Azərbaycanda kənd yollarının tikintisi geniş vüsət alıb
20.05.2016 [10:11]
Prezident İlham Əliyev: Bu il 40-dan çox kənd yolu layihəsi icra ediləcəkdir. Bu məqsədlə təqribən 250 milyon manat vəsait nəzərdə tutulur
Hazırda Azərbaycanın mənzərəsi dinamik və hərtərəfli inkişafla səciyyələnib. Azərbaycanı müasir ölkəyə çevirməyi strateji hədəf kimi müəyyənləşdirən Prezident İlham Əliyev respublikanın bütün regionlarının, iqtisadiyyatın, sosial sferanın paralel inkişafını diqqət mərkəzində saxlayır. Belə yanaşma sayəsində ölkənin iri şəhərlərində və bölgələrində, sənayedə və aqrar sektorda, əhalinin həyat təminatı ilə bağlı olan bütün istiqamətlərdə diqqətəlayiq uğurlar qazanılıb.
ResPublİkada müasir infrastruktur təminatının yaradılması böyük nailiyyətdir
Son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Hazırda respublikamızın infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Respublikamızda müasir infrastruktur quruculuğuna davamlı olaraq böyükhəcmli investisiyalar yönəldilir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə infrastruktur layihələrinin icra olunmasından məmnunluğunu ifadə edib: “...2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik”.
Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb.
Yuxarıda bəhs olunan Dövlət proqramlarının həyata keçirildiyi illərdə su-drenaj layihələrinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 12 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Regionlarda su-drenaj layihələrinin icrasına 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, bütün ölkə boyu əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Hazırda kənd yaşayış məntəqələrinin qazlaşdırılması da sürətlə həyata keçirilir. Hətta sovet dövründə heç vaxt “mavi yanacaq” almayan yerlərə də qaz xətləri çəkilir. Görülən tədbirlər sayəsində bölgələrdə qazlaşdırmanın səviyyəsini 80 faizə çatdırmaq mümkün olub.
Ötən il respublikamızda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik və 12500 kilometrə yaxın qaz xətləri çəkilib. Eyni zamanda, su təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, əhalisi 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihəsi başa çatıb, regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib, 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb.
Ölkədə yaradılan mükəmməl iqtisadi və sosial infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərən mühüm faktor qismində çıxış edir. Eyni zamanda, yaradılan infrastruktur ölkədə iqtisadi aktivliyin yüksəlməsi, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük önəm daşıyır. Respublikamızda infrastruktur təminatının gücləndirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyev vurğulayıb ki, bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələri icra edilməlidir.
Ölkə miqyasında İntensiv şəkildə yeni yol layihələri həyata keçirilir
Yaxşı deyiblər ki, abad el yollarından bəlli olar. Bu mənada respublikamızda yolların intensiv şəkildə yenilənməsi təqdirəlayiq haldır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev beynəlxalq aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Yol infrastrukturunun yenilənməsi 2015-ci ildə də həyata keçirilib. Belə ki, ötən il 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Həyata keçirilən layihələr ölkənin yol təsərrüfatında vəziyyəti tamamilə dəyişib. Prezident İlham Əliyev bu cəhəti xüsusi vurğulayaraq deyib: “Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir...”
Cari ildə kənd yollarının tikintisinə daha böyük diqqət yetiriləcək
Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi getdikcə artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Dövlət başçısı tərəfindən qarşıya növbəti 3-4 il ərzində Azərbaycanda bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. İnsanların əziyyət çəkməmələri üçün kənd yolları yüksək səviyyədə asfaltlaşdırılmalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində cari ildə ölkəmizin bütün bölgələrində kənd yollarının tikintisinin daha geniş vüsət alacağını bildirib: “Bu il 40-dan çox kənd yolu layihəsi icra ediləcəkdir. Bu məqsədlə təqribən 250 milyon manat vəsait nəzərdə tutulur”.
Qeyd edək ki, həm artıq başa çatan Dövlət proqramlarında, həm də hazırda icrası davam etdirilən üçüncü Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Tədbirlər planına uyğun olaraq 2015-ci ildə respublika ərazisində kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib. Respublikanın ayrı-ayrı bölgələrində həyata keçirilən yeni yol layihələri ilə bağlı statistika kifayət qədər zəngindir. İndiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi reallaşdırılıb. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub.
Cari il mayın əvvəllərində Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin daxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilib. Yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan kənddaxili yolların uzunluğu 27 kilometrdir. Yolun eni 5-8, bəzi yerlərdə isə 10-15 metrə çatır.
Bu günlərdə isə Tovuz rayonunun Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə başlanılıb. Haqqında bəhs olunan yolun tikintisi işləri Prezident İlham Əliyevin imzaladığı 19 fevral 2016-cı il tarixli Sərəncamla “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində ilkin mərhələdə yolun Əyyublu-Alakol kəndləri arasında olan 17 kilometrlik hissəsinin 3-cü texniki dərəcəyə uyğun salınması nəzərdə tutulub. Digər mərhələlərdə isə yolun qalan hissələrinin tikintisi aparılacaq. Yeni avtomobil yolunun tikintisi nəticəsində16 yaşayış məntəqəsinin 50 min nəfərə yaxın əhalisinin gediş-gəlişi asanlaşacaq.
Daha bir yolun - 28 min insanın yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılıb. Tikinti işləri çərçivəsində yol üçüncü texniki dərəcəyə uyğun olaraq 7-8 metrədək genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək. Yolun yaşayış məntəqələrindən keçən hissəsində piyada səkiləri salınacaq.
Yaxın vaxtlarda həmçinin Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun inşasına start veriləcək. Prezident İlham Əliyev cari il mayın 13-də bəhs olunan yolun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə kənd yolları layihələrinin intensiv şəkildə həyata keçirilməsini şərtləndirən bir sıra amillər var. Belə ki, kənd yollarının tikintisini əsasən daxili resurslar hesabına həyata keçirmək mümkündür. Bu qəbildən olan layihələrin yerinə yetirilməsində xaricdən mal və materiallar alınmasına heç bir lüzum yoxdur. Yuxarıda bəhs olunan konfransdakı nitqində bu vacib məqamla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız yoxdur. Lazım olan bütün mal-materiallar Azərbaycanda istehsal edilir. Kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmli amildir”.
Respublikanın bölgələrində kənd yollarının müasir standartlar səviyyəsində yenidən qurulması bir çox cəhətdən böyük əhəmiyyət daşıyır. Kənd yollarının tikintisi layihələri iqtisadi əhəmiyyət daşımaqla yanaşı, həm də dərin sosial məzmun kəsb edir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında əhalinin məşğulluğunun təmin olunması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublikamızda işsizliyin səviyyəsini 5 faizədək azaltmaq mümkün olub. Mənfi qlobal təsirlərin artdığı indiki şəraitdə əhalinin məşğulluğunun təmin edilməsi daha ciddi önəm daşıyır. Prezident İlham Əliyev ölkəmizdə mövcud olan müsbət demoqrafik vəziyyət fonunda yeni iş yerlərinin yaradılmasının davamlı prosesə çevrilməsini bir vəzifə kimi qarşıya qoyub.
Yeni iş yerlərinin yaradılması baxımından kənd yolları layihələri də vacib rol oynaya bilər. Kənd yolları layihələri bir qayda olaraq bölgələrdə icra edilir. Bu isə o deməkdir ki, yeni kənd yollarının salınması layihələrinin icrasına, ilk növbədə, regionlarda yaşayan insanlar cəlb olunurlar. Yeni iş yerlərinin yaradılması baxımından kənd yolları layihələrinin önəmini vurğulayan Prezident İlham Əliyev deyib: “Bütün bölgələrdə kənd yollarının tikintisi bu il daha da geniş vüsət alacaq. Bu, həm sosial layihədir, iqtisadi layihədir, eyni zamanda, o layihələrin icrasında minlərlə, on minlərlə yeni iş yeri açılır ki, vətəndaşlar da iş yerləri ilə təmin olunsunlar”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

