Azərbaycan qədim demokratik və mədəni ənənələrin məkanıdır
24.06.2016 [10:07]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünənki sessiyasında qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva çıxışında mədəniyyət və demokratiya əlaqələrindən danışıb. O deyib ki, mədəniyyət və demokratiya əlaqələri təkcə demokratiyanın mədəniyyətin inkişafına yox, eyni zamanda, mədəniyyətin demokratiyanın inkişafına da müsbət təsiri deməkdir.
Mədəniyyət olmayan yerdə tam azadlıq və demokratiyadan danışmaq qeyri-mümkündür. Demokratiya özü bir güc forması olaraq mədəniyyətin töhfəsi və nailiyyətidir.
Bildirilib ki, demokratik yaşamaq qabiliyyəti cəmiyyətin bütün qatlarında əsrlər və hətta minilliklər boyu hər bir vətəndaşın milli kimliyi, fərdi mədəniyyəti və həyat tərzi əsasında formalaşır. Azərbaycan mədəniyyət və demokratiyanın birgəyaşayışının nümunəsidir. Demokratiyanın inkişafı ölkəmizdə qədim demokratik və mədəni ənənələrə əsaslanır. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan qadınlara seçib-seçilmək hüququ verən, ilk balet və operanın yarandığı məkandır. Biz həmişə bu dəyərlərə sadiqik. Mədəni irsimizin qorunub saxlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra mədəni siyasətin əsas istiqaməti mədəni irsimizi sovet ideologiyasından azad etmək, marksizm-leninizm ideologiyasına uyğun olmadığından qadağan edilmiş mədəni abidələrimizin kimliyini bərpa etmək və gündəmə gətirmək olub.
Bu işin öhdəsindən uğurla gəlinib və bu gün Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır. Ölkəmiz Mstislav Rostropoviç Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bu tədbirlər mədəniyyətimizin qorunmasına, mədəni irsimizin gənc nəsillərə ötürülməsinə, mədəniyyətlərarası dialoqun təşviqinə öz töhfəsini verir.
S.Fətəliyeva vurğulayıb ki, mədəniyyətin inkişafına və qorunub saxlanmasına gənc nəslin cəlb edilməsi ilə terrorizmin, radikallaşmanın, dini, etnik dözümsüzlüyün yayılmasının qarşısını almaq olar.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

