/ / Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir
Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir
23.07.2016 [10:10]
Prezident İlham Əliyev: Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir
Dünya miqyasında bir sıra yeni çağırışların yarandığı indiki şəraitdə Azərbaycanın da qarşısında mühüm vəzifələr durur. Prezident İlham Əliyev qlobal miqyasda müşahidə edilən arzuolunmaz proseslərin ölkəmizə mənfi təsirlərini minimuma endirmək və yeni iqtisadi şəraitdə də Azərbaycanın inkişafının ardıcıllığına nail olmaq məqsədilə yeni hədəflər müəyyənləşdirib. Azərbaycan milli mənafenin qorunmasına hesablanan siyasəti bundan sonra da davam etdirmək, respublikamızın beynəlxalq miqyasda müsbət imicini daha da yüksəltmək, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə yönələn tədbirlərə yeni impuls vermək, o cümlədən də ərazi bütövlüyümüzün başlıca qarantı sayılan ordunu gücləndirmək bu hədəflər sırasındadır. Ölkədə bütün bu və digər strateji məsələlərin həllinə nail olmaq üçün isə, ilk növbədə, iqtisadi inkişaf təmin olunmalıdır. Bu baxımdan cari ilin birinci yarısının iqtisadi inkişaf göstəriciləri yüksəkdir. Belə ki, son 6 ayda bütövlükdə milli iqtisadiyyatımızın genişlənməsi təmin olunub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə real sektorun artmasını sevindirici məqam kimi səciyyələndirib: “Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni real sektor artıb”.
Respublikada qeyri-neft sənayesinin 2,4 faiz artması çox müsbət göstəricidir
Respublikamızda uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. 2015-ci ildə respublikamızda 270-dək sənaye müəssisəsi açılıb. Bütövlükdə il ərzində ölkədə sənaye məhsulu istehsalı 2,4 faiz artıb. Sənaye sektorunda inkişaf tendensiyası 2016-cı ilin arxada qalan dövrü ərzində də qorunub saxlanılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev əminliklə bildirib ki, qeyri-neft sənayesinin artması böyük ümidlər verir: “Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq”.
Respublikamızda qeyri-neft sənayesinin inkişafı bir neçə istiqaməti əhatə edir. Prezident İlham Əliyev qeyd edib ki, sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. İri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri xüsusi qeyd etmək mümkündür. Burada SOCAR Polimer kompleksinin tikintisinə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə yönəldilir. Müəssisənin iki ildən sonra məhsul istehsalına başlayacağı proqnozlaşdırılır. Polimer kompleksinin işə düşməsi sayəsində respublikamızın yeni ixrac imkanları yaranacaq. Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Yeni müəssisədə buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara çıxarılacaq.
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Artıq bu istiqamətdə işlərə start verilib. Qısa müddətdə Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncama uyğun olaraq bu bölgədə müasir sənaye məhəlləsinin yaradılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək.
Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquq və s. xidmətlərin göstərilməsində maraqlı olan hüquqi və fiziki şəxslərin də layihə təklifləri qəbul olunur. Neftçala Sənaye Məhəlləsində nəzərdə tutulan layihələrin reallaşdırılmasına 40 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır.
Cari il iyunun 17-də Ağstafada “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməli qoyulub. Layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin olunacaq. Növbəti Sənaye Məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev cari il iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması qərara alınıb. Masallı Sənaye Məhəlləsində reallaşdırılmaq üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Prezident İlham Əliyev regionlarda sənaye zonalarının yaradılmasını çox müsbət inkişaf göstəricisi kimi səciyyələndirib: “Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz, ilk növbədə, özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq. Bununla bərabər, bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir”.
Azərbaycanda aqrar sektor geniş inkişaf perspektivlərinə malikdir
Son illərdə davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə genişlənib. Respublikamızda əhalinin üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının yüksək artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin vurğuladığı kimi, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir.
Yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması da ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək. Artıq respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək. Prezident İlham Əliyev hər bölgədə bir neçə aqropark yaradılmasının zəruri olduğunu bildirib: “Azərbaycanda aqroparkların yaradılması başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır”.
Aqrar sektorun inkişafı nəticəsində yeni ixrac imkanları yaranır
Aqrar sektorun dinamik inkişafının təmin olunması ölkənin ixrac potensialının artırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Azərbaycan xarici istehlak bazarlarına yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxartmaqla ölkəyə neft daxilolmalarının azalmasını kompensasiya edə bilər. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Respublikamızın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib.
Cari ilin əvvəlindən etibarən respublikamızda həmçinin yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük kimi sahələrin şöhrəti geri qaytarılır. Yeni iqtisadi şəraitdə tütün kimi gəlirli sahəyə də diqqətin artırılması böyük perspektiv vəd edir. Tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılıb. Hazırda respublikamızda tütünün əkini ilə 4 şirkət - “Araz”, “İntertabako”, “İlham”, “Tobako hause” MMC kimi qurumlar məşğul olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir. Qeyd edək ki, cari ildə respublikamızda 2500 hektarda tütün əkilib.
Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni xoş sözləri demək mümkündür. Cari ilin əvvəlindən həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub.
Son vaxtlar ölkənin aqrar sektorunda böyük uğurlar əldə olunmasına baxmayaraq, bu sahədə potensial daha böyükdür. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, görüləcək işlər nəticəsində kənd təsərrüfatında böyük irəliləyiş olacaqdır: “Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır”.
Respublikamız dünyada investisiya cəlbediciliyi yüksək olan ölkə imici qazanıb
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Ötən 12 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən təxminən 200 milyard dollar həcmində investisiya qoyulub. Ölkəmizə sərmayə qoyuluşunun artım tendensiyası qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2016-cı ilin birinci yarısında da davam edib. Belə ki, son 6 ayda respublikamıza 6,3 milyard dollar məbləğində sərmayə qoyulub ki, bunun da çox hissəsi xarici sərmayələrdir.
Əlbəttə, mövcud qlobal proseslər fonunda respublikamıza xarici sərmayə qoyuluşunun artması olduqca müsbət göstəricidir. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Respublikamız dünyada investisiya cəlbediciliyi yüksək olan ölkə imici qazanıb. Dövlət başçısının qeyd etdiyi kimi, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır. Şübhə yoxdur ki, gələcəkdə bu proses davam edəcək.
İndiyədək ölkəmizə qoyulan xarici sərmayələr daha çox həcmdə enerji sektoruna yönəldilib. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olması baxımından bu, təbiidir. Ancaq ölkəmizin qeyri-neft sektorunda da böyük investisiya cəlbediciliyi var. Buna görə də perspektivdə xarici sərmayələrin neftdənkənar iqtisadiyyata istiqamətləndirilməsi hədəflənib.
Beləliklə, sadalananlar bir daha göstərir ki, Azərbaycan qarşıya qoyduğu hədəflərin reallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Bu isə ölkəmizin cari ildə də mühüm nailiyyətlər qazanmasını şərtləndirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqlı olaraq vurğulayıb ki, Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir: “Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır. Azərbaycan uğurla inkişaf edir. Əminəm ki, biz bu ili də müvəffəqiyyətlə başa vuracağıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16

