/ / Siyavuş Novruzov: Mehriban xanım Əliyeva tərəfindən Milli Məclisə təqdim olunan amnistiya haqqında qərar layihəsi yüksək hüquqi humanizm prinsiplərinin ənənəvi davamıdır
Siyavuş Novruzov: Mehriban xanım Əliyeva tərəfindən Milli Məclisə təqdim olunan amnistiya haqqında qərar layihəsi yüksək hüquqi humanizm prinsiplərinin ənənəvi davamıdır
20.05.2016 [10:36]
“28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olmuşdur. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq, onun varisi olduğunu təsdiq etmiş və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə olaraq dalğalandırılmışdır. Tariximizə müasir Azərbaycan Respublikasının qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə ehtiramı, Onun zəngin mənəvi irsini, azərbaycançılıq fəlsəfəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verməkdədir.
Məhz bu baxımdan, əlamətdar haldır ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən və yüksək hüquqi humanizm prinsiplərinin ənənəvi davamı olaraq 28 May - Respublika Günü münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü ilə çıxış edərək amnistiya haqqında qərar layihəsini Milli Məclisə təqdim etmişdir. Bununla əlaqədar olaraq, Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk ki, mütəmadi olaraq belə humanist addımlar atır”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Heydər Əliyev Fondunun yarandığı vaxtdan həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri də ardıcıl olaraq humanist addımların atılmasıdır. Biz şahidi oluruq ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müəyyən məsələlərlə əlaqədar Heydər Əliyev Fonduna müraciət edirlər. Bu müraciətlər ən müxtəlif məsələləri əhatə edir. Məsələn, ölkəmizdə müalicəsi mümkün olmayan və ciddi maliyyə vəsaitinə ehtiyac duyan xəstələrin xaricdə müalicəsinin təmin olunması yönündə Fond ciddi addımlar atır. Eləcə də Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir. “Bütövlükdə Fond tərəfindən bir çox humanitar layihələr reallaşdırılır ki, bu da cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır”, - deyən S.Novruzov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın amnistiya elan olunması ilə bağlı müraciətləri də Milli Məclis tərəfindən yüksək qiymətləndirilir. Millət vəkilinin sözlərinə görə, bu məsələ mayın 20-də parlamentdə müzakirə olunacaq və qərarın yekdilliklə qəbul olunacağı şübhəsizdir: “Bu amnistiya aktı da Heydər Əliyev Fonduna ünvanlanmış çoxsaylı müraciətlərin nəticəsidir”.
S.Novruzov deyib ki, hazırkı amnistiya aktı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: “Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana, Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və əfv haqqında qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı Ümummilli lider Heydər Əliyevin Prezidentliyi dövründə Milli Məclis tərəfindən 22 may 1996-cı il, 17 oktyabr 1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci il və 6 may 2003-cü il tarixlərində qəbul edilib.
Digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilib, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Hazırda isə Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir. Nəticə etibarilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq. Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir. Bununla yanaşı, həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 20-dən artıq əfv Sərəncamı imzalanıb və bu humanist aksiya nəticəsində minlərlə məhkum olunmuş insan cəzasının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşub. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi”.
YAP İcra katibinin müavini qeyd edib ki, AXC-”Müsavat” cütlüyünün bir illik hakimiyyəti dövründə isə qeyri-qanuni olaraq, amnistiya aktı olmadan ən ağır cinayət törətmiş şəxslər, residivistlər, cəbhədə döyüşmək adı altında həbsdən azadlığa buraxıldılar: “Onların az bir hissəsi cəbhəyə getdi. Qalanları isə öz cinayət əməllərini davam etdirdilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölüm hökmünə moratorium qoyuldu və sonradan bu hökm ləğv olundu. Amma cəmi iki ay müddətində prezident səlahiyyətlərini həyata keçirən İsa Qəmbər şəxsi qərəzçiliyin nəticəsində 7 nəfərin ölüm hökmünə imza atdı. Hansı ki, o, seçkilərin nəticəsini gözləyə bilərdi ki, seçilən prezident özü qərar qəbul etsin”.
“Yəni humanizm insanın qəlbində olmalıdır”, - deyən S.Novruzov bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi xətti Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Heydər Əliyev Fondu da bu xəttə sadiq qalaraq bütün humanist addımları atır: “Nəticə isə göz qarşısındadır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Milli Məclisə indiki müraciəti bunu təsdiqləyir. Qeyd olunduğu kimi, təkcə bu son aksiya nəticəsində minlərlə insan azadlıqdan məhrumetmə yerlərindən birbaşa azad olunacaq. Eyni zamanda, digərlərinə başlanmış cinayət işlərinə xitam veriləcək. Təqdim olunmuş amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Buraya Ermənistandan deportasiya olunmuş, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş, 20 Yanvar faciəsində və Xocalı soyqırımında əlil olmuş və şəhid olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, müxtəlif orden və medallarla təltif olunmuş şəxslər də daxildir. Göründüyü kimi, növbəti amnistiya aktı da çox humanist bir addımdır. Şübhəsiz ki, biz gələcəkdə də belə humanist addımların şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

