KİV təmsilçiləri arasında dama yarışının qalibləri mükafatlandırılıb
09.05.2009 [22:43]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə “Yeni Azərbaycan” qəzetinin media nümayəndələri arasında keçirdiyi dama yarışının qalibləri mükafatlandırılıb. Bu münasibətlə dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilk olaraq vurğulayıb ki, hazırda Azərbaycanın hər bir yerində, eləcə də dünyanın bir çox ölkəsində ulu öndərin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Media nümayəndələri arasında keçirilən dama turnirinin də bu məqsədə xidmət etdiyini vurğulayan baş redaktor əlavə edib ki, ümummilli lider Heydər Əliyev dünyanın ən böyük intellektlərindən, zəka sahiblərindən biri idi. Baş redaktor bu intellekt yarışının ulu öndərin adı ilə bağlı olmasının vacibliyini bir daha qeyd edib. H.Babaoğlu, həmçinin, respublikamızda idmana göstərilən diqqət və qayğıdan, ölkədə idmanın bütün sahələrində gedən sürətli inkişafdan söz açıb. Daha sonra o, turnir haqqında geniş məlumat verərək bildirib ki, bu yarışda müxtəlif KİV-ləri təmsil edən 48 jurnalist iştirak edib. Bir neçə mərhələdə keçirilən oyunlardan sonra I, II və III yerlərin sahibləri bəlli olub. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Siyavuş Əliyev bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıb. “Space” teleşirkətindən Elman Şirbağırov II, İctimai Televiziyanın əməkdaşı Nicat Qayıbov isə III olub.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov ilk olaraq, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərindən danışıb. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin formalaşması, müstəqilliyinin möhkəmlənməsi ulu öndər Heydər Əliyevin xidmətidir. ötən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş hadisələr fonunda Azərbaycanın öz müstəqilliyini elan etməsinə baxmayaraq həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu müstəqilliyi qoruyub saxlaya bilməmişdi. Əksinə, Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin ulu öndər Heydər Əliyev bu təhlükəni aradan qaldırmaqla bərabər, dövlətimizi inkişaf yoluna çıxardı. YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov Azərbaycan xalqının ulu öndərin misilsiz xidmətlərini unutmadığını və daim xatırladığını söyləyib. İcra katibi ulu öndərin doğum gününün hər il qeyd olunmasını, bu münasibətlə silsilə, mötəbər tədbirlərin keçirilməsini çox gözəl dövlətçilik ənənəsi kimi dəyərləndirib: “Heydər Əliyevin doğum günü münasibətilə keçirilən tədbirlər həm forma, həm də rəngarəngliyi etibarilə seçilir. Bu tədbirlərdə Azərbaycan cəmiyyətinin müxtəlif zümrələri, Azərbaycanın hər bir bölgəsini təmsil edən şəxslər fəal iştirak edirlər. Bu tədbirlər Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onun parametrlərinin dəqiq əks etdirilməsi baxımından da böyük əhəmiyyətə malikdir”.
Əli Əhmədovun sözlərinə görə, Heydər Əliyev təkcə Azərbaycanın bizə məlum olan dünənini yaratmayıb. Eyni zamanda, Heydər Əliyev ideyaları Azərbaycanın bu günüdür, Onun ideyaları Azərbaycanın bugünkü reallıqlarında öz ifadəsini tapır. Bu ideyalar bu günədək Azərbaycana xidmət edib və ölkəmiz bunun faydasını görür, hər bir vətəndaşımız bu həqiqəti dərk edir. Heydər Əliyevin ideyaları, amalları, həm də ölkəmizin gələcəyidir. Azərbaycanın xoşbəxt, firavan gələcəyi Heydər Əliyev ideyaları ilə bağlıdır: “Onun düşüncələri, fikirləri, ideyaları belə demək mümkünsə, dövlətimizin inkişaf konsepsiyasının əsasını təşkil edib. Həyatımızın elə bir sahəsi olmayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə orada böyük inkişaf təmin olunmasın. Eynilə, Heydər Əliyevin o düşüncələri ki, həyatımızdakı müsbət dəyişikliklərin əsasını təşkil edir, həmin ideyalar Azərbaycanın gələcək inkişafı baxımından, həyatımızın bütün sahələrinin yeniləşməsinə, təkmilləşməsinə xidmət edəcək. Və bu mənada Heydər Əliyev Azərbaycanın bütün sahələrində dəyişikliklərə, yeniliklərə diqqət yetirdiyi kimi, cəmiyyət həyatının bir hissəsi olan idmana da böyük diqqət, qayğı göstərib”.
Əli Əhmədov daha sonra idmana dövlət qayğısından, idmanın müxtəlif növlərinin son dövrlər Azərbaycanda böyük inkişaf yolu keçdiyindən danışıb. çıxışın sonunda isə Əli Əhmədov qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən Dama Federasiyasının prezidenti Vaqif Mustafayev bu turnirin belə mötəbər şəkildə təşkil olunduğuna görə “Yeni Azərbaycan” qəzetinə təşəkkür edib. O, turnirin ümummilli liderin doğum günü münasibətilə təşkil edilməsinin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, qalib gələn media nümayəndələri məhz ümummilli liderin xatirəsinə həsr edilən turnirdə qələbə qazanmaları ilə həmişə fəxr edəcəklər.
Dama Federasiyasının vitse-prezidenti, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə çıxışında bildirib ki, ümummilli liderin xatirəsinə həsr edilən turnirin qalibi olmaq dünya və Avropa çempionu olmaqdan daha üstündür. T.Əhmədov qeyd edib ki, son vaxtlara qədər dama yarışı digər idman növlərimizlə müqayisədə bir qədər kölgədə qalmışdı. Amma artıq bu vəziyyət dəyişib və dama yarışı da populyarlıq qazanmağa başlayıb.
Sonda yarışın qaliblərinə kubok, diplomlar və pul mükafatı təqdim olunub.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

