“Taleh Bağırzadənin İŞİD-dən heç bir fərqi yoxdur”
05.08.2016 [09:50]
Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinə cəmiyyətin ayrı-ayrı üzvlərindən də münasibət bildirilib.
“Ölkəmizin mənafeyini düşünməyən şəxslər xəyanətkardırlar”
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa söyləyib ki, çox təəssüf ki, ölkəmizdə xarici dairələrin marağını təmsil edən və din pərdəsi altında ölkəyə xəyanət edən şəxslər var ki, Taleh Bağırzadəni onların sırasına daxil etmək olar: “Xaricdən idarə olunan kadrlar var ki, onlar dini cərəyanları təmsil edirlər. Hansı ki, həmin şəxslər hətta Suriyaya döyüşməyə adam göndərirlər. Ölkəmizin mənafeyini düşünməyən şəxslər xəyanətkardırlar. Cəmiyyət bu tipli insanlara qarşı həssas olmalı, onlara qarşı mübarizə aparmalıdır. Həmin şəxslər ölkəsinə düşmən olanlardır”.
Minlərlə Taleh Bağırzadələr olsa da, ölkəni inkişaf yolundan döndərə bilməyəcəklər
Politoloq Cümşüd Nuriyev qeyd edib ki, ölkəmizdə Taleh Bağırzadə kimilərin tutduğu yol hər kəsə məlumdur: “Taleh Bağırzadə xaricdən ələ alınan, ölkəmizin maraqlarını satmaqla özünü həm dini liderə çevirməyə çalışan, həm də bu yolla özünə dolanışıq yolu seçən bir ünsürdür. Hadisələr göstərir ki, dini təmayüllü qruplar çevriliş cəhdində maraqlıdırlar. Əgər dövlət zamanında bunun qarşısını ala bilirsə, deməli, o, güclüdür. Azərbaycan Prezidentinin yürütdüyü həm daxili, həm də xarici siyasət uğurlu və ağıllıdır. Azərbaycan dövləti öz maraqlarını qoruyur. Lakin ölkəmizdə çox təəssüf ki, Taleh Bağırzadə kimiləri var. Dini siyasətə çevirmək düzgün deyil. Azərbaycanda bunu sınaqdan keçirməyə çalışsalar da, alınmadı. Azərbaycan dövləti və xalqı oturuşub. Minlərlə Taleh Bağırzadələr olsa da, ölkəni inkişaf yolundan döndərə bilməyəcəklər”.
Politoloq əlavə edib ki, Taleh Bağırzadə kimilərin İŞİD-dən heç bir fərqi yoxdur və onların qarşısı vaxtında və birmənalı şəkildə alınmalıdır.
Taleh Bağırzadənin din pərdəsi altında etdiklərini islamla əlaqələndirmək yolverilməzdir
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə söyləyib ki, Taleh Bağırzadə Nardaran hadisələri ilə ölkədə xaos yaratmağa cəhd etdi və onun əməllərini terror kimi qiymətləndirmək olar: “Ölkəmizdə sabitliyi pozmağa cəhd edən bu qrupun nümayəndələri nəinki Nardaranda, digər bölgələrdə də hansısa addımlar atmağa cəhd etdilər. Ölkəmizin təhlükəsizliyinin yüksək səviyyədə qorunması nəticəsində onlar tutuldu. Bütün bunlar həmin qrupun ölkəmizdə terror hadisəsi törətmək istəyini araşdırmağa əsas verən amillərdir”.
A.Quliyev söyləyib ki, ölkəni təhlükəli məkana çevirmək istəyən şəxsləri müdafiə edənlərin məntiqi başa düşülmür: “Onlardan soruşmaq lazımdır ki, ölkənin sabitliyini, təhlükəsizliyini pozmağa cəhd edən qrupun maliyyəsi haradan gəlirdi və onlar təlimatı haradan alırdı? Biz müsəlman ölkəsiyik və hər birimiz İslam dəyərlərinə hörmətlə yanaşan insanlarıq. Bu baxımdan, Taleh Bağırzadənin din pərdəsi altında etdiklərini İslamla əlaqələndirmək qəti yolverilməzdir. Din pərdəsi altında istər ölkədə, istərsə də ölkədən kənarda müxtəlif siyasi məqsədlər yolunu tutmaq bağışlanmazdır”.
Aydın Quliyevin sözlərinə görə, hazırda T.Bağırzadə və tərəfdarları onlara qarşı irəli sürülmüş və faktlara əsaslanan ciddi ittihamları təkzib etməkdə aciz görünürlər və məsələni siyasiləşdirməyə çalışırlar: “T.Bağırzadə məhkəmədəki emosional nitqini faktların təhrif olunması, ictimai rəylə manipulyasiya cəhdi üzərində qurur, özünü zərərçəkmiş və hüquqları tapdalanmış kimi qələmə verməyə çalışır. Ancaq hesab etmirəm ki, belə cəhdlərlə o, nəyəsə nail ola bilsin. Əminəm ki, Azərbaycan məhkəməsi dövlətin hüquqi əsaslarını sarsıtmağa çalışan, cəmiyyətdə sabitliyi və təhlükəsizliyi pozaraq Azərbaycanı Suriyaya, Liviyaya, İraqa çevirməyə uğursuz cəhd göstərən bu qara qüvvələrin əməllərinə layiqli qiymət verəcək”.
“T.Bağırzadənin əli günahsız insanların qanına batıb”
QHT rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Taleh Bağırzadə günahsız Nardaran sakinlərini təsir altında saxlayan, qəsəbəni orta əsr istehkamına çevirməyə və onu cəmiyyətdən ayırmağa çalışan və bütün bunları din pərdəsi altında həyata keçirməyə cəhd göstərən cinayətkardır: “O, hansısa qüvvələrin əlində alətə çevrilərək günahsız insanların ölümünə səbəb olub, əli günahsız insanların qanına batıb. Bu baxımdan T.Bağırzadə məhkəmə qarşısında cavab verməlidir. Dindən siyasi məqsədlər naminə istifadə etmək qəbuledilməzdir”.
“Dindən sui-istifadə etmək haram və günahdır”
Din xadimi Hacı Nemət Lətifov isə deyib ki, hər bir vətəndaşın borcu dövlətinə sadiq olub onun mənafeyini qorumaqdan ibarətdir: “Peyğəmbər (s.ə.s) hədisində buyurur ki, “başınızdakına itaət tapşırığımdır”. Taleh Bağırzadə kimiləri müəyyən qüvvələr tərəfindən Azərbaycanda qarışıqlıq məqsədilə yetişdirilib. Həmin qüvvələr məhz bu yoldan istifadə etməklə öz çirkin əməllərini həyata keçirmək istəyirlər. Onlar bilir ki, cəmiyyəti başqa yolla ələ almaq mümkün deyil. Həmin şəxslər onları himayə edən qüvvələrə arxalanaraq bu cür addımlar atmağa cəhd edirlər. Onlar Azərbaycan vətəndaşı olmağa layiq deyillər. Çünki Azərbaycanda yaşayan hər bir kəs öz dövlətini sevməlidir. Ölkəmizdə tolerant mühit var, burada müxtəlif dinə sitayiş edənlər azad, mehriban şəraitdə yaşayır. Bunları qəbul etməyən kənar qüvvələr dindən istifadə edərək, vətəndaşları qarşı-qarşıya qoyaraq müəyyən güc sahibi olmağa çalışırlar. Bu, şəriət baxımından da haram və günahdır”.
SİA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02

