Baş nazirin müavini Əli Həsənov Füzuli və Tərtər rayonlarında məcburi köçkünlərlə görüşüb
19.05.2016 [10:33]
Dövlətqaçqınkomun sədri Tərtərin Şıxarx kəndində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonuna səfəri çərçivəsində on il əvvəl Zobucuqda salınmış qəsəbədə olub, burada məcburi köçkünlərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı qəsəbə sakinləri heç bir problemlərinin olmadığını, təmiz havası, suyu, qidası olan belə bir ərazidə bütün sosial, texniki infrastruktura malik qəsəbələrin salınmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanımızın əmri ilə hər an hərbçilərimizlə bir yerdə olacaqlarını vurğulayıblar.
Baş nazirin müavini Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxış keçirərkən bütün ərazilərdə taxıl zəmilərində becərmə işlərinin aparıldığının, yolların kənarında yaşıllıq sahələrinin salındığının, minlərlə çinar ağacının əkildiyinin şahidi olduğunu deyib.
* * *
Tərtərə səfəri zamanı isə Baş nazirin müavini Əli Həsənov rayonun Şıxarx kəndində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, o cümlədən Laçın rayonundan məcburi köçkün 82 yaşlı Əvəz Mikayılovun evinə baş çəkib və onunla ətraflı söhbət edib. Əvəz Mikayılov bu gün oğlanlarının və hətta yaşının çox olmasına baxmayaraq özünün də döyüşə getməyə hazır olduğunu deyib.
Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də “Marağa-150” abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.
Baş nazirin müavini Əli Həsənov abidənin tezliklə bərpa olunmasının, ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini bildirib. O, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

