Türkiyə-Azərbaycan əlaqələri daha da güclənərək yeni mərhələyə qədəm qoyacaq
16.05.2009 [14:23]
Azərbaycanı müstəqil ölkə kimi ilk tanıyan qardaş Türkiyə respublikamızın siyasi-iqtisadi, ictimai-sosial, mədəni-humanitar həyatında həmişə əhəmiyyətli rolu ilə seçilib. Bütün dövrlərdə Türkiyənin dəstəyini, köməyini hiss edən Azərbaycan qarşılıqlı əməkdaşlıq tellərini möhkəmləndirməklə regionda güclü türk birliyinin əsasını qoyub. Bu gün bütün dünya dövlətləri bu birliyin qüdrətini etiraf etmək məcburiyyətindədir. Hər iki ölkənin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, Azərbaycanın artan gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.
Son 15 ildə keyfiyyət və kəmiyyət baxımından yeni çalarlarla zənginləşən Türkiyə-Azərbaycan münasibətlərini Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dünya miqyaslı neft və qaz layihələri daha da dərinləşdirib. Bu layihələr bölgədə coğrafi-siyasi və iqtisadi vəziyyəti köklü şəkildə həm Azərbaycanın, həm də qardaş ölkənin xeyrinə dəyişdirib. Respublikamızın bu gün dünya bazarlarına çıxışını əsas tranzit məkanı kimi Türkiyə təmin edir. Türkiyənin infrastruktur və tranzit imkanlarından istifadə etməklə Azərbaycan dünya bazarlarına çıxışla bərabər, bütün türk dünyasını birləşdirməyə müvəffəq olub.
Bu ilin fevral ayından başlayaraq Türkiyənin Ermənistanla sərhədləri açmasına dair məlumatların geniş yer alması və rəsmi Ankaranın bu məsələyə konkret qəti cavab verməməsi isə cəmiyyətdə müəyyən narahatçılıqlara səbəb olmuşdu və hər kəsdə bir tərəddüd yaranmışdı. Təbii ki, bu tendensiyalar iqtisadi-sosial sferada da özünü göstərdi və hər iki ölkənin iqtisadi qurumları və iş adamlarını qayğılandırmağa başladı. Nəzərə alsaq ki, bu gün respublikamızda fəaliyyət göstərən ən böyük sərmayəçilər Türkiyə şirkətləridir, onda onların bu qayğıları başa düşülən idi. çünki Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yeri tutur və ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dolları ötüb. Türk iş adamları digər sərmayədarlardan fərqli olaraq ölkəmizdə daha geniş və bütün iqtisadi bölmələrdə yüksək paya malikdirlər. Bu gün ölkəmizdə 2000-ə yaxın türk şirkəti fəaliyyət göstərir. Təkcə kapital fondu 100 faiz Türkiyə sərmayəçilərinə məxsus olan iri və orta müəssisələrin sayı 600-ə yaxındır. Digər sahələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarları da nəzərə alanda bu rəqəm iki dəfədən çox olur. Yəni, bu gün ölkəmizdə çalışan xarici investorların çəkisində türkiyəli biznesmenlər bütün dövlətləri bir neçə dəfə qabaqlayır. ümumilikdə, respublikamızda əcnəbi sərmayəçilərin strukturuna nəzər saldıqda burada türk biznesmenlərinin payı 40 faizə yaxındır. Türkiyəli biznesmenlərin əsas sərmayə qoyuluşları rabitə, nəqliyyat, tikinti, xidmət, yeyinti sənayesi, kənd təsərrüfatı, emal sənayesi, ticarət, tekstil, təhsil, səhiyyə, bank, sığorta, avtomobil, neft sənayesi və digər bölmələri əhatə edir.
Eyni zamanda, Türkiyənin enerji təchizatında xüsusi rol oynayan Azərbaycan qardaş ölkənin ən yaxın enerji partnyorudur. Eləcə də, ölkəmiz bu gün ən iri investisiya layihələrini də bu ölkədə həyata keçirməkdədir. Türkiyədə ən nəhəng neft emalı müəssisəsi olan Ceyhan neftayırma zavodu və digər emal müəssisələrinin tikintisi, Türkiyə sənayesinin onurğa sütunu olan “Tekfen” və “Petkim” kimi müəssisələrin yenidən qurulması respublikamızın sərmayə proqramının başlıca hədəfləridir.
Siyasi-iqtisadi proseslər onu göstərir ki, bütün tarixi dövrlərdə iqtisadi əməkdaşlıqda ən yaxın təmasları ilə seçilən Azərbaycan və Türkiyənin münasibətlərinə ziyan vura biləcək hallara türk xalqı heç vaxt imkan verməyib və verə də bilməz. Buna görə iki qardaş ölkənin biznes strukturları hər zaman qarşılıqlı iqtisadi-ticari əlaqələrdə bir-birinə güvənən ən etibarlı tərəfdaş olduqlarından bu münasibətlərə zərbə vura biləcək bütün hallara qarşı çıxmağa hazır olduqlarını da nümayiş etdirdilər. Reallıq isə onu göstərdi ki, Azərbaycan və Türkiyə bütün sahələrdə, o cümlədən, iqtisadi əməkdaşlıqda əlaqələri zəiflədə biləcək hansısa meyilləri aradan qaldırmağa qadir olan ən strateji müttəfiq və qardaş ölkələrdir. Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi vardır. Bütün dövrlərdə bizim xalqlarımız bir yerdə yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli əlaqələrin inkişafı üçün çalışır, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk... Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir və mən əminəm ki, bu səfər əlaqələri daha da gücləndirəcək, genişləndirəcəkdir” bəyanatı siyasi və iqtisadi münasibətlərin daha yeni çalarlar alaraq inkişafına impuls verən ən böyük təminat sayıla bilər. ölkə başçısının bu fikirləri onu da ehtiva edir ki, tərəflər iqtisadi və digər sahələrdə çoxtərəfli əməkdaşlıq tellərini genişləndirəcək, bölgədə təhlükəsizliyin təmin olunması üçün strateji layihələrin gerçəkləşməsində daha da səyləri gücləndirəcəklər. Regionun ən nəhəng layihələri olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasına nail olan Azərbaycan və Türkiyə bu siyasətin məntiqi nəticəsi kimi digər strateji addımlar atmağa nail olacaq. Bu siyasətin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin həlledici mərhələyə keçid alması və yaxın müddətdə bu nəqliyyat marşrutunun tikintisi ilə bağlı işlərin yekunlaşması qardaş dövlətləri bir-birinə sıx birləşdirməklə yanaşı, Avropa və Asiya regionunun iqtisadi və siyasi mənzərəsinin dəyişməsinə səbəb olacaq. Bu beynəlxalq nəqliyyat sistemləri qovşağının yaradılması hər iki türk dövlətinin Avropaya inteqrasiyasının dərinləşməsinə impuls verəcək. Göründüyü kimi, Azərbaycan və Türkiyə öz siyasi iradəsini, dostluq əlaqələrini, əməkdaşlıq prinsiplərini ortaya qoymaqla bütün layihələri gerçəkləşdirmək əzminə malikdir.
Hər iki ölkə Şərq-Qərb layihələrinin qovuşuğunda yerləşməklə böyük nəqliyyat şəbəkələrinin mərkəzinə çevrilib və iki beynəlxalq kommunikasiya qovşaqlarının mərkəzi olmaqla bütünlüklə Avrasiya regionunda öz geostrateji əhəmiyyətini gücləndirən nüfuz sahibidir və təbii ki, müəyyən dairələr Azərbaycan və Türkiyənin sıx təmaslarını zəiflətmək üçün çirkin niyyətlərindən əl çəkmirlər. Amma bu dövlətlərin birgə siyasi iradəsi və əzmkarlığı bütün kənar təsirlərin qarşısını almağa imkan verir, heç bir yad ünsür türk birliyinin qüdrətini sarsıtmaq gücündə deyil. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi: “Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışının gələcəyə aparılması istiqamətində bizim aramızdakı birliyimizi, bərabərliyimizi, dayanışmamızı sağdan, soldan gələ biləcək, bizə aid olmayan hər hansı bir düşüncələr poza bilməz. Bu cür fitnə-fəsad ocaqlarına heç bir zaman fürsət verə bilmərik və verməməliyik. Bu mövzudakı düşüncələrimizi paylaşmağın xoşbəxtliyi içərisində olduq”.
Bu bəyanat cəmiyyətdə yaranmış narahatçılığa birdəfəlik nöqtə qoydu və Türkiyənin hər zaman Azərbaycanın yanında olmasına ən böyük zəmanət oldu. Eyni zamanda, baş nazir R.T.Ərdoğanın səfəri Türkiyənin bir daha strateji tərəfdaşı olan Azərbaycanla əlaqələri daha da dərinləşdirmək məqsədlərini növbəti dəfə təsdiqlədi.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
