Bişkekdə MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib
08.06.2016 [10:09]
Azərbaycan nümayəndə heyəti iclasda iştirak edib
İyunun 7-də Bişkekdəki “Ala-Arça” Dövlət iqamətgahında Qırğızıstanın sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib.
Azərbaycan iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Moldova, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Sooronbay Jeenbekov, Kərim Məsimov, Andrey Kobyakov, Pavel Filipp, Koxir Rasulzodanın rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.
Özbəkistan və Türkmənistan iclasa Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə qatılıblar.
İclasda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edib.
Ukrayna nümayəndə heyəti iclasa gəlməyib.
İclası Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov açaraq qonaqları salamlayıb, MDB çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, MDB və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin və azad ticarət zonası rejiminin formalaşdırılmasının vacibliyinə toxunub.
Baş nazir qonaqları bu ilin sentyabrında İssık-Kul gölünün sahillərində keçiriləcək ikinci Dünya Köçəri Oyunlarına baxmağa dəvət edib. Onun sözlərinə görə, bu, yalnız idman yarışı deyil, həm də dünya xalqları və mədəniyyətləri arasında dialoqdur.
Hökumət başçıları azad ticarət zonalarının fəaliyyətinin səmərəliliyinin artırılması, elektrik enerjisi sahəsində innovativ əməkdaşlıq, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, radioaktiv mənbələrin yerdəyişməsi, aqrobiomüxtəlifliyin saxlanılması məsələlərini nəzərdən keçiriblər.
Şuranın iclasında ərazilərin minalardan təmizlənməsi sahəsində silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması, kimya sahəsində kadrların ixtisasının artırılması, habelə hərbi metrologiya problemlərinin tədqiqi və nəqliyyat kompleksinin inkişafının elmi-texniki təminatı üzrə baza təşkilatları statusunun verilməsi haqqında qərar layihələri də müzakirə edilib.
İclasda 2020-ci ilə qədər MDB ölkələrində əhalinin siyahıya alınmasının keçirilməsi, Birlik ölkələrinin gənclərlə iş, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, səhiyyə sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edilib. Hökumət başçıları Birlik ölkələrinin mədəniyyət və incəsənət sahəsindəki uğurları ilə əlaqədar humanitar əməkdaşlığın möhkəmlənməsinə yönələn “ART EXPO” beynəlxalq sərgisinin keçirilməsi məsələlərini də müzakirə ediblər.
Ümumiyyətlə iclasda iyirmidən çox məsələ müzakirə edilib ki, bunun da əksəriyyəti iqtisadi sahəni əhatə edir.
İclasda Şuranın növbəti görüşünün bu ilin oktyabrında Minsk şəhərində keçirilməsi barədə qərar qəbul edilib.
Sergey Lebedev iclasın yekunları ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin gücləndirilməsi üçün 16 sənəd imzalanıb. İclasda MDB-nin icraiyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və təşkilatın səmərəliliyinin artırılması üçün qərar qəbul olunub. Deyilib ki, iclasda qəbul edilən qərarlar bu ilin sentyabrında Qırğızıstanda keçiriləcək MDB Dövlət Başçıları Şurası iclasının gündəliyinə salınacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

