Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət həyata keçirir
19.08.2016 [12:35]
Prezident İlham Əliyev: ...Bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir
Hazırda Azərbaycanı beynəlxalq münasibətlər sistemində səciyyələndirən əsas cəhətlərdən biri ölkəmizin milli mənafeyə əsaslanan müstəqil xarici siyasət yürütməsidir. Azərbaycan iqtidarı ölkənin strateji inkişaf hədəflərini, o cümlədən də xarici siyasətini məhz milli maraqlara uyğun müəyyənləşdirib və ölkəmizin, xalqımızın maraqlarını yüksək səviyyədə təmin etmək üçün daim qətiyyət nümayiş etdirir.
Respublikamızın ardıcıllıqla həyata keçirdiyi uğurlu xarici siyasət Prezident İlham Əliyevin müəyyənləşdirdiyi belə bir fundamental amilə əsaslanır ki, ölkələr, xalqlar arasında münasibətlər və müxtəlif əməkdaşlıq formatları bərabərlik və qarşılıqlı faydalılıq kimi prinsiplər əsasında qurulmalıdır. Azərbaycan da özünün xarici siyasətində məhz bu mövqedən çıxış edərək regional və qlobal əməkdaşlığa, dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda söylədiyi nitqində ölkəmizin xarici siyasətinin prioritetlərini xatırladaraq vurğulayıb ki, biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq: “...Bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur”.
Müstəqil xarici siyasət Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu aktora çevrilməsini təmin edib
Azərbaycanın davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət, ölkələrin, xalqların yaxınlaşması naminə göstərdiyi səylər bütün dünyada respublikamıza böyük hörmət qazandırıb. Azərbaycanın qısa müstəqillik tarixində əldə etdiyi ən böyük uğurlarından biri ölkəmizin beynəlxalq imicinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü praqmatik siyasət Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu aktora çevrilməsini təmin edib. Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri ilə sıx əlaqələr qurmağa müvəffəq olub. Azərbaycan əksər beynəlxalq təşkilatların, o cümlədən də BMT-nin, Qoşulmama Hərəkatının və digər nüfuzlu qurumların üzvüdür. Ölkəmiz 2001-ci ildən Avropa Şurasında təmsil olunur. Əksər Avropa qurumlarında təmsil olunan ölkəmiz, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynayaraq qurum ölkələri arasında əməkdaşlığın dərinləşməsinə özünün sanballı töhfələrini verir. Azərbaycanın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi də tarixi hadisədir. Ölkəmiz BMT TŞ-yə qeyri-daimi üzvlüyü dövründə iki dəfə quruma uğurla sədrlik edib. Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında söylədiyi nitqində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizə göstərilən böyük ehtiramın əlaməti kimi səciyyələndirib: “Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu”.
Azərbaycan həm Avropa İttifaqı, həm də İƏT ölkələri ilə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir
Azərbaycanın milli maraqlara əsaslanan uğurlu xarici siyasətindən söhbət açarkən son illərdə ölkəmizin Avropa üçün əhəmiyyətinin daha da artmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Prezident İlham Əliyev Macarıstan Milli Televiziyasına müsahibəsində bu cəhətə bir daha diqqət çəkərək vurğulayıb: “Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə olan təmaslarımda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm. Çünki enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi əlaqələr - bütün bunlar strateji əməkdaşlıq üçün əsas təşkil edir”.
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərinin dərinləşməsi ölkəmizin qlobal əməkdaşlığına yaxşı nümunədir. Diqqəti çəkən əsas məqamlardan biri isə bu əməkdaşlığın getdikcə daha çox dərəcədə real müstəviyə keçməsi, yeni, daha önəmli və perspektivli sahələri də əhatə etməsidir. Yuxarıda haqqında bəhs olunan müsahibəsində Prezident İlham Əliyev Avropa İttifaqının öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirdiyinə diqqət çəkərək Azərbaycanın da bu qurumla yaxınlaşmaq niyyətini bir daha ifadə edib: “Biz Avropa İttifaqına yaxın olmaq istəyirik. Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir. Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd etməlidir, o cümlədən də Azərbaycan”.
Azərbaycan iqtisadi və siyasi müstəvilərdə əlaqələr qurduğu bütün tərəfdaşları kimi, Avropa İttifaqı ölkələri ilə də məhz praqmatik, qarşılıqlı faydalı əməkdaşlıq zəminində yaxınlaşmağa can atır. Prezident İlham Əliyev irəli getmək üçün bunun ən yaxşı yol olduğunu vurğulayaraq deyib: “Bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək üçün ən yaxşı yoldur”.
Qarşılıqlı maraqların geniş spektrini nəzərə aldıqda Azərbaycanla Avropa İttifaqı ölkələrinin əməkdaşlığının geniş perspektivləri nikbinlik doğurur. Siyasi maraqlarla yanaşı, iqtisadi sahədə də Azərbaycanla Avropa İttifaqı ölkələrini ortaq məxrəcə gətirən çağırışlar kifayət qədər çoxdur. Hazırda Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının üzvü olan 8 ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Son illərdə enerji təhlükəsizliyi Avropa üçün vacib, həyati əhəmiyyətli məsələyə çevrilib. Öz iqtisadi təhlükəsizliyini maraqlı tərəflərin siyasi təzyiqlərinin asılılığından qurtarmağı hədəfləyən Avropa enerji daşıyıcılarının idxalı marşrutlarının geniş və etibarlı diversifikasiyasına nail olmağa çalışır. Karbohidrogen ehtiyatları ilə zəngin olan və geniş tranzit imkanlara malik Azərbaycan Avropanın həyati tələbatını qarşılamağa hazır olan ölkədir.
Paralel şəkildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrlə münasibətlərin daha da dərinləşməsinə böyük önəm verir. Ölkəmiz İƏT-in tədbirlərində fəal şəkildə iştirak edir. Prezident İlham Əliyev İƏT-in cari ilin birinci yarısında Türkiyədə keçirilən son Zirvə görüşü çərçivəsində bir sıra tədbirlərdə fəal iştirak edib və yeni təşəbbüslər irəli sürüb. Xatırladaq ki, 2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
Azərbaycanın İƏT üzvü olan ölkələrlə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verməsi təsadüfi deyil. İlk növbədə, İƏT ölkələri ilə Azərbaycanı sıx mənəvi, tarixi əlaqələr bağlayır. Ölkəmiz qurumda təmsil olunan çoxlu sayda dövlətlə eyni coğrafiyanı paylaşır. Bundan başqa, İƏT ölkələri beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına ciddi dəstək nümayiş etdirirlər. İƏT-in Türkiyədə keçirilən son Zirvə görüşündə qəbul edilən qətnamədə də Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təcavüzkarlıq siyasəti, aprel ayında qoşunların təmas xəttində törətdiyi təxribatlar qətiyyətlə pislənilib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində İƏT ölkələri ilə əlaqələrin gücləndirilməsinə diqqət çəkərək deyib: “Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Beynəlxalq arenada, BMT-də bizi ən çox dəstəkləyən məhz müsəlman ölkələridir, biz də onları dəstəkləyirik”.
Azərbaycanın liderliyi ilə formalaşan üçtərəfli əməkdaşlıq formatı region dövlətlərinin səylərinin ümumi məqsədlərə yönəldilməsinə yeni imkanlar açıb
Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşündə regionda yeni əməkdaşlıq formatının əsası qoyulub. Azərbaycanın dövlət başçısı İlham Əliyevin liderliyi ilə formalaşan əməkdaşlıq formatı region ölkələri arasında qarşılıqlı etimad mühitinin dərinləşməsi baxımından böyük önəm daşıyan yeni bir platformadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev üçtərəfli Zirvə görüşündəki çıxışında Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda bir araya gəlmələrini tarixi hadisə kimi səciyyələndirib. Azərbaycanın dövlət başçısı əminliyini ifadə edərək vurğulayıb ki, Zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir.
Qeyd edək ki, Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısıdır. Yeni yaradılan Azərbaycan-İran-Rusiya formatı, hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib birliklərdir.
Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Yeni əməkdaşlıq formatı regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq.
Azərbaycan, İran və Rusiya arasında yeni əməkdaşlıq formatının yaranmasını şərtləndirən başlıca amil bu ölkələr arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi və xoş münasibətlərdir. Hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Azərbaycanın həm İran, həm də Rusiya ilə dostluq əlaqələri son illərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Bununla Azərbaycan bir daha göstərib ki, beynəlxalq hüquq normalarına, ədalətə və ölkənin milli maraqlarına əsaslanan müstəqil siyasət aparır. Ermənistan istisna olmaqla qonşularla yaxın əlaqələr Azərbaycanın milli maraqlarına tam cavab verir. Prezident İlham Əliyev üç dost ölkə arasında əlaqələrin geniş məzmunu barədə söhbət açaraq bildirib: “İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

