Mübariz Əhmədoğlu: Azərbaycanın İranla bağlı siyasəti ancaq xeyirxahlığa yönəlib
09.06.2016 [09:51]
“Bəzən İranın elə addımları olur ki, ona münasibət bildirməli oluruq”. Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransda deyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin İranla bağlı siyasəti heç zaman tənqid edilməyib: “Azərbaycanın İranla bağlı siyasəti ancaq xeyirxahlığa yönəlib. Azərbaycan Prezidenti xaricdə olarkən İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsini qaldırıb. Azərbaycan İrana tətbiq edilən sanksiyaların işləmədiyi dövlətdir. Həmişə Azərbaycan Prezidenti İrana doğru yaxşı addımlar atıb. Azərbaycan Prezidentinə İsrailə səfərlə bağlı dəvətlər edilib. Lakin bu zaman Azərbaycan İranla münasibətləri nəzərə alıb. Azərbaycan Astara dəmiryolu körpüsünün İran tərəfini maliyyələşdirir. İranla bağlı nə məsələ olsa, biz öndə olmuşuq. İranda zəlzələ olanda Azərbaycam yardım edib. Bir adam deyə bilməz ki, Azərbaycan İrana qarşı addım atıb. 2 gün bundan əvvəl İranın XİN rəhbəri Ermənistan XİN rəhbəri ilə viza rejiminin aradan qaldırılması ilə bağlı memorandum imzaladı. Ermənistan hökuməti memorandumu təsdiq edən kimi viza rejimi aradan qalxacaq. Burada əsas 2 məqsəd var: İqtisadi münasibətləri situmullaşdırmaq və turizm əlaqələrini inkişaf etdirmək. Burada İran donor qismində olacaq, Ermənistan pul qazanan olacaq. İranı buna nə vadar edir? Ermənistanda İran turistlərinin başına oyun açıblar”.
Politoloq deyib ki, Mahmud Əhmədi Nejatın dediyi vaxta gəlib çıxır: “İranla Ermənistan eyni dinin, mədəniyyətin daşıyıcısıdır. Quranın ayələrində yəhudilərlə xristianlar bərabər tutulur. İran Quran ayəsini tanımır. İran deyir ki, yəhudilər Fələstini işğal edibsə, işğalçıdır. Amma İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bu cür qiymətləndirmir. Ermənistan şiələri İŞİD-lə bir tutur. İran bunun əvəzində nə edir, Ermənistanı mükafatlandırır. İranın prezidenti deyir ki, yaxın zamanlarda Ermənistana gedəcəm. Nədir, orucluğa hazırlıqdır bu?”
Politoloq vurğulayıb ki, İran Fars körfəzi ilə Qara dənizi Ermənistan üzərindən birləşdirilməsi üçün əlindən gələni edəcəyini bildirir: “Tehran elan etmişdi ki, Naxçıvandan çıxan qatar Tehrana oradan da Məşhədə gedəcək. Bəs nə oldu? Ermənilər İranın dini siyasətinə belə təsir edə bilir. Azərbaycan Prezidenti dünyanın aparıcı liderlərindən biridir. İran özü gördü ki, bizim gücümüz nəyə çatır. 4 günlük müharibə zamanı İran rəsmiləri, prezidenti din xadimləri Azərbaycan çağırış etdi ki, müharibə dayandırılsın. Erməninin uduzmağına ermənidən çox İran reaksiya verdi. Niyə Azərbaycan Prezidenti İsrailə səfər etməsin? Niyə Azərbaycanın İsraildə səfirliyi olmasın? Amma İranın Ermənistanda, Ermənistanın da İranda səfirliyi var. İranın zəifləməsini arzulayan dövlətlər çoxdur”.
M.Əhmədoğlu əlavə edib ki, İran-Azərbaycan-Rusiya əməkdaşlığının müəllifi Azərbaycan Prezidentidir: “Azərbaycan 3 dövlətin əməkdaşlığını təklif etdi ki, neqativ ssenarilərə yer qalmasın. İran sübut etsin ki, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ABŞ-ın mövqeyindən fərqlənir. Bizim əlimizdə kifayət qədər imkanlar var. İran Azərbaycanla münasibətlərinə ciddi baxış keçirməlidir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

