IV Qurultay: Prezidentin tarixi nitqinin strateji mahiyyətli məqamları
18.06.2016 [11:21]
İyun ayının 3-ü və 4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Tədbirdə 500-dən çox nümayəndə iştirak edib. Ölkə başçısı İlham Əliyev Qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Burada dövlətçilik üçün strateji əhəmiyyətli bir sıra məsələlər təhlil edilib. Onların əsasında Prezident diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyub. Dövlət başçısı sistemli şəkildə müasir dünyanın geosiyasi trendlərini vurğulayaraq, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətlərini buna uyğun qurmasını əsaslandırıb. Burada əsas məsələnin Azərbaycana bağlılıq, milli kimliyin və mədəniyyətin qorunub saxlanması, iqtisadi sahədə Vətənə xidmət göstərilməsi, düşmən təbliğatına qarşı səmərəli mübarizənin yeni səviyyəyə qaldırılması kimi vacib məqamlara diqqət yönəldilib. Bütün bunların hamısının geniş təhlil və təbliğinə ciddi ehtiyac var. Prezidentin ifadə etdiyi tezislər azərbaycanlılar qarşısında duran strateji vəzifələrin həlli üçün olduqca vacibdir. Həmin xətt üzrə koordinasiyalı fəaliyyət zəruri olaraq yeni-yeni qələbələrə aparacaqdır.
Keçilən yola baxış: 15 illik nailiyyətlərin izi ilə
15 il bundan öncə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Həmin vaxtdan etibarən planetin hər tərəfində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi prosesi vüsət alıb. O cümlədən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiyalı işləməsi istiqamətində təsirli addımlar atılıb. Bunun nəticəsidir ki, IV Qurultaya 49 ölkədən 500-dən çox nümayəndə qatılmışdı. Bu, kifayət qədər böyük qüvvədir. Onun idarə edilməsi də asan məsələ deyil.
Dövlət başçısı İlham Əliyev qurultayda söylədiyi dərin məzmunlu və strateji məqamları özündə ehtiva edən nitqində həmin kontekstdə aktual fikirləri ifadə edib (bax: Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub / AZƏRTAC, 3 iyun 2016). Tədbiri əlamətdar hadisə kimi qiymətləndirən Prezident onun dünya azərbaycanlılarının birləşməsi, daha da fəal olması üçün çox önəmli rol oynadığını xüsusi vurğulayıb.
Burada ölkə rəhbəri bu kimi tədbirlərin azərbaycanlıların dünya miqyaslı təşkilat çərçivəsində fəaliyyətlərinə mütəşəkkillik verdiyinə işarə edib. Dünyanın hər bir guşəsində soydaşlarımız yaşayırlar. Onlar müxtəlif səviyyələrdə təmsil olunurlar. Lakin azərbaycançılıq məfkurəsi altında birləşib Vətən naminə çalışmağın zamanı gəlib. Qloballaşma müxtəlif xalqları birləşdirirsə, eyni xalqın nümayəndələri vahid ideya ətrafında səfərbər olaraq öz Vətənləri üçün xeyirli işlər görməlidirlər.
Başqa xalqlarda bu nümunə vardır. Ancaq azərbaycanlılar üçün situasiya tamamilə fərqlidir. Onlar kimlərəsə qarşı birləşmirlər, müstəqil Azərbaycan dövlətini və mədəniyyətimizi daha yaxından tanıtmaq məqsədi ilə təşkilatlanırlar. Bu zaman, təbii ki, ölkə, onun insanları, rəhbərliyi, mədəniyyəti, dövlətçilik strategiyası haqqında yanlış fikir yaratmağa cəhd edənlərlə mübarizə aparmaq da lazım gəlir. Sirr deyil ki, müxtəlif dairələr əsrlərdir ki, müsəlmanlar, o cümlədən türklərlə bağlı (fərqi yoxdur, türkiyəlilər, azərbaycanlılar, türkmənlər, qazaxlar, yaxud özbəklər olsun) şər-böhtan dolu təbliğatlar aparırlar.
Buna qarşılıq həqiqəti deyib sübuta yetirən mütəşəkkil təşkilata ehtiyac vardır. Azərbaycan diaspor təşkilatları bu funksiyanı yerinə yetirmək üçün bütün potensiala malikdirlər. Ölkə rəhbəri təşkilatlanma ilə fəallaşmanın ortaq strategiyasını məhz bu müstəvidə diqqətə çatdırır. IV Qurultaya qədər keçilən yol bu cür nəticə çıxarmağa xeyli əsas verir. Prezident İlham Əliyev bu kontekstdə nitqində vurğulayıb: “Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər” (bax: əvvəlki mənbəyə).
Bunun real nəticəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, diaspor təşkilatlarının formalaşma prosesinin geniş vüsət almasıdır. Əgər 2002-ci ildə dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız vardısa, hazırda onların sayı 462-dir. Həm də 462 diaspor təşkilatı daha koordinasiyalı, sıx əlaqədə fəaliyyət göstərirlər. O zaman 200 təşkilat arasında bu cür bağlılıq yox idi. Daha əhəmiyyətlisi isə odur ki, 462 diaspor təşkilatı azərbaycançılıq məfkurəsi altında birləşiblər, onların vahid məqsədi, müstəqil dövlətçiliyə xidmət həvəsi, milli mədəniyyəti dünyada tanıtmaq kimi yüksək amalı vardır.
Bütün bunların əsasını Ulu öndər qoymuş, sonra isə Prezident İlham Əliyev inkişaf etdirmişdir. Bu səbəbdəndir ki, ölkə başçısı IV Qurultayda qətiyyətlə bəyan edib: “Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar” (bax: əvvəlki mənbəyə).
Bununla keçən 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş keyfiyyətcə yeni bir durumun yaranmasına səbəb olub. İndi azərbaycanlılar dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə bilirlər. Nəticədə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha geniş şəkildə tanış etmək imkanı yaranıb.
Növbəti mərhələ: daha sistemli və məqsədyönlü fəaliyyət uğrunda
Yeni mərhələ başlayıb. Diaspor təşkilatları yetişən gənc nəslin tərbiyəsində ciddi iştirak etməlidir. Ölkə başçısı burada əsas məqsədin gənclərin Vətənə bağlılığını təmin etməkdən ibarət olduğunu bildirib. Bunun üçün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlı gəncin Azərbaycan dilini bilməsi mütləq şərt kimi qəbul edilməlidir. Bu, çox mühüm məqamdır.
Dil millətin mənəviyyatının aynasıdır. Alimlər əmindirlər ki, milli xarakterin formalaşmasında dilin rolu həlledicidir. Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan dilinə böyük diqqət göstərmiş, onun təbliği üçün əlindən gələni etmişdir. Prezident İlham Əliyev də Azərbaycan dilinin cəmiyyətdə statusunu daha da yüksəltmək üçün ciddi addımlar atır. Azərbaycan alimləri qarşısında bununla bağlı böyük vəzifələr qoyulub. Dilin təmizliyinin saxlanması burada böyük önəm daşıyır. Xaricdə yaşayan gənc nəslin Azərbaycan dilini bilməsi onların milli zəmində yetişməsi üçün mühüm şərtdir. Bu səbəbdən ölkə rəhbərinin Qurultayda bu məsələyə ayrıca toxunması olduqca əhəmiyyətli məqamdır.
Dövlət başçısı Qurultayda söylədiyi nitqində daha bir vacib məsələyə diqqət yönəldib. O, diaspor təşkilatları arasında özünü göstərən rəqabətə münasibətini bildirib. Bəzi hallarda qeyri-sağlam rəqabət olur ki, bunu dərhal aradan qaldırmaq gərəkdir. Çünki “Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var” (bax: əvvəlki mənbəyə). Bizcə, çox aydın, dəqiq və konkret ifadə edilmiş fikirdir. Azərbaycan naminə diaspor təşkilatları öz aralarında yalnız birliyə aparan münasibət qurmalıdırlar. Onlar monolit birləşməlidirlər.
Bu kontekstdə Prezidentin bir məqamı önə çəkməsi olduqca yerinə düşüb. Prezident İlham Əliyev Azərbaycan diasporunun bir vəzifəsinin də erməni diasporunun yalanlarına qarşı mübarizə aparmaq olduğunu xüsusi qeyd edib. Məsələ ondan ibarətdir ki, ermənilər diaspor fəaliyyəti ilə on illərdir ki, məşğul olurlar. Ancaq onlar ədalət naminə deyil, başqalarına şər-böhtan atmaq üçün canfəşanlıq edirlər. Nəticədə, dünya ictimaiyyəti aldadılır, azərbaycanlılar haqqında yanlış təsəvvürlər formalaşır. Bu işdə ermənilər xarici KİV-də ələ aldıqları jurnalistlərdən, media vasitələrindən yararlanırlar. Təəssüf ki, Azərbaycan diaspor təşkilatları hələlik bu istiqamətdə lazımi səviyyədə səmərəli çalışmırlar. Bununla yanaşı, azərbaycanlıların xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında da təmsilçiliyi aşağı səviyyədədir.
Ölkə rəhbəri hər iki istiqamətdə daha fəal mövqe tutmağı tövsiyə edib. Prezident İlham Əliyev ifadə edib: “...bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq” (bax: əvvəlki mənbəyə).
Nəhayət, dövlət başçısı, xaricdə yaşayan azərbaycanlı iş adamlarının öz Vətənlərinə sərmayə qoymasının lazım olduğunu bəyan edib. Hazırda Azərbaycanda çox yaxşı biznes mühiti mövcuddur. Müstəqillik dövründə ölkəyə 200 milyard dollar sərmayə qoyulub ki, bunun yarısı xaricilər tərəfdən olub. Bunun fonunda xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının buraya yatırım etməsi strateji tələbata çevrilib. Çünki söhbət azərbaycanlıların Vətənindən gedir. Onun iqtisadi gücünü də məhz azərbaycanlılar formalaşdırmalıdır.
Beləliklə, dövlət başçısının Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqi böyük əhəmiyyəti olan məsələləri əhatə edib. Onların hamısını bir yazıda vermək imkansızdır. Ancaq yuxarıda vurğuladığımız bir sıra məqamlarda Prezident İlham Əliyevin dünya azərbaycanlıları qarşısında ciddi milli və strateji əhəmiyyətli vəzifələr qoyduğu aydın görünür.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

