Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın internet saytının təqdimatı keçirilib

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın internet saytının təqdimatı keçirilib

20.05.2009 [09:59]

Dünən Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın internet saytının - (www.xaricdetehsil.edu.gov.az) təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, internet saytı Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq təhsil alanlar və seçim qaydaları barədə ictimaiyyəti məlumatlandırmaq, xarici ölkələrin ali məktəblərindən məzun olanların işlə təmin olunmaları məqsədi ilə yaradılıb. Bu elektron bazada dövlət proqramına aid normativ sənədlər toplusunun dərc edilməsi, xarici ölkələrin ali məktəblərinə qəbul haqqında elanların yerləşdirilməsi, təhsil alanların təhsil aldıqları ölkə, məktəb, ixtisas, təhsil pilləsi, təhsilə başlama və məzun olma müddətləri haqqında ətraflı məlumatların əks olunması, məzunlar və yaxın müddətdə məzun olacaq tələbələr barədə məlumatların yerləşdirilməsi nəzərdə tutulub. Nazir deyib ki, hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 17 ölkəsinin yüksək reytinqə malik olan 81 ali məktəbində Azərbaycan üçün prioritet ixtisaslar üzrə 186 nəfər gənc təhsil alır. ümumilikdə isə hazırda dövlət xətti ilə xarici ölkələrdə 1000-ə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Bu il isə Dövlət Proqramı vasitəsilə 200 gəncin xarici ölkələrdə təhsil almağa göndərilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 1192 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30