/ / Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir
Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir
11.06.2016 [09:30]
Məlum olduğu kimi, ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq Dövlət proqramları qəbul olunur və icra edilir. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu kontekstdə aidiyyəti qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həm ətraf mühitin mühafizəsi baxımından, həm də insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycan Respublikasında aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunub. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaradıb.
Bütün bunlarla yanaşı, Azərbaycanda ətraf mühit məsələlərinə böyük əhəmiyyət verilməsi, o cümlədən irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına daha təmiz mühitdə yaşamağa imkan yaradır. İqtisadiyyatın sürətli inkişafının nəticəsi olaraq gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə, respublikamızda infrastruktur layihələrinin icrası davam etdirilib, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər prioritet olub.
Müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkədə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşıb. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
Qeyd edək ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində formalaşdırdığı yeni ekoloji siyasət insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun tam təmin olunmasına zəmin yaratdı. Ulu öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Ümummilli liderimiz ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1993-cü ildə yenidən hakimiyyətə gəlmiş Ulu öndərimiz ekoloji məsələləri bir daha ön cərgəyə çəkib, bu sahədə olan mövcud problemlərə xüsusi diqqət ayırıb. Bu dövrdə bir sıra yeni qanunlar - meşə, torpaq, su haqqında və s. qanunlar qəbul edilib.
Müstəqil Azərbaycanda ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə formalaşmağa başlayıb, Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına daha böyük əzmkarlıqla başlanılıb, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Ölkəmizdə bu dövrdə qəbul edilən ekoloji siyasətə dair ilk sənəd olan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”nda respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edən problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb, sağlamlıq və ətraf mühitin mühafizəsi baxımından hüquqi-normativ aktların hazırlanması və qəbul edilməsi sahəsində bir çox işlər görülüb. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” Qanun Ulu öndər tərəfindən təsdiq olunub. 2000-ci ildə bu istiqamətdə daha iki qanun - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edilib. O ağır keçid illərində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin yaşıllaşdırma, abadlaşdırma, ekologiya və ətraf mühitin qorunması sahəsində gördüyü böyük işlərlə yalnız fəxr etmək olar.
Son illər isə əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirərək qeyri-neft sektorunun, infrastruktur sahələrinin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ekoloji təhlükəsizliyinin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirib. Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. Buna nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunmasının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilir.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyat”a sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq üçün, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir. Ölkəmizdə “yaşıl iqtisadiyyata” keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanıb, digərləri yenidən qurularaq modernləşdirilib, yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq olunub.
Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində daha əməli tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına, bu sahədə dönüşün yaranmasına gətirib çıxarıb. Bu baxımdan, istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir.
Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayğı göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək üçün Ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq bu istiqamətdə vaxtilə başlanılmış işləri davam etdirir, bu yöndə yeni-yeni layihələr həyata keçirilir. Ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Bütövlükdə, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilib.
Bu istiqamətdə bioloji müxtəlifliyin qorunub saxlanılmasında bir növ nəzərəçarpacaq sıçrayışa nail olunub və bu sahə fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilib. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilib. Qısa zaman ərzində Qafqazda ən böyük Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulub, Şirvan və Hirkan Milli parklarında ekoturizm şəhərcikləri yaradılıb. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.
Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb. Müasir Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb.
Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Son 10 il ərzində 100 min hektardan artıq sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 10 milyonlarla ədəd ağac əkilib.
Yaşıllıqların artırılması sahəsində son 8 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib, 3776 hektardan artıq ərazidə 5 milyona yaxın ağac əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 1850 ha sahədə 1 265 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib. Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılıb ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artıb.
Beləliklə, ölkəmizdə ekologiya və ətraf mühitin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində müəyyən olunmuş düzgün siyasət nəticəsində bu siyasətin tərkib hissəsi olan ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaq.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxHadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15

