/ / Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq
Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq
21.07.2016 [09:48]
Prezident İlham Əliyev: Siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin
Azərbaycan Respublikası milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar olduqca müstəsna əhəmiyyət kəsb edir. Bu uğurun əsasında isə Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadi və siyasi islahatların paralel aparılması dayanır. Dövlətimizin başçısı bildirib ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz: “Buna görə də siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir”.
İslahatlar ardıcıl və kompleks xarakter daşıyır
Vurğulamaq gərəkdir ki, ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır. İlk növbədə, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Eyni zamanda, güclü iqtisadi inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək iqtisadi nailiyyətlər əldə etmək gücündədir.
Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib
Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb.
Demokratik inkişaf yolunda əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək: “Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər”.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Onu da qeyd edək ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub.
Şübhəsiz, ölkəmizdə reallaşdırılan demokratik islahatlar ardıcıl, davamlı xarakter daşıyır. Prezident İlham Əliyev deyib: “Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin”.
Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Prezident İlham Əliyev bildirib ki, demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir: “Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır”.
Əlbəttə ki, insan haqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib. Demokratik inkişaf və güclü iqtisadiyyat Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında başlıca amilə çevrilib.
Hüquqlardan sui-istifadəyə yol verilməyəcək
Bunlarla yanaşı, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmizdə insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Qeyd etmək lazımdır ki, ölkəmizdə hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır. Yeri gəlmişkən, iyulun 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Layihədə Konstitusiyanın 24-cü maddəsində III hissəyə “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib. Bu, hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, hüquqlardan sui-istifadə hallarına qarşı effektiv mübarizəyə xidmət edən addım kimi xarakterizə edilə bilər.
Hüquqların qorunmasından bəhs edərkən yeni layihədə 32-ci maddəyə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır”, “Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz” və “Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir” məzmunlu VI, VII və VIII hissələrin Konstitusiyaya əlavə edilməsi də qeyd edilib.
Etibarlı təhlükəsizlik və sabitlik mühiti dinamik inkişafa təkan verir
Yuxarıda haqqında bəhs edilən layihədə təhlükəsizliklə bağlı məsələlər də yer alıb. Məsələn, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin aşağıdakı “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” redaksiyada verilməsi qeyd edilib.
Ümumiyyətlə, ölkəmizdə təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını şərtləndirir. Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, dinamik inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Bütövlükdə, rasional daxili və xarici siyasət kursu sayəsində bütün istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.
Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir: “Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi ictimai-siyasi təhlükəsizliklə bərabər, milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları ölkəmizdə həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Yerli özünüidarəetmənin təkmilləşdirilməsi və bələdiyyələrin məsuliyyəti məsələləri diqqət mərkəzindədir
Referendum Aktının layihəsində Konstitusiyaya “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib.
Ümumiyyətlə, hazırda Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları beynəlxalq təcrübənin öyrənilməsində və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır. Belə olan halda, bələdiyyə institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və şaxələndirilməsi zərurəti bir daha özünü göstərir. Digər tərəfdən, bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda bələdiyyələrin inkişafı, institusional təşkilatçılıq qabiliyyəti ölkə daxilindəki davamlı islahatlardan, ümumilikdə, daxili siyasət kursundan, dövlət quruculuğu prosesindən asılıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanda reallaşdırılan demokratik islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli yerli idarəetmə mexanizmi formalaşdırmalıdırlar. Bu, ilk növbədə, müasir çağırışlara adekvat cavab vermək qabiliyyətinin formalaşdırılmasından asılıdır. Bu, eyni zamanda, vətəndaşların bələdiyyə strukturları ilə işbirliyi prosesinə, bu instituta münasibətində yeni müsbət dəyişikliklərə mühüm töhfələr verər. Digər tərəfdən, bələdiyyələrin inkişafı desentralizasiya (və ya əks mərkəzləşmə) siyasətinin inkişafı, yəni idarəetmədə regionların rolu və potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlara paralel olaraq bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsi, vətəndaşlara münasibətdə onların məsuliyyəti məsələsi, bələdiyyə qulluqçularının qanunlara müvafiq fəaliyyət göstərməsi və digər məsələlər də ayrıca qeyd edilməlidir. Bu baxımdan, Konstitusiyaya bu məsələlərlə bağlı əlavənin edilməsi müstəsna əhəmiyyət daşıyır.
Kompleks islahatlar Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacaq
Tərəddüdsüz qeyd etmək olar ki, yuxarıda qeyd edilən istiqamətlərdə həyata keçiriləcək islahatlar Azərbaycanın demokratik inkişafında mühüm rol oynayacaq. Təsadüfi deyil ki, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Qeyd etdiyimiz kimi, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir.
Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Bu istiqamətdə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb və islahatların reallaşdırılması prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, bu cür islahatlar həm də Azərbaycanın siyasi hüquqi sisteminin inkişafı baxımından spesifik əhəmiyyət kəsb edəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

