Ermənistanın faşist generalı Njdeyə abidə ucaltması faşizmin təbliğinə xidmət edir
21.06.2016 [10:19]
Azərbaycandan olan müharibə veteranları bununla bağlı Rusiya prezidentinə məktubla müraciət ediblər
Faşizm, milli zəmində ayrı - seçkilik və fərqli millətlərin nümayəndələrinə qarşı dözümsüzlük hazırda qlobal təhlükəsizliyi təhdid edən ciddi təhlükələrdəndir. Buna görə də, hazırda dünyada birgəyaşayışı və sülhü təşviq edən dövlətlər, bəşəriyyətin gələcəyi ilə bağlı təhdidlərin aradan qaldırılması yönündə təşəbbüs göstərən mərkəzlər sözügedən məsələlərin həlli ilə bağlı ciddi fəaliyyətin ortaya qoyulmasının həyati əhəmiyyətini vurğulayırlar. Azərbaycan da yerləşdiyi regionun lideri və qitənin enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi tolerantlıq, multikultluralizm ideyalarının təşviqi, dinlər və mədəniyyətlərarası dialoqun güclənməsi yönündə ciddi fəaliyyət ortaya qoymaqdadır. Buna baxmayaraq, hələ də bir sıra dairələr faşizm kimi xüsusilə, ötən əsrin əvvəllərindən başlayaraq dünya ictimaiyyətinə ciddi faciələr yaşatmış bəşəri problemi təbliğ etməklə məşğuldur. Ermənistan da bu sırada dayanır. Təqribən bir ay əvvəl Ermənistanın paytaxtında faşist generalı, Hitlerin əlaltılarından biri, Vermahtın erməni cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutunyana abidə ucaldılması bunu bir daha təsdiq edir.
Xatırladaq ki, Yerevanın mərkəzi meydanlarından birində faşist generalına qoyulmuş heykəlin açılışı mayın 28-də - Moskvada faşizm üzərində qələbənin 71 illiyinin təntənə ilə qeyd olunmasından təqribən 20 gün sonra baş tutub. Heykəlin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Qeyd etmək yerinə düşər ki, bu, həmin Serj Sarkisyandır ki, bir il bundan əvvəl faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradına qatılıb, bu il mayın əvvəlində isə müharibə qurbanlarının xatirəsini Yerevanda “yad edib”. İndi isə görünən odur ki, Ermənistan belə bir addım atmaqla Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini davam etdirir. Belə ki, rəsmi Yerevan və dünya erməniləri Hitler və Himlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edirlər. Halbuki, Ermənistanın bu “milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar. Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur.
Məsələni daha da maraqlı edən isə başqa bir faktdır. Belə ki, Ermənistanın həyasızlığı o həddə çatıb ki, faşist canilərinin yüksəldilməsi istiqamətində əsas “cəbhə”ni elə faşistlərin qətlə yetirdiyi milyonlarla insanın xatirəsini əziz tutan qonşu Rusiya ərazisində açıb. Rusiya KİV-lərində Njde qəhrəmanlara bərabər tutulur, bu ölkədə “Qaregin Njde” adlı film nümayiş etdirilir. Filmdə baş rolları isə tanınmış rus aktyorları oynayırlar. Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbət və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilir. Əlbəttə, Ermənistan dövlətinin birbaşa faşizmin təbliğ edilməsinə yönəlmiş bu addımı dünyanın sağlam qüvvələri tərəfindən narahatçılıq və haqlı hiddətlə qarşılanır. Ölkəmizdə də bu addıma qarşı etiraz səsləri yüksəlməkdədir. Azərbaycandan olan Böyük Vətən müharibəsi (BVM) iştirakçılarınının Rusiya prezidenti Vladimir Putinə ünvanladıqları məktubda Ermənistanda baş qaldıran faşist ideologiyasına qarşı tədbirlər görülməsi xahiş olunur. Müraciətdə deyilir: “Siz yorulmadan Böyük Vətən müharibəsinin nəticələrinin saxtalaşdırılması və təhrif olunmasının əlehdarı kimi çıxış edirsiniz. Məhz sizin təşəbbüsünüzlə 17 dekabr 2015-ci ildə Rusiya Federasiyasının təqdim etdiyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə” adlı 70/139 saylı Qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul edilmişdir.
Sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası “nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin onlara heykəllərin və memorialların qoyulması yolu ilə təbliği, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin nümayişi məqsədilə ictimai nümayişlərin keçirilməsi, həmçinin belə təşkilat üzvlərini və antihitler koalisiyasına qarşı mübarizə aparanları və nasist hərəkatı ilə əməkdaşlıq edənləri milli-azadlıq hərəkatlarının iştirakçısı elan etmək cəhdləri ilə bağlı dərin narahatlığını bildirir.
Bu Qətnaməyə qoşulmuş Ermənistan isə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirir”.
Məktub müəllifləri Rusiyanın ermənilərin bu kimi əməllərinə heç bir reaksiya verməməsindən təəccübləndiklərini vurğulayırlar.
“Cəmi 3 həftə bundan əvvəl keçmiş ittifaqa daxil olan ölkələr faşizm üzərində qələbənin 71 illiyini qeyd etdilər. Sovet xalqlarının birgə əməyi, çiyin-çiyinə mübarizəsi nəticəsində əldə olunan bu qələbə dünyanın tarix səhifəsinə qızıl hərflərlə yazılmışdır. Ruslar və digər xalqlarla birgə 700 min azərbaycanlı bu müharibədə iştirak etdi. Onlardan 130 nəfəri faşizmlə mübarizədə göstərdikləri şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycanda bu günün özündə belə sovet xalqının BVM-də göstərdiyi qəhrəmanlıq mübarizəsi hörmətlə yad olunur. 9 May - ölkəmizdə ən fəxri dövlət bayramlarından biri hesab olunur.
Lakin buna baxmayaraq, bizlər - BVM-in ağrı-acısını öz üzərlərində hiss etmiş insanlar üçün nasist canilərindən qəhrəmanlar düzəldilməsini ürək ağrısı ilə müşahidə edirik. Ermənistanın bu hərəkəti bizi hiddətləndirir və biz bunu bir vaxtlar ümumi Vətənimiz olan ölkəyə, eləcə də sülhpərvər insanların xatirəsinə qarşı hörmətsizlik kimi qəbul edirik”, - deyən məktub müəllifləri Rusiya prezidentindən Ermənistanda güclənməkdə olan faşist ideologiyasına qarşı ciddi ölçü götürməyin vaxtının çatdığını bildirirlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

