Səfir: Sevindirici haldır ki, İran və Azərbaycan mediası arasında birbaşa əlaqələr yaranıb
09.09.2016 [10:17]
Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın bir sıra KİV nümayəndələri iştirak edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb. Mətbuat Şurasının əsas vəzifələri haqqında ətraflı məlumat verən Ə.Amaşov bildirib ki, bu gün ölkəmizdə 40 qəzet, 10 telekanal, 15 regional televiziya və radio fəaliyyət göstərir. Bununla yanaşı, ölkə əhalisinin 80 faizi internetə çıxış əldə edib və vətəndaşlarımız söz azadlığından istifadə etməklə fikirlərini sosial şəbəkələrdə maneəsiz bölüşə bilirlər.
Ə.Amaşov Azərbaycan ilə İran arasında əlaqələrin tarixinə nəzər salaraq deyib: “Bu gün ölkələrimiz arasında əlaqələr hərtərəfli inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də İran İslam Respublikası olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra iki ölkə arasındakı münasibətlər intensiv məcraya qədəm qoyub. Prezident İlham Əliyevin hakimiyyəti dövründə qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir. Düşünürük ki, mövcud prosesə media əməkdaşlığı müstəvisində də adekvat mövqe ortaya qoyulmalıdır”.
Azərbaycan və İran mediası arasında əlaqələrin inkişafından danışan Mətbuat Şurasının sədri vurğulayıb ki, son illərdə media təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunub. Bu səfərlərin intensivləşdirilməsi, habelə iki ölkə jurnalistlərinin birgə konfranslarının təşkili, sərhədyanı bölgələrdə görüşlərinin, müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulur.
Sədr əlavə edib ki, İran və Azərbaycan mediası arasındakı əməkdaşlıq səfir M.Pakayinin diplomatik fəaliyyəti dövründə özünün ən yüksək pilləsinə çatıb. Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətlərində göstərdiyi bu xidmətlərə görə səfirin Mətbuat Şurasının fəxri diplomu ilə təltif edilməsi qərara alınıb.
Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu M.Pakayinə təqdim edib.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin çıxış edərək mətbuatın artan rolundan danışıb. Səfir qeyd edib ki, bu gün media dünyada sülh və əmin-amanlığın bərqərar olmasında əvəzsiz rol oynayır.
“Hazırda Azərbaycan və İran münasibətləri ən yüksək səviyyədədir. İki ölkə bütün sahələrdə bir-birini dəstəkləyir. Ölkələrimiz regionda sülh və sabitliyin bərqərar olması üçün eyni mövqedən çıxış edirlər. Bu sahədə medianın da rolu xüsusi vurğulanmalıdır. Səfir olduğum müddətdə çalışmışam ki, hər bir sahədə, o cümlədən media sahəsində əlaqələrimiz maksimum inkişaf etsin. Sevindirici haldır ki, iki ölkənin mediası arasında birbaşa əlaqələr yaranıb. Bu gün İranda Azərbaycanın AZƏRTAC, Trend və APA informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət göstərir. Həmçinin Azərbaycanda İran Radio və Televiziya Təşkilatının və İRNA xəbər agentliyinin nümayəndəliyi yaradılıb. Media sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni layihələr də həyata keçirilməlidir”, - deyə diplomat vurğulayıb.
Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu İran və Azərbaycanın media kontekstindəki əlaqələrindən və yaxın perspektivlərindən danışıb. Bildirilib ki, media sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur və bu əlaqələr gələcəkdə də davam etdirilməlidir. H.Babaoğlu Azərbaycan-İran əməkdaşlığı timsalında regional inkişafın yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıraraq medianın buna uyğun fəaliyyət göstərməsinin zəruriliyini bildirib.
Tədbirdə Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Assa irada” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları belə görüşün təşkil olunmasını media əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi xarakterizə edərək, mətbuatın ortaq mövqelərin təbliğindəki səfərbəredici missiyasını səciyyələndirən cəhətlərə toxunublar.
Çıxışlarda media sahəsindəki əməkdaşlıqdan əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və ortaq problemlərə vahid prizmadan yanaşılmasının vacibliyini diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

