Ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürü
11.05.2016 [10:07]
Fəxri xiyabanda yaşanan izdiham milyonların Heydər Əliyev sevgisindən, bu dahi şəxsiyyətin xatirəsinə bəslədiyi dərin hörmət və ehtiramdan xəbər verir
Dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib. Burada yaşanan izdiham xalqın Ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürünə çevrilib.
Fəxri xiyabana üz tutan hər kəs Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli liderin Azərbaycan naminə gördüyü işlər Ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.
Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.
Dünən də qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırdılar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrinə rast gəlmək olurdu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildirirdilər.
Fəxri xiyabana gələnlər arasında gənclər çoxluq təşkil edirdilər. Bu da təsadüfi deyil. Xalqımızın Ümummilli lideri Heydər Əliyev savadlı, bacarıqlı, vətənpərvər gənclərə daim qayğı ilə yanaşır, onlara böyük etimad bəsləyirdi. Onun gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğı yaddaşlardan silinməyib və bu gün də ehtiramla xatırlanır.
Fəxri xiyabana insan axınının ardı-arası kəsilmirdi. Bu insanlar özlərinin Ümummilli liderinə, Xilaskarına dərin ehtiramlarını ifadə etmək üçün axın-axın buraya gəlirdilər.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə yurd salmaq heç də bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə Özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları gələcəyə gedən yollarımızı hələ uzun illər boyu işıqlandıracaq.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

