/ / Azərbaycanın İspaniyadakı səfirliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib
Azərbaycanın İspaniyadakı səfirliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib
11.05.2016 [10:05]
Mayın 10-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən anma mərasimi keçirilib.
Mərasimdə Türkiyə, Qazaxıstan və Ukraynanın bu ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri, digər ölkələrin diplomatları, İspaniya ictimaiyyətinin, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak ediblər.
Anma mərasimində səfir Anar Məhərrəmov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edib, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və ölkədə sabitliyin bərqərar olmasında müdrik rəhbərin müstəsna xidmətlərini diqqətə çatdırıb.
Azərbaycanlı diplomat tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi, ölkədə xaos və hərc-mərcliyin hökm sürdüyü çətin bir vaxtda Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtmasını xatırladıb. A.Məhərrəmov məhz uzaqgörən siyasətçi və təcrübəli dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunduğunu qeyd edib. O, həmçinin ölkəmizin zəngin enerji ehtiyatlarından istifadənin müstəqilliyin təminatında xüsusi rolunu qeyd edərək Heydər Əliyevin ciddi səyi nəticəsində 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”ni də xatırladıb.
Gənc Azərbaycan dövlətinin gücləndirilməsi istiqamətində Heydər Əliyevin gördüyü misilsiz işlərə toxunan səfir Ümummilli liderin səyi nəticəsində Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv seçilməsi, BMT, NATO, Avropa İttifaqı və digər mötəbər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etməsini də xüsusi qeyd edib.
Vurğulanıb ki, xatirəsi xalqımız tərəfindən daim əziz tutulan Heydər Əliyevin qoyub getdiyi zəngin siyasi irs və təcrübə əsasında Azərbaycan dövləti daha da güclənir, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Türkiyə və Qazaxıstanın İspaniyadakı səfirləri çıxış edərək Heydər Əliyevi tarixi bir şəxsiyyət kimi dəyərləndirib, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və ölkələrimiz arasında əlaqələrin bugünkü yüksək səviyyədə olmasında müstəsna rolunu diqqətə çatdırıblar.
Tədbirdə Ümummilli lider Heydər Əliyev haqqında ispan dilində sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları, həmçinin Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxıblar, səfirlik tərəfindən ispan dilində çap etdirilmiş bukletlərlə tanış olublar.
Daha sonra qonaqlar tədbirlə bağlı hazırlanmış süfrəyə dəvət olunublar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

