Bəhruz Quliyev: Azərbaycan dünyada öz sözünü deyən liderlər sırasına daxil olur
03.06.2016 [10:05]
“ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsi heç də təsadüfi sayılmalı deyil. İlk növbədə, bu, bir fövqəldövlət başçısının Azərbaycan haqqında fikirləridir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın son 20 il ərzində apardığı iqtisadi-siyasi islahatlar dəstəklənir”. Bunu Trend-ə siyasi ekspert, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə ABŞ Prezidenti Barak Obamanın Azərbaycan rəhbərliyinə və sərgi iştirakçılarına ünvanlandığı məktubda dəstəkverici ifadələrə, ölkəmizin enerji lideri kimi qiymətləndirilməsinə münasibət billdirərkən deyib.
B.Quliyevin fikrincə, bəzi məqamlarda ABŞ-Azərbaycan münasibətləri müəyyən mənada zəifləsə də, bu tendensiya aradan qaldırılır və ümumi strateji hədəf ölkəmizin beynəlxalq aləmdəki mövqeyini qazanması, möhkəmləndirməsidir: “Fakt budur ki, Barak Obamanın Azərbaycanı dünyanın enerji lideri adlandırması belə qənaətə gəlməyə zəmin yaradır ki, belə bir dövrdə, yəni neftin dünya bazarındakı qiymətinin ucuzlaşması, iqtisadi böhrana səbəb olan digər səbəblərə baxmayaraq, Azərbaycan öz iqtisadi gücünü, potensialını nümayiş etdirməkdədir. Ümumiyyətlə, dünya iqtisadiyyatına kimin, hansı ölkənin daha böyük töhfə verdiyi göz önündədir. Ona görə də ABŞ kimi dövlətin prezidentinin fikirləri bir daha onu göstərir ki, Azərbaycan Avropa və dünya bazarına enerji dəstəyini vermiş bir dövlətdir”.
Onun sözlərinə görə, burada müxtəlif nəhəng layihələri göstərmək olar. B.Quliyev vurğulayıb ki, Azərbaycanın yerləşdiyi bölgə və bu bölgənin təhlükəsizliyi amili də sözügedən maraq dairəsindədir. Ekspert bildirib ki, növbəti məqam Azərbaycanın təhlükəsizliyinin təminatıdır. Onun fikrincə, əgər nəzərə alsaq ki, enerji layihələri çəşrivəsində dünyanın əsas diqqəti və marağı məhz Azərbaycanla bir yerdə olmaqdırsa, demək, ölkəmizin təhlükəsizliyində də həmin maraqlar birləşir.
B.Quliyev ABŞ-Azərbaycan yaxınlaşmasına fərqli mövqe bildirən bir sıra siyasi şərhçilərin fiikirləri ilə razı olmadığını da deyib: “Diqqqətinizi ona da yönəltmək istərdim ki, məhz həmin məktubdan sonra bəzi siyasi şərhçilər bunu Azərbaycanın ABŞ-a meyillənməsi kimi qiymətləndirirlər. Amma şəxsən mən belə düşünmürəm və bu fikirlərlə müəyyən mənada razı deyiləm. Hətta deyərdim ki, belə fikirlər əsaslı deyil. Məsələn, Azərbaycan-Rusiya münasibətlərinə nəzər salsaq görərik ki, məhz balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz şimal qonşusu ilə uğurlu strateji əməkdaşlıq edir. Bu bir reallıqdır ki, Azərbaycan Rusiya ilə tarixən qonşu olub və bu qonşuluq siyasəti əsrlərdir ki, davam edir, regionumuz eynidir. Ancaq son olaraq mən Prezidentimizin fikirlərini də xatırlatmaq istərdim ki, Azərbaycan müstəqil dövlət olduğu kimi, həm də müstəqil siyasət yürüdür. Ona görə də istər enerji, istərsə də digər önəmli layihələrdə müstəqil tərəfdaş kimi çıxış edir. Buna görə də hesab edirəm ki, Azərbaycanın tutduğu mövqe yalnız ABŞ tərəfindən təqdir olunmur, eyni zamanda Rusiya, Türkiyə, Fransa, Almaniya, eləcə də digər superdövlətlərin mövqeyində biz bunun şahidi olduq. Bu gün dünyanı idarə edən dövlətlərin fikirləri budur ki, Azərbaycan doğru yoldadır və düzgün siyasət yürüdərək dünyada öz sözünü deyən liderlər sırasına daxil olur”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

