Ramil Həsənov: Türk Şurası yaxın vaxtlarda BMT yanında müşahidəçi statusu ala bilər
24.08.2016 [09:47]
Avqustun 23-də Türk Şurasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurumun baş katibi Ramil Həsənov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb. O bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) üç ildir BMT yanında müşahidəçi statusunu almaq üçün müraciət edib. Təəssüf ki, bir neçə ölkə altıncı komitədə Türk Şurasının üzvlüyünə etiraz etdiyi üçün bu, baş tutmayıb. Ümid edirik ki, yaxın aylarda bu məsələ həllini tapacaq.
R.Həsənov, həmçinin məlumat verib ki, sentyabrın 20-25-də Türk Şurası BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü təşkil edəcək. Dörd ölkənin xarici işlər naziri artıq iştirakını təsdiqləyib. Bundan başqa, Bişkekdə Türk Şurasının sammiti keçiriləcək. Sammitin əsas müzakirə mövzuları gənclərlə iş, terrorizmə qarşı birgə mübarizə olacaq. Tədbirdə Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Türk Şurası qardaş ölkəyə açıq dəstəyini bəyan edəcək. Eyni zamanda, Türk Şurasına üzv ölkələrin beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə dair məsələlər müzakirə ediləcək.
Türkdilli ölkələrin dövlət başçılarının altıncı zirvə görüşünün bu il Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacağını bildirən R.Həsənov yeddinci sammitin 2017-ci ildə Bakıda keçiriləcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Həsənov bildirib ki, Türk Şurasına üzv ölkələr bu münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. BMT-nin qətnamələrində də bu torpaqları işğal olunan ərazilər kimi qeyd edilir. Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır və münaqişə Helsinki Yekun Aktında göstərilən müddəalar əsasında həllini tapmalıdır.
Ramil Həsənov Türkdilli ölkələrin tarixinə dair ümumi dərslik üzərində işin başa çatdırıldığını bildirərək deyib: “Oktyabrda təhsil nazirlərinin görüşündə bu dərslik təsdiqlənsə, Bişkek sammitində prezidentlərə təqdim olunacaq”.
Türkdilli ölkələrin ortaq televiziyasının yaradılması istiqamətində işlərin davam etdiyini bildirən R.Həsənov bu televiziyanın “İnternational Turkish News Channel” adlandırılacağını deyib. O qeyd edib ki, televiziyanın verilişləri altı dildə yayımlanacaq. Telekanalın mərkəzi ofisi Azərbaycan, Türkiyə və ya Qazaxıstanda yerləşə bilər.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

