda özəlləşdirilmiş müəssisələrin fəaliyyəti və onların dirçəldilməsi tədbirləri nəticəsində əldə olunmuş inkişaf göstəricilərindən bəhs edən fotosərgi ilə tanış olublar. Həmçinin, qonaqlara Azərbaycanda özəlləşdirilmiş müəssisələrin informasiya kataloqu təqdim edilib.
Beynəlxalq tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, iclas hər bir iştirakçı ölkə üçün qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmaqla yanaşı, dövlətlərimizin hazırkı inkişafı ilə bağlı daha geniş və faydalı məlumatlar əldə etməyə imkan verəcək. Azərbaycanın bugünkü inkişaf tempi haqqında geniş məlumat verən K.Həsənov, həmçinin özəlləşdirmə sahəsində dövlət siyasəti, komitənin sturukturu, vəzifə və funksiyaları, özəlləşdirmənin üsulları barədə söz açmış, bu istiqamətdə qazanılan uğurları xatırladıb, perspektiv vəzifələri vurğulayıb.
İƏT Katibliyinin direktoru Metin Genckol tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib, ölkəmizə hər səfərində daha yüksək inkişaf tempinin, iqtisadi uğurların artmasının şahidi olduğunu diqqətə çatdırıb.
Qonaq əmin olduğunu bildirib ki, iclasda müzakirə edilən məsələlər özəlləşdirmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində irəliyə doğru addım olacaq.
Daha sonra İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları təmsil etdikləri ölkələrdə həyata keçirilən özəlləşdirmə prosesi barədə məlumat veriblər. İclas çərçivəsində özəlləşdirmə və özəl sektorun inkişafı üzrə mayın 20-də keçirilmiş Yüksəksəviyyəli Ekspertlər Qrupunun 3-cü iclasının hesabatı nəzərdən keçirilmiş və qiymət verilib.
Həmçinin, iclasda İƏT-in özəlləşdirmə saytının yaradılmasına dair fəaliyyət planı müzakirə olunub. Bildirilib ki, üzv dövlətlərin özəlləşdirmə qurumları haqqında geniş məlumatın yerləşdiriləcəyi saytda hər bir ölkəyə aid özəlləşdirmə qanunvericiliyi, özəlləşdirmənin üsulları, bu prosesi həyata keçirən qurumlar haqqında dolğun informasiyalar toplanacaq.
İclasın sonunda İƏT-ə üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclasının Bakı Bəyannaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

