/ / Böyük Vətən müharibəsinin İsraildə yaşayan veteranları faşistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə heykəlin açılışını pisləyiblər
Böyük Vətən müharibəsinin İsraildə yaşayan veteranları faşistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə heykəlin açılışını pisləyiblər
22.06.2016 [10:11]
Mk.ru-izrail xəbər portalında “Böyük Vətən müharibəsinin İsraildə yaşayan veteranları faşistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə heykəlin açılışını pisləyiblər” sərlövhəli material dərc olunub. AZƏRTAC həmin materialı təqdim edir.
Hitler Almaniyasının SSRİ üzərinə xaincəsinə hücum etdiyi 22 iyun ərəfəsində İkinci Dünya müharibəsinin İsraildə yaşayan veteranları Ermənistanda “erməni milli azadlıq hərəkatının qəhrəmanı” adlandırılan Qaregin Njdenin Yerevanda heykəlinin təntənəli açılışı barədə xəbərdən şoka düşüblər.
Böyük Vətən müharibəsi dövründə Njdenin nasistlərlə əməkdaşlıq etməsi sirr deyil. Njde 1942-ci ilin dekabr ayında Berlində yaradılmış Erməni Milli Şurasının yeddi üzvündən biri olub. O, hərbi əsir düşmüş ermənilərin qarşısında dəfələrlə təbliğat xarakterli çıxışlar edir, onları SSRİ-yə qarşı silahlı mübarizəyə çağıraraq deyirdi: “Almaniya uğrunda həlak olanlar Ermənistan uğrunda həlak olur”. Faşist Almaniyası darmadağın ediləndən sonra Njde SMERŞ (Smert Şpionam - Casuslara ölüm) təşkilatı tərəfindən həbs edilib, hərbi cani kimi mühakimə olunaraq 25 il həbs cəzasına məhkum edilib. Sonradan o, Vladimir həbsxanasında ölüb.
Sovet ordusu sıralarında nasistlərə qarşı vuruşmuş israilli müharibə veteranları bir şeyi başa düşə bilmir: necə olub ki, faşist Almaniyası ilə əməkdaşlıq etmiş adamın şərəfinə Ermənistanda heykəl qoyulub?! Hətta o, erməni milli ideyası uğrunda mübarizə aparmış olsa belə, “yəhudi məsələsini birdəfəlik həll etməyi”, yəni yəhudiləri tamamilə məhv etməyi öz qarşısına məqsəd qoymuş hitlerçilərə necə kömək etmək olardı?
Fikirləşəndə dəhşətə gəlirsən: əgər İkinci Dünya müharibəsində faşistlər qalib gəlsəydi, SSRİ-də yaşayan milyonlarla insanın və ümumiyyətlə bütün azad duyanın taleyi necə olardı?! Təəssüf ki, nasistlərin əlaltıları çox idi. Lakin bu gün nasistlərin əlaltılarını qəhrəman kimi təqdim etmək, Ermənistan paytaxtının mərkəzində onlara heykəl qoymaq nə deməkdir?!
Rişon le-Siona Veteranlar İttifaqının sədri, İsrail Veteran Təşkilatının Mərkəzi Şurasının üzvü İosif Zeldisin sözlərinə görə, “faşistlərlə əməkdaşlıq edənlərə heykəllər qoymaq əxlaqa ziddir”.
Yerusəlim Dairə Veteranlar İttifaqının sədri Yuri Periç heyrətlənir: “Faşistlərə kömək etmiş adama necə heykəl qoymaq olar? Mən erməni xalqını başa düşmürəm. Faşistpərəst element milli qəhrəman ola bilməz. Əgər o faşistlər dəstəsinə daxil olubsa onu qəhrəmana çevirmək və ona heykəl qoymaq olarmı?! Bu, heç bir əndazəyə sığmır. Biz, yerusəlimli veteranlar üçün o adam faşistdir, amma kimlər üçünsə milli qəhrəmandır? Axı faşistlər bütün dünyanın düşməni olub, bunu hamı başa düşür. Digər tərəfdən, faşistlərin əlaltısını milli qəhrəman elan edir və ona heykəl qoyurlar. Biz, yerusəlimli veteranlar üçün bu, qəbuledilməzdir. O, faşizmin qələbəsi uğrunda mübarizə aparıb və indi qəhrəman olub? Bir var millətçilər, bir də var nasistlər. Millətçi öz millətini sevən və başqa millətlərə hörmət edən adamdır. Nasistlər isə öz millətini, öz irqini sevir, amma başqa millətləri, başqa irqləri məhv edirlər. Bizim üçün nasist qəhrəman ola bilməz”.
Ümumisrail İkinci Dünya müharibəsi veteranları - nasizmə qarşı mübarizlər ittifaqının rəhbəri Avraam Qrinzayd: “Nasistlərin əlaltılarının hər hansı şəkildə qəhrəman kimi qələmə verilməsi qəbuledilməzdir. Biz hətta Qələbənin yetmiş illiyində keçmiş SSRİ məkanındakı bəzi ölkələrdən xatirə medalları almaqdan imtina etmişik, çünki həmin medallarla həm nasistlərə qarşı vuruşanları, həm də faşistlərin tərəfində vuruşanları təltif edirdilər. Bu problemin heç bir müzakirəyə ehtiyacı yoxdur. Bunu yalnız pisləmək olar, bu, kədərli və anlaşılmaz haldır”.
Aşdod şəhəri Veteranlar İttifaqının sədri Mixail Dendze də təəccüblənir: almanlarla əməkdaşlıq etmək xəyanətdir, faşistlərə kömək etməkdir. Onun bunu etməyə haqqı yox idi. Yaddaş əbədi qalmalıdır. Heykəllər qəhrəmanlara ucaldılmalıdır. “Ölməz alay” - insanlar həlak olub, onlar bu gün də yaralardan ölürlər... Biz onları yox, faşistlərin əlaltılarını məşhurlaşdırırıq... Tarixi yenidən yazmaq olmaz. Faşistlərə kömək edənlərə yox, “Ölməz alaya” heykəllər qoyulmalıdır...”
Njde, Bendera, Vlasov, Şaxnoviç kimilərin vəcdə gəlmiş pərəstişkarları bu gün də çoxdur. Bizə nə olub? Doğrudanmı faşistlərin əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi və onların milli qəhrəmanlara çevrilməsi yol verilə biləndir? Bunun harada olmasının fərqi yoxdur - istər Ukraynada, istər Ermənistanda, Baltikyanı bölgədə, ya Çexiyada olsun. Müharibədə faşistlərin qələbə qazanmasına kömək etməyə çalışanlara haqq qazandırmaq olarmı?
Bu xəbərin müzakirəsində iştirak edən Ümumisrail İkinci Dünya müharibəsi veteranları - nasizmə qarşı mübarizlər ittifaqının rəhbəri Avraam Qrinzayd deyib: “Mən İkinci Dünya müharibəsi tarixinə yenidən baxılmasının qəti əleyhinəyəm. Mənim üçün ən vacibi bizim insanların qəhrəmanlıq tarixidir. Tarixi dəyişmək olmaz”.
Söhbət zamanı veteranlardan biri qəzəblənərək qışqırdı: “Bu heykəli söküb rədd etmək lazımdır”.
Lakin sonra xahiş etdi ki, onun sözlərini sitat gətirməyək. Axı, Ermənistanın harasında və kimlərə heykəllər qoymaq suveren Ermənistanın, Ermənistan rəhbərliyinin və ölkə prezidentinin işidir. Qoy, Böyük Vətən müharibəsi cəbhələrində igidliklə vuruşmuş Ermənistan oğullarına heykəllər qoymaq, yoxsa “Almaniyanın qələbəsi Ermənistanın qələbəsidir” deyən insanı qəhrəman kimi qələmə vermək məsələsini onlar həll etsinlər. Ola bilsin, onun üçün məhz belə idi... Bəs sizin üçün, dostlar, bu, belədirmi?
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

