Din alverinin acı Taleyi
06.08.2016 [10:27]
İlk baxışdan inanılmaz təsir bağışlaya bilər, amma belədir: materiya rəngli deyil, ağ-qaradır və ətrafımızdakı çalarlar şüurumuzun təzahür formalarından biridir.
Optikanın şərtlərindən biri budur: qara rəngli əşyalar vizual olaraq ölçü baxımından, sanki, kiçilirlər. Qara əməl də belədir: haqqında nələrin danışılmasından, necə qələmə verilməsindən və şərh edilməsindən asılı olmayaraq həmişə kiçik görünür. Nə qədər böyük təki təqdim edilsə də.
O qara əməli qara bayraqlı, qara paltarlı insanlar törədirsə - optikanın qanunları işə düşür. Radikal islamçıların qara rəngi seçmələri təhtəlşüur səviyyəsində bəlkə də təsadüf ola bilər: amma din adı ilə demaqogiya, siyasi alver üçün əlverişli gəlir onlara. Seçimin səbəbini soruşanda da buyururlar ki, bəs Hz.Məhəmmədin (s.ə.s.), Rəsulullahın bayrağı qara rəngdə olub. Doğrudur, bayraq qara idi - amma əməllər o çalarda deyildi və İslamın ilk bayrağının rənginin qara olması barədə iddialar dini bilikləri az olanları siyasi möhtəkirlik qurbanlarına çevirməyə xidmət edir.
Bir zamanlar Nardaranda qara bayraqlar qaldıranlar az deyildi və belələri barədə hazırda məhkəmə prosesi gedən Taleh Bağırzadə fəxrlə danışırdı. Çünki nə danışdığını gözəl bilirdi. İslamın ilk bayrağı, yəni “ələm əl İslam” və ya “ələm əl Şəhada” ilk xilafətin bayrağı idi. Hz.Məhəmmədin (s.ə.s) bayrağı qara yox, ağ rəngdə idi. Çünki qara bayraq “dar əl Hərb” adlanırdı və “Cəddala qarşı savaş bayrağı” sayılırdı: “kafirlər”ə və “müşriklər”ə qarşı müharibələrdə, habelə istilalarda bu bayraqdan istifadə olunurdu. “Dar ül İslam” adlanan ağ bayraq isə İslamın gerçək, əsl bayrağıdır. Hz.Məhəmməd (s.ə.s.) bayrağını “əl uqab”, yəni “qartal” adlandırmışdı.
Ərəblərin həm də “ər rəya” və ya “rəyat əs səuda” dedikləri qara bayraqsa “kafirlərlə müharibə”nin simvolu idisə, sonradan Hz.Mehdi Sahibəzzamanın gözlənilən zühurunun və onun Dəccala qarşı savaşının nişanəsinə çevrildi.
Hazırda dünyanın müxtəlif ölkələrindəki islamçı radikalların, dini şüarlarla pərdələnən, çıxışlarında və çağırışlarında sürəkli olaraq hədislərdən, ayələrdən iqtibaslar gətirməyi, Qurani-Kərimdə buyurulanları kontekstdən çıxarıb istədikləri kimi, sırf öz maraqlarının təminatına yönəlmiş formada deyənlərin və ən müxtəlif əməllərinə “müsəlmanların maraqları uğrunda mübarizə” yarlığı vuranların məhz qara bayraqları seçmələri, qara rəngə üstünlük vermələrinin səbəbi budur.
Onlar olduqlarından böyük, güclü, qüdrətli, mübariz görünməyə çalışırlar.
Fəqət fizikanın elementar qanunlarını unudur, optikanın nə olduğunu xatırlamırlar və bilmirlər ki, qara niyyətlərin büründüyü qara rəng onları nə qədər kiçik, cılız göstərir.
“Bu Qurana and olsun ki...”
Taleh Bağırzadə məhkəmə iclasında deyib: “Biz Qurana and içirik ki, bu maddələrin heç birinin bizə aidiyyəti yoxdur. Əgər varsa, Quran bizə qənim olsun”. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliyi” adlı təşkilatın rəhbəri Taleh Bağırzadə, birliyin 16 əməkdaşı və Azərbaycan Xalq Cəbhəsi Partiyasınin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edir. Xatırladaq ki, T.Bağırzadə və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar. Taleh Bağırzadə məhkəmədə çıxışa çevirdiyi ifadəsində Nardaran olaylarında Azərbaycan hökumətini, öz təbirincə desək, dövləti “suçlayır”, polislərin “dinc insanlara atəş açdığını” iddia edir.
Emosional danışır, Qurana and içir, suçsuz olduğunu israrla təkrarlayır.
Məhkəmə prosesi getdiyindən T.Bağırzadəyə qarşı irəli sürülmüş ittihamları, Nardaran hadisələri zamanı onun gerçək əməllərini dəyərləndirmək istəmirik. Hüquqi qiyməti məhkəmə verməli, T.Bağırzadənin suçlu və ya suçsuz olması ilə bağlı məhz məhkəmə hökm çıxarmalıdır.
Bununla belə, tarix var, yaşananlar mövcuddur ki, Nardaran olaylarından xeyli əvvəl hadisələrin məcrası Taleh Bağırzadənin əməlləri ilə sözləri arasında kəskin uçurumun olduğunu göstərirdi.
İndi məhkəmədə “Mən həbsdən çıxandan sonra verdiyim müsahibələrdə, çıxışlarımda bildirmişəm ki, Azərbaycanda islam dövləti qurmaq qeyri-mümkündür” söyləyən Taleh Bağırzadə, deyəsən, həqiqətən də, dediklərini, hətta xütbələr kimi qələmə verilən çağırışlarını xatırlamaq istəmir.
Halbuki “Müsəlman Birliyi” adlı qurumu yaradan T.Bağırzadə Azərbaycandakı mövcud hakimiyyətdən, yumşaq yazsaq, “kəskin narazılığı”nı fasiləsiz bəyan edir, ölkənin “İslam üsulu və şəriət qaydaları ilə idarə olunacaq məkan”a çevrilməsinin alternativ variantlardan biri olduğuna dolayı işarələr vururdu. İyulun 15-də Türkiyədə hərbi çevriliş vasitəsilə hakimiyyəti qəsb etməyə çalışan və uğursuzluğa düçar olan Fəthullah Gülənin məqsədləri ilə T.Bağırzadənin mənsub olduğu dəstənin istəkləri faktiki olaraq eynidir.
Təbii, Taleh Bağırzadə heç bir halda “kalibr” baxımından F.Gülənlə müqayisə edilə bilməz: onlar dindən sırf siyasət üçün yararlananların fərqli “liqa”larının “oyunçu”larıdır. Amma nə də olsa, eyni məramları, az qala eyni sifarişçiləri və hamiləri var. F.Gülən təki T.Bağırzadə də Azərbaycanın suverenitet və müstəqilliyini tamamən itirən, kənardan idarə olunan marionetka ölkəyə çevrilməsini, Konstitusiya və qanunların dinin tələblərinə “tam uyğunlaşdırılması”nı istəyir.
Nardaranı orta əsrlərə qaytarmağa çalışan, bu kəndi Səudiyyə Ərəbistanının hələ Hicaz olduğu dönəmlərdəki “kamali-ədəb”lə idarə etməyə və həmin məkanı Bakının yaxınlığındakı radikal dini anklava çevirmək istəyənlərin niyyəti bəlli idi: onlar Azərbaycanı “Şəriət qaydaları ilə idarə olunan ölkə”yə döndərmək, bu da alınmasa sifarişçilərinin planlarına uyğun “üzüyola, ələbaxan” dövlət etmək istəyirdilər.
Nardaran əhalisini aramsız etirazlara çağıraraq insanların ən kiçik məişət problemlərini belə siyasi sui-istifadə prinsiplərinə uyğun olaraq ümummilli problem səviyyəsinə qaldıranların, o cümlədən Taleh Bağırzadənin ölkədəki radikal müxalifətçilərlə ittifaqda olması da təsadüfi deyildi.
Nardaranlıları öz niyyətlərinə alət etməyə yönələnlər bu minvalla Qərbi qıcıqlandırmamaq, dindar kimi qələmə verilən radikalların əslində “demokratik düşüncəli” adamlar olduğunu göstərmək istəyirdilər. Halbuki Nardaran olayları xaricdən gəlmiş sifariş əsasında başladılmışdı və “haqlı etirazlar” da elə o sifarişçilərin buyruq qulları tərəfindən rejissura olunmuş hadisələr təsiri bağışlayırdı.
Demokrat kimi görünməyə çalışsa da...
Taleh Bağırzadə “müstəqil siyasətçi və demokrat insan” olduğunu deyir, amma Azərbaycandan kənardakı radikal dindarlarla, bəlli dini qruplaşmalar və təriqətlərin liderləri ilə onun əlaqələri var, bu təmasları danmaq, gizlətmək mümkün də deyil. Ölkədə qisasçılıq ruhunun yayılmasına can atmaq, kütləvi itaətsizlik və iğtişaşlara çağırışlar, hakimiyyət mənsublarının hədələnməsi, “indiyədək susmuşuq, bundan sonra...” ifadələri ilə başlayan ultimatumlar, hədələr - bütün bunlar “Konstitusiya çərçivəsində fəaliyyət” sayıla bilərmi?
Hazırda məhkəməsi gedən və “günahsızam” deyən T.Bağırzadə Azərbaycanda vətəndaş müharibəsi yaratmaq, dini zəmində toqquşmalar burulğanı törətmək istəyənlərin siyasətində, bəlkə də, ən sadəlövh fiqurlardan biridir. Onlar Azərbaycanı parçalamaq, məhv etmək istəyən güclərin əlində bilərəkdən və ya sövq-təbii olaraq alətə çevrilir, ölkəmizi hədəfə almış radikal islamçı ideoloqların ssenarilərində subyektlərə dönürlər. Yaşananlar göstərir ki, Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən radikallar və ekstremistləri şəbəkələşdirmək, onları aktivləşdirmək üçün aşkar cəhdlər göstərilir.
Radikallar son vaxtlar hədsiz dərəcədə cürətləniblər və bu “qətiyyət” heç bir halda daxili emosionallıq, hisslər məcmusu ilə izah oluna bilməz. Çünki Taleh Bağırzadə də daxil olmaqla, radikalların çıxışları, xütbə və moizələri, bəyanat və çağırışları indiyədək Azərbaycanda dini zəmində toqquşmalar yaratmaq, dövlət çevrilişini reallaşdırmaq istəyən güclərin fiqurları olmuş şəxslərin və təşkilatların səsləndirdikləri ifadələri, sanki, təkrarlayır. Azərbaycanda “qəflətən”, zəruri və obyektiv zəmin olmadan “Hüseyniyyə” cərəyanının ifrat dərəcədə fəallaşması hadisələrin normal məcrasında olan hadisə deyil. Dövlətin əsaslarına, milli ideologiyanın təməllərinə qarşı yönələn ifadələr, aşkar itaətsizlik çağırışları və kütləvi aksiyalara səslənişlərin “daxili hisslərin təbəddülatı” sayılması baş verənləri çox səthi dəyərləndirmək olardı. Nədən ki, bu çağırışların əsasında din, irşad, hidayət və iman yox, siyasət durur. Özü də kənardan diqtə olunan, idarə edilən və ən başlıcası - “nəticə”lər barədə hesabat tələb olunan siyasət.
...Taleh Bağırzadə indi məhkəmədə hamını suçlayır, özünü haqlı, günahsız və munis insan kimi qələmə verir. Yəni onun məntiqinə görə, Nardaran olaylarında real təhlükəyə çevrilmiş ekstremistlərin qarşısını alan və şəhid olan iki polis əməkdaşı “təsadüfən vəfat” ediblər, hakimiyyətə və dövlətə qarşı təhdidlər olmayıb, Taleh Bağırzadə də, sadəcə, surələri uca səslə oxuyaraq insanların dini biliklərini artırırmış.
Əcəba, Taleh Bağırzadə özü dediklərinə inanırmı? Ən azı ona görə ki, məlum olaylardan əvvəlki Nardaranla kəndin indiki durumu arasındakı fərqi görənlər bu sözlərə inanmaz. Nədən ki, fərq çoxdur: Nardaran normal həyata qayıdıb, insanların həyatını zəhərə döndərən, onları özlərinə alət etməyə çalışan bir dəstə ekstremistdən qurtulub.
Elçin ALIOĞLU
Milli.Az
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

