/ / Azərbaycanda ixracın stimullaşdırılması, investisiyaların cəlb edilməsi üçün böyük güzəştlər tətbiq olunur
Azərbaycanda ixracın stimullaşdırılması, investisiyaların cəlb edilməsi üçün böyük güzəştlər tətbiq olunur
29.07.2016 [10:00]
Prezident İlham Əliyev: Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar
Hər dövr özünün spesifik cəhətləri ilə fərqlənir və ölkələrin qarşısına yeni çağırışlar qoyur. Qlobal mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə Azərbaycan bütünlüklə özünün malik olduğu zəngin iqtisadi potensialından istifadə edərək qarşıdakı illərdə də inkişaf dinamikasını qoruyub saxlamağa istiqamətlənib. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında zəruri tədbirlər görülür, mühüm islahatlar həyata keçirilir. Ölkəmiz üçün yeni - postneft dövrünün iqtisadiyyatının yaradılması və səmərəli fəaliyyətinin təmin olunması hədəfi müəyyənləşdirilib. Kompleks və ardıcıl şəkildə həyata keçirilən islahatlar nikbinlik üçün böyük əsaslar yaradır. Şübhə yoxdur ki, ölkəmizdə iqtisadi aktivlik bundan sonra da yüksək səviyyədə saxlanılacaq və yeni mənbələr hesabına respublikamıza lazımi həcmlərdə valyuta daxilolmaları təmin ediləcək.
Azərbaycan qeyri-neft sektorunda güclü ixrac potensialı olan ölkədir
Yeni iqtisadi şəraitdə Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkəmizdə yaxın perspektivdə neftdən asılılığı tamam aradan qaldırmaqdan, qeyri-neft sektorunda istehsalı əhəmiyyətli dərəcədə genişləndirməkdən və bu əsasda yeni ixrac imkanları yaratmaqdan ibarətdir.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafından söhbət açarkən yeni sənaye quruculuğu istiqamətində qazanılan uğurları xüsusi vurğulamaq lazımdır. Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. 2015-ci ildə respublikamızda 270-dək sənaye müəssisəsi açılıb. Bütövlükdə il ərzində ölkədə sənaye məhsulu istehsalı 2,4 faiz artıb. Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Belə ki, cari ilin birinci yarısında ölkəmizdə qeyri-neft sənayesi 2,4 faiz artıb ki, bu da olduqca müsbət göstəricidir və böyük ümidlər yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində qeyd edib ki, sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. İri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq. Prezident İlham Əliyev Azərbaycanın hər rayonunda sənayenin inkişafı üçün gözəl imkanlar olduğunu xatırladaraq vurğulayıb ki, biz çox ciddi ixrac potensialı yaratmaqla xarici bazarlara çıxmalıyıq: “Hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz, ilk növbədə, özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq”.
Azərbaycanın yeni ixrac imkanlarının yaradılması baxımından geniş potensiala malik kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi böyük aktuallıq kəsb edir. Son illərdə davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Ölkədə bir sıra ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi olduqca böyük nailiyyətdir. Eyni zamanda, Azərbaycan yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir.
Mütəxəssislərin qənaətinə görə, Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan tərəvəzlə və müxtəlif növ meyvələrlə təmsil olunması ölkəmizə valyuta daxilolmalarının artmasına müsbət təsir göstərəcək. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqələri fəaliyyət göstərir. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Azərbaycan xarici bazarlarda həmçinin Astarada, Lənkəranda yetişdirilən yüksəkkeyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur. Respublikamızda tərəvəzçilik də ixrac yönümlü məhsul istehsalının genişləndirilməsi prinsipi əsasında inkişaf etdirilir. Son illərdə Şəmkir rayonunda və digər bölgələrdə fəaliyyətə başlayan aqroparklardan Rusiyanın istehlak bazarlarına getdikcə daha böyük həcmlərdə tərəvəz göndərilir.
Cari ilin əvvəlindən etibarən isə respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük kimi sahələrin şöhrəti geri qaytarılır. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. Cari ilin əvvəlindən həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub.
Təşviq mexanizminin işə salınması yeni ixrac potensialının yaradılması baxımından böyük önəm daşıyır
Ölkəmizdə istər sənaye, istərsə də aqrar sektorda ixrac tutumlu məhsullar istehsalının genişləndirilməsi ilə paralel surətdə ixracın təşviqi ilə bağlı ardıcıl tədbirlər görülür. Burada əsas məqsəd ondan ibarətdir ki, iş adamları xarici bazarlara Azərbaycan brendi ilə məhsul çıxartmaqda maraqlı olsunlar. Bu istiqamətdə görülən işlərdən söhbət açan Prezident İlham Əliyev deyib: “Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər”.
Ümumiyyətlə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən aydın olur ki, daxili istehsalın genişlənməsində əsas faktorlardan biri qismində məhz ixracın məqsədyönlü şəkildə təşviq olunması və stimullaşdırılması çıxış edir. Son vaxtlar ölkəmizin müvafiq qurumları tərəfindən də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təkcə ötən il bu istiqamətdə AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycanda buraxılan məhsulların ixracı təşviq olunub, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.
Cari ildən ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Ötən 12 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən təxminən 200 milyard dollar həcmində investisiya qoyulub. Ölkəmizə sərmayə qoyuluşunun artım tendensiyası qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2016-cı ilin birinci yarısında da davam edib. Belə ki, son 6 ayda respublikamıza 6,3 milyard dollar məbləğində sərmayə qoyulub.
Cari ilin birinci yarısında ölkəmizə yönəldilən sərmayələrin yarıdan çoxunu xarici investisiyalar təşkil edir. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Respublikamız dünyada investisiya cəlbediciliyi yüksək olan ölkə imici qazanıb. Dövlət başçısının qeyd etdiyi kimi, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir: “Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34

