Milli Məclisin nümayəndə heyətinin Monteneqroya səfəri başa çatıb
24.05.2016 [10:12]
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Monteneqronun müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün mayın 20-dən 22-dək bu ölkənin paytaxtı Podqoritsa şəhərində səfərdə olub.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Oqtay Əsədov Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşüb. Görüşdə Milli Məclisin sədri Müstəqillik Günü münasibətilə dost Monteneqro dövləti və xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından, eləcə də Azərbaycan xalqı adından təbrik edib.
Söhbət zamanı bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında iqtisadi sahədəki göstəriciləri yüksəltmək üçün biznes forumların keçirilməsi, iş adamları arasında əlaqələrin təmin olunması mühüm əhəmiyyət kəsb edir. “Bu baxımdan biz Hökumətlərarası İqtisadi Komissiyanın yaradılmasını da müsbət hal kimi dəyərləndiririk. Bu gün Azərbaycan enerji sahəsində Avropanın etibarlı tərəfdaşıdır. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır”, - deyə sədr qeyd edib.
Oqtay Əsədov münasibətlərin inkişafında parlamentlərin mühüm rol oynadığını söyləyərək vurğulayıb: “Biz hər iki ölkənin qanunvericilik orqanında parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının mövcud olmasını yüksək qiymətləndiririk”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin sədri bildirib ki, nüfuzlu beynəlxalq qurumların bu məsələ ilə əlaqədar qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: “Biz inanırıq ki, beynəlxalq birliyin dəstəyi ilə münaqişə ölkələrin ərazi bütövlüyü prinsipi çərçivəsində tezliklə öz ədalətli həllini tapacaq”.
Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan nümayəndə heyətinin ölkənin Müstəqillik Günü münasibətilə keçirilən yubiley tədbirlərinə qatılmasını yüksək dəyərləndirib. Vurğulayıb ki, təmsil etdiyi ölkə Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin aradan qaldırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Monteneqronun paytaxtında ölkənin müstəqillik qazanmasının 10 illiyi münasibətilə ədəbi-bədii kompozisiyalardan ibarət tədbir keçirilib. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edib.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın böyük şairi Hüseyn Cavidin şərəfinə Podqoritsa şəhərinin mərkəzi parkında qoyulmuş büstünü ziyarət edərək, abidənin önünə tər çiçəklər düzüb. Park Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ildə yenidən qurulub.
Monteneqroda keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

