/ / “Yerusəlim Post” qəzetində Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı haqqında məqalə dərc edilib
“Yerusəlim Post” qəzetində Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı haqqında məqalə dərc edilib
11.08.2016 [10:17]
İsrailin məşhur “Yerusəlim Post” qəzetində tanınmış ravvin İsrael Baroukun görkəmli yazıçı, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri haqqında yazdığı “Anlama sənəti” (“The Art of Understanding”) adlı məqaləsi dərc olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə müəllif “Yarımçıq əlyazma” romanının bədii-fəlsəfi məziyyətləri ilə bağlı fikir və düşüncələrini qələmə alıb. Müəllif yazır: “Kamal Abdulla “Yarımçıq əlyazma”nın qəhrəmanı olan araşdırmaçı gəncin hər şeylə maraqlanan dərin düşüncə prizmasından tarix adlandırılan bir nəsnənin içərisində olan sehri araşdırır, oxucusunu öz şıltaq suallar və ideyalar aləminə aparır. Bəzən hekayələr sadəcə öz-özünə mövcud olur, nə əvvəli bəllidir, nə də sonu. Kitab özündə Dədə Qorqud və tarixi şəxsiyyət Şah İsmayıl Xətai haqqındakı təhkiyəni birləşdirir və bu iki mövzunun kəsişdiyi ortaq və fərqli nöqtələri cəmləşdirərək, həm tədqiqatçını, həm də oxucunu naməlum olanın batinində daha nələrin gizləndiyini açmağa sövq edir.
“Yarımçıq əlyazma” romanında Kamal Abdulla hər bir insanın daxilində olan natamamlıq vəziyyəti haqqında, eləcə də araşdırma və özünüanaliz prosesinin bizim bildiyimizə və inandığımıza necə təsir edəcəyinə dair oxucu qarşısında dərin suallar qoyur.
Əsər cəmiyyətin tarix boyunca qarşıya qoyulan tolerantlıq, sülh kimi dərin fundamental suallara cavab tapması prosesindən keçərək necə inkişaf etməsini analiz edir. Bu xüsusi təhkiyəçilik elementlərinə Azərbaycan tarixində tez-tez rast gəlinir və məhz onlar müasir cəmiyyət və onun problemlərinin öyrənilməsinə maraqlı rakursdan baxmağa imkan verir.
Kamal Abdulla oxucusunu bəşər tarixinin verdiyi çoxsaylı dərslərin dünyanı bürümüş mədəniyyətlərarası və dinlərarası konfliktlərin həll olunmasında hansı müstəsna rola malik olduğunu düşündürməyə vadar edir.
“Yarımçıq əlyazma” və şəxsi müdrikliyi vasitəsi ilə Kamal Abdulla milli tarixin mürəkkəb ideyalar zəminində inkişaf edən, bəşər tarixinin müxtəlif zamanlarını əhatə edən və insanlar arasında mümkün olan yeni dünyanın tədqiqatını aparan özünəməxsus mədəni kontekstini açmağa davam edir. “Yarımçıq əlyazma” Kamal Abdulla şəxsiyyətinin bədiiləşmiş təzahürüdür”.
İsrael Barouk məqalədə Kamal Abdullanın bədii yaradıcılığına işıq tutmaqla yanaşı, görkəmli yazıçının elmi və ictimai-siyasi fəaliyyətindən söz açıb və onu Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi işində ən görkəmli ekspertlərdən biri kimi səciyyələndirib.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

