Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans
09.05.2009 [22:44]
“Heydər Əliyev məktəbi” dinləciyilərinin və Əlcəzairdən olan filosof Zaim Genşelaun iştirak etdiyi konfransda institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə müstəqil Azərbaycan dövlətinin yaranmasında və inkişafında Heydər Əliyevin misilsiz xidmətləri haqqında geniş məruzə edib. O deyib ki, tarixin ən çətin məqamlarında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən, qardaş qırğınından xilas edib. Onun böyük fəaliyyətinin elmi-nəzəri tədqiqi göstərir ki, ulu öndər elmi cəhətdən, böyük uzaqgörənliklə hazırladığı dövlətçilik konsepsiyasının, taleyüklü milli problemlərin ardıcıllıqla və qətiyyətlə həllində əsl qəhrəmanlıq nümunəsi göstərib. Müstəqil ölkəmizin Konstitusiyası onun yardıcı təfəkkürünün bariz nümunəsidir. Hakimiyyət bölgüsü, hüquqi dövlət və ordu quruculuğu, bazar münasibətlərinin və özəlləşdirmə siyasətinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının bərqərar olması, “Əsrin müqaviləsi”nin bağlanması və icrası, ölkədə müasir infrastrukturun qurulması, elmin və təhsilin inkişafı, din-dövlət münasibətlərinin sivil formada həlli, məhkəmə-hüquq islahatlarının aparılması və çoxsaylı digər dövlət tədbirləri böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsidir. Azərbaycançılıq ideologiyası dahi şəxsiyyətin böyük xidmətlərinin ana xəttini təşkil edir. O, sözün əsl mənasında, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında fədakar vətəndaş mövqeyindən çıxış etmişdir. Böyük öndər çıxışlarının birində haqlı olaraq göstərirdi ki, milli ideologiyamızın yaranmasında və formalaşmasında mədəni irsimizdən böyük xəzinə kimi istifadə edilməlidir.
Bildirilib ki, ulu öndər Məhəmməd Füzulinin 500 illiyini, Dədə Qorqudun 1300 illiyini, Nizami Gəncəvinin, üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Heydər Hüseynovun, Hüseyn Cavidin, Mirzə Fətəli Axundovun və onlarla digər fikir dahilərinin yubileyini keçirməklə böyük bir ənənənin əsasını qoyub. Milli kökünə, tarixinə, mədəniyyətinə sadiq qalan Heydər Əliyev öz ana dili ilə, azərbaycanlı olması ilə həmişə fəxr edib və bundan böyük qürur hissi keçirib. Vətənpərvərlik, qəhrəmanlıq, nümunəvi milli-əxlaqi dəyərlərə üstünlük vermək, gənclərin böyük ideyalara və arzulara məhz elmin gücü ilə nail olmağın yollarını göstərən Heydər Əliyev öz şəxsiyyəti ilə də əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi idi. O, ikinci dəfə hakimiyyətə gələrkən Milli Elmlər Akademiyasının bu divarları arasında qürurla deyirdi: “Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kimin şübhəsi olmasın”.
Heydər Əliyev xalqın ən çətin günündə həmişə xalqından ilham almış, xalqa arxalanıb. “Mən ömrümün qalan hissəsini xalqıma bağışlamışam”, - deyən ulu öndər müdrikliyi, fədakarlığı, cəsarəti və dəyanəti sayəsində son dərəcə fəlakətdə olan dövlətimizi xilas edib.
Xüsusi vurğulanıb ki, onun zəngin irsi hər birimizə örnəkdir, nümunədir. Filosoflarımız, hüquqşünaslarımız, sosioloqlarımız, politoloqlarımız Heydər Əliyev irsini dərindən tədqiq etməli və sanballı əsərlər yazmalıdırlar. Bu sahədə akademik Ramiz Mehdiyevin “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “Demokratiya yolunda irs haqqında düşünərkən”, “XXI əsrdə milli dövlətçilik: demokratik inkişaf və müxalifət”, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Azərbaycan: qloballaşan dövrün tələbləri”, “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiya” və s. əsərləri Heydər Əliyev irsinin və İlham Əliyevin varislik siyasətinin elmi tədqiqinin əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə alimlərimiz yeni-yeni əsərlər hazırlamağa başlayıblar. Bu iş inamla aparılmalıdır.
Məlumat verilib ki, hazırda Rusiya Federasiyasının Fəlsəfə İnstitutu ilə birlikdə Moskvada və Bakı şəhərində ulu öndərin yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. 2009-cu il iyulun 14-də Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi tamam olur. Bununla əlaqədar “Heydər Əliyev məktəbi” ilə birlikdə silsilə seminarlar və konfranslar təşkil olunacaq. Heydər Əliyevin zəngin fəaliyyətinin müxtəlif aspektləri müasir Azərbaycanda gedən ictimai-siyasi, ideoloji və mənəvi proseslərlə əlaqəli şəkildə tədqiq olunmalıdır.
“ölkənin inkişafı modelləşmə kontekstində: azərbaycançılıq ideologiyası”, “Müstəqillik və sosiomədəni transformasiyalar şəraitində modernləşmənin Azərbaycan modeli”, “Hakim elitanın milli müstəqillik hüququ və tarixi mədəni xüsusiyyətləri”, “İdarəetmə proseslərində dəyərlər oriyentasiyası və davranış streotipləri: sosioloji və politoloji təhlil”, “Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi əsasları və perspektivləri”, “Azərbaycanda milli fəlsəfə məktəbi, onun mövcud durumu və perspektivləri”, “Müstəqillik və sosiomədəni transformasiyalar şəraitində milli elita problemləri”, “Müstəqil Azərbaycanda vətənpərvərlik və beynəlmiləlçilik ideologiyasının problemləri” və s. mövzuların tədqiqi vacibdir.
İnstitutda fəaliyyət göstərən “Heydər Əliyev məktəbi”nin rəhbəri, politologiya şöbəsinin müdiri, fəlsfə elmləri doktoru, professor Əlikram Tağıyev bildirib ki, Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin ən müxtəlif məsələlərinin tədrisini uğurla aparan məktəbdə ulu öndərin fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunmuş mövzular öyrənilib və bu iş bu gün də inamla aparılır. Burada ulu öndərin fəaliyyətini əks etdirən müxtəlif əsərlər, memuarlar, xatirələr saxlanılır ki, bu da ayrı-ayrı tədqiqatçıların tez-tez müraciət etdiyi mənbələr hesab oluna bilər. Hazırda “Heydər Əliyev məktəbi”nin genişləndirilməsi və elmi ədəbiyyatlarla zənginləşdirilməsi istiqamətində tədbirlər görülür.
İnstitutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə Heydər Əliyevin informasiyalar və kommunikasiyalar sahəsində, müasir texnologiyalardan istifadə problemlərinin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib. O deyib ki, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev müasir dünyanın ən qabaqcıl ənənələrinə və texniki imkanlarına sahib olmağın vacibliyinə, elm və texnikanın müasir inkişafının təcrübi tətbiqi, elektron Azərbaycan hökumətinin yaradılması və digər qabaqcıl texnologiyaların inkişafına xüsusi önəm verib və son illər ölkəmizdə bu istiqamətdə böyük nailiyyətlər qazanılıb. O, ulu öndərin ailə, qadın və uşaq problemlərinin, gənc alimlərin və istedadların zəruri problemlərinin həllinə xüsusi diqqət yetirməsindən də danışıb.
Fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin partiya quruculuğu sahəsindəki fəaliyyətindən ətraflı söz açaraq deyib ki, müstəqil Azərbaycanın yaradılmasında və yüksəlişində siyasi liderin uzaqgörənliyi, ardıcıl və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət daşıyıb. Heydər Əliyevin siyasəti indi də ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir.
Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov dövlət idarəçiliyində hakimiyyət bölgüsü prinsipinə əməl edilməsi, hüquqi dövlətin qurulması və inkişafında, idarəetmənin elmi əsaslarla və mütərəqqi ideyalar əsasında təkamülündə Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib. O vurğulayıb ki, müstəqil dövlətin inkişafında milli ideologiyaların rolu və əhəmiyyəti diqqətdə saxlanılmalıdır. Vətənpərvərlik, qəhrəmanlıq, fədakarlıq, yüksək mənəvi-əxlaqi dəyərlərin qorunmasında və inkişafında alimlərin üzərinə olduqca mühüm vəzifələr düşür. Tarixə bağlılıq, milli-mənəvi dəyərlərin, vətənpərvərliyin və qəhrəmanlığın uca tutulması, bu istiqamətdə aparılan siyasət ardıcıl və səmərəli olmalıdır. Heydər Əliyev bütün bu məsələlərdə bizə əsl nümunə ola bilər. Onun ən çətin vəziyyətlərdə, ən çıxılmaz anlarda xalqa arxalanması, ədalətliliyi, qanuna hörmət hissini uca tutması, ənənələrimizə adiqliyi, fədakarlığı və cəsarəti əsl nümunədir.
Əlcəzairli filosof Zaim Genşelaun Heydər Əliyev kimi dünya şöhrətli siyasətçi və dövlət xadiminin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş konfransda iştirak etməsindən məmnunluğunu bildirib. O deyib ki, Heydər Əliyevin dünya siyasətindəki rolu Əlcəzairdə də yüksək dəyərləndirilir. Bu konfrans məndə böyük təəssürat doğurub. Belə böyük bir siyasi xadimin xidmətlərinin alimlər tərəfindən tədqiqi və öyrənilməsi olduqca təqdirəlayiq hadisədir.
Zaim Genşelaun Azərbaycanda fəlsəfə elminin, xüsusilə sufiliyin tədqiqində böyük uğurlar qazanıldığını xüsusi vurğulayıb, Azərbaycan filosoflarının YUNESKO-nun fəlsəfə bölməsi ilə əlaqələrini genişləndirməsini arzulayıb. O, “Azərbaycan fəlsəfə tarixi” ikicildliyini yüksək qiymətləndirib, Əlcəzair və Azərbaycan filosofları arasında əlaqələrin genişləndirilməsini vacib sayıb.
Hüquq elmləri doktoru Bəhram Zahidov ümummilli liderin Azərbaycanda müstəqil dövlətin qurulmasının hüquqi əsaslarının yaradılması sahəsindəki xidmətlərindən danışıb, onun ictimai-siyasi və hüquqi görüşlərinin tədqiqini vacib bilib.
İnstitutun elmi katibi, fəlsəfə elmləri namizədi S.Əliyeva, şöbə müdirləri İ.Vəliyev, S.Hüseynov və başqaları “Heydər Əliyev məktəbi”nin rolundan söz açıblar.
İnstitut direktoru İlham Məmmədzadə konfransa yekun vuraraq, ulu öndərimizin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar tədbirlərin ardıcıl olaraq davam etdirilməsini zəruri sayıb, bu istiqamətdə müxtəlif ölkələrin alimləri ilə birgə tədqiqatların və araşdırmaların aparılacağını bildirib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
