/ / Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi hadisədir
Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi hadisədir
10.08.2016 [10:09]
Prezident İlham Əliyev: Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır
Dünyaya nümunəvi iqtisadi inkişaf modeli təqdim edən Azərbaycan, eyni zamanda, regional və qlobal miqyasda xoş niyyətə əsaslanan fəal əməkdaşlıq siyasəti həyata keçirir. Respublikamız milli mənafeyə əsaslanan çoxvektorlu xarici siyasətində ölkələr və xalqlar arasında qarşılıqlı inam və etimad mühitinin dərinləşməsinə daim yeni töhfələr verməyə çalışır. Öz növbəsində, nümayiş etdirdiyi xoş niyyət beynəlxalq birlikdə ölkəmizə böyük hörmət qazandırıb. Qısa müstəqillik tarixində respublikamızın əksər nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunması, 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür.
Azərbaycan qonşularla və tərəfdaşlarla bərabərlik və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan praqmatik xarici siyasətini 2016-cı ilin birinci yarısında da fəal şəkildə davam etdirib. Bəhs olunan dövrdə respublikamıza 10-dan çox dövlət və hökumət başçısı səfərə gəlib. Eyni zamanda, Prezident İlham Əliyevin çoxsaylı xarici səfərləri respublikamızın beynəlxalq əlaqələrini daha da möhkəmləndirib. Azərbaycanın dövlət başçısı son 6 ayda bir neçə mühüm beynəlxalq tədbirdə, o cümlədən Davos Ümumdünya İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda, Vaşinqtonda Nüvə Sammitində, Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, yenə qardaş ölkədə Dünya Humanitar Sammitinin işində iştirak edib. Deyilənlərdən başqa, Azərbaycanın dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Almaniyaya səfərləri də böyük uğurla keçib. Son 6 ayda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda iki görüş keçirib.
Qeyd olunan mühüm beynəlxalq tədbirlərdə Azərbaycanın fəal şəkildə iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artması baxımından çox önəmlidir. Həmin tədbirlərdə Prezident İlham Əliyev ayrı-ayrı dövlətlərin yüksək səviyyəli rəsmiləri ilə çoxsaylı görüşlər keçirib və ölkəmizin mövqeyini, qlobal əməkdaşlığın dərinləşməsinə töhfə vermək əzmini bütün dünyaya nümayiş etdirib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən üçtərəfli Zirvə görüşü regionda ölkəmizin mövqeyinin güclənməsini təsdiqləyir
Azərbaycan regional iqtisadi layihələrdə oynadığı moderator funksiyasını həmçinin siyasi müstəvidə də həyata keçirir. Ölkəmiz çoxvektorlu praqmatik xarici siyasətində regional əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Çünki Azərbaycanın niyyəti bölgədə uzunmüddətli və etibarlı sabitliyə nail olmaqdan, başlanan və nəzərdə tutulan regional layihələri təhlükəsizlik şəraitində həyata keçirməkdən ibarətdir. Ölkəmiz qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini bundan sonra da irəli aparmaq, yeni elementlərlə daha da zənginləşdirmək niyyətindədir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşü böyük önəm daşıyır. Prezident İlham Əliyev üçtərəfli Zirvə görüşündəki çıxışında Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda bir araya gəlmələrini tarixi hadisə kimi səciyyələndirib. Azərbaycanın dövlət başçısı üç ölkənin iştirakı ilə regionda yeni əməkdaşlıq formatının yarandığına diqqət çəkərək deyib: “Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir. Bu, tarixi hadisədir. Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır”.
Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşü region ölkələri arasında qarşılıqlı etimad mühitinin dərinləşməsi baxımından böyük önəm daşıyır. Prezident İlham Əliyev əminliyini ifadə edərək vurğulayıb ki, Zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir.
Beləliklə, Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşünun keçirilməsi ilə regionda yeni əməkdaşlıq formatının əsası qoyulub. Yuxarıda da vurğuladığımız kimi, bu Zirvə görüşü məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü nəticəsində baş tutub. Və deməli, Azərbaycan yeni formatın əsas təşəbbüskarı və mərkəzi fiqurudur.
Onu da qeyd edək ki, Azərbaycan artıq bir neçə üçtərəfli formatın təşəbbüskarı və fəal iştirakçısıdır. Yeni yaradılan Azərbaycan-İran-Rusiya formatı, hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacib platformalardır.
Eyni zamanda, bildirmək yerinə düşər ki, Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Yeni əməkdaşlıq formatı regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq.
Azərbaycan, İran və Rusiya arasında yeni əməkdaşlıq formatının yaranmasını şərtləndirən başlıca amil bu ölkələr arasında dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin mövcudluğu, səmimi və xoş münasibətlərdir. Hər üç ölkə bir-biri ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdirlər. Azərbaycanın həm İran, həm də Rusiya ilə dostluq əlaqələri son illərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuşdur və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir. Bununla Azərbaycan bir daha göstərmişdir ki, beynəlxalq hüquq normalarına, ədalətə və ölkənin milli maraqlarına əsaslanan müstəqil siyasət aparır. Ermənistan istisna olmaqla, qonşularla yaxın əlaqələr Azərbaycanın milli maraqlarına tam cavab verir. Prezident İlham Əliyev üç dost ölkə arasında əlaqələrin geniş məzmunu barədə söhbət açaraq bildirib: “İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir”.
Beynəlxalq terrorizmə qarşı mübarizədə bütün dünya səylərini birləşdirməlidir
Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən Zirvə görüşündə hazırda beynəlxalq birlik, qlobal təhlükəsizlik üçün kifayət qədər aktual olan bir sıra mesajlar səsləndirilib. Azərbaycan hesab edir ki, yalnız birlik, sıx əməkdaşlıq, qarşılıqlı etimad şəraitində müasir dövrün çağırışlarına, mövcud olan risk və təhdidlərə qarşı effektli siyasət yürütmək olar. Prezident İlham Əliyev diqqəti dünya miqyasında qlobal təhlükəsizliyə yaranan təhdidlərə yönəldərək terrorizmə qarşı birgə səylərlə mübarizə aparmağın vacib olduğunu vurğulayıb: “Son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik”.
Üçtərəfli Zirvə görüşündə qlobal təhlükəsizlik və terrorizm məsələsinin müzakirə predmetinə çevrilməsi və bununla bağlı prezidentlər tərəfindən ciddi narahatlıq ifadə olunması heç də təsadüfi deyil. Hazırda dünyanın bir sıra bölgələrində sabitliyin pozulması, milli dövlətlərin təhlükəsizliyinə ciddi təhdidlər yaranması, terror dalğasının genişlənməsi bütövlükdə bəşəriyyətin gələcəyi üçün ciddi narahatlıqlar yaradır. Hazırda dünyanın müxtəlif guşələrində ən ağlagəlməz ssenarilərlə törədilən terrorlarla bağlı statistikanın dinamikası kifayət qədər yüksəkdir. İnformasiya portallarında dünyanın iri şəhərlərində, mədəni-kütləvi tədbirlərdə, istirahət-əyləncə məkanlarında törədilən terrorlarla bağlı yayılan xəbərlər insanları sarsıdır və sabaha ümidsizlik yaradır. Təkcə son vaxtlarda dünya Türkiyədə, Fransada, Misirdə, Bəhreyndə, Somalidə və Kot-d’İvuarda törədilən terror aktlarından sarsılıb. Vəziyyət o həddədək gərginləşib ki, Berlin divarlarının dağıdılmasından sonra 40-dan çox ölkə öz sərhədlərində qonşuları ilə 60-dan çox divar tikməli olmuşdur.
Qısa müstəqillik tarixinə malik Azərbaycan da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Azərbaycanın dövlət müstəqilliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda ölkəmizə qarşı elan olunmamış müharibə aparan Ermənistan çıxış edir. Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib. Ermənilər hələ ötən əsrdə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı aktları törədiblər - Bakıda, Qubada, Lənkəranda, Şamaxıda on minlərlə soydaşımız ən qəddar vasitələrlə qətlə yetirilib, diri-diri yandırılıb, kütləvi şəkildə torpağa basdırılıb. Ötən əsrin 90-cı illərində Ermənistanın xüsusi xidmət orqanlarının hazırladıqları terrorçular Bakı metrosunda bir neçə partlayış törətməyə nail oldular. 1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilən terror nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Metronun “20 Yanvar” stansiyasında törədilən terrordan cəmi bir neçə ay sonra- 1994-cü il iyulun 3-də erməni terrorçuları Azərbaycana qarşı növbəti cinayətlərini həyata keçiriblər. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Azərbaycan müasir dövrün ən mühüm problemlərindən olan terrorizmə qarşı mübarizədə prinsipial mövqe tutur, bu sahədə əməkdaşlığın gücləndirilməsi işinə əməli töhfələr verir. Azərbaycan Əfqanıstanda beynəlxalq koalisiya qüvvələri ilə fəal əməkdaşlıq edən ölkədir. Respublikamız, eyni zamanda, terrorizmin maliyyələşdirilməsi ilə əlaqəsi olan şəxslərin aşkar edilməsinə hər cür kömək göstərir və bu məqsədlə digər ölkələrin hüquq-mühafizə orqanları ilə informasiya mübadiləsində iştirak edir. Bakının münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlərin müzakirəsinin aparıldığı IV Qlobal Bakı Forumuna ev sahibliyi etməsi ölkəmizin terrorizmə qarşı çağırışlara əməli dəstək verdiyinə daha bir nümunədir. Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarmasını xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir.
Qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər
Məlum olduğu kimi, dünyadakı müəyyən güc mərkəzlərinin havadarlığı sayəsində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edib, bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Artıq neçə illərdir ki, ermənilər işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik yetişdirilməsi və tranziti məqsədilə istifadə edirlər. İşğal altındakı ərazilərdə Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır.
Qeyd edək ki, beynəlxalq hüquq da Ermənistanın zor gücünə zəbt etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar. Beynəlxalq hüquqa istinad edən Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqedən çıxış edir. Ölkəmizin ədalətli mövqeyi belədir ki, mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün, ilk növbədə, Azərbaycan əraziləri işğaldan azad edilməlidir.
Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqedən çıxış etməsi bir sıra obyektiv amillərlə şərtlənir. Təbii ki, burada Azərbaycanın güclü dövlətə çevrilməsi amili mühüm rol oynayır. Eyni zamanda, qonşu dövlətlər də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşır. Prezident İlham Əliyev qarşılıqlı olaraq İranın və Rusiyanın münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etdiklərini xatırladaraq deyib: “İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir”.
Regionda iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaranıb
Azərbaycan Xəzər dənizi regionunda sülh və əməkdaşlığın inkişafına, dənizin ekosisteminin qorunmasına töhfə verir. Azərbaycanın təcrübəsi Xəzər dənizinin region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyi olmasına yaxşı nümunədir. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsində sahilyanı dövlətlər, o cümlədən İran və Rusiya şirkətləri sərmayədarlar kimi iştirak edir. Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır. Azərbaycanın təşəbbüskarı olduğu mühüm enerji layihələri bütün ölkələrə fayda gətirir. Prezident İlham Əliyev yeni yaranan üçtərəfli formatın iqtisadi baxımdan önəminə diqqət çəkərək bildirib: “Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır. Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri vardır. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik”.
Eyni zamanda, üçtərəfli format elektroenergetika sektorunda əməkdaşlığın genişlənməsində, ölkələr arasında enerji mübadiləsinin artmasında öz müsbət rolunu oynayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır.
Deyilənlərdən başqa, üçtərəfli format, həmçinin sərhədlərin mühafizəsi işində əməkdaşlığı stimullaşdıracaq, bu sahədə birgə təlimlər, operativ informasiya mübadiləsinin həyata keçirilməsi işini sürətləndirəcək.
Azərbaycan, İran və Rusiyanın formalaşdırdığı üçtərəfli format regionun nəqliyyat-tranzit imkanlarından istifadə olunması baxımından da müstəsna əhəmiyyət daşıyır. Belə ki, üçtərəfli format nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinə əhəmiyyətli təsir göstərəcək. Prezident İlham Əliyev bəhs olunan layihənin strateji əhəmiyyətinə diqqət çəkərək vurğulayıb: “Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.
Bütün bunlarla yanaşı yeni format həm də humanitar əlaqələrin inkişafına pozitiv təsirini göstərəcək, xalqlar arasında mədəni əlaqələrin inkişafına, multikulturalizmin təşviqinə yeni imkanlar açacaq. Bir sözlə, görünən odur ki, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuz qazanmış Azərbaycan regionda sabitləşdirici rol oynayır, mühüm transmilli iqtisadi layihələrin, yeni siyasi formatların təşəbbüskarı kimi regional əməkdaşlığın inkişafına, sülhə və təhlükəsizliyə ciddi töhfə verir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və prinsipial siyasətin uğurunu açıq şəkildə nümayiş etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

