Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müharibə veteranları Prezident Sərəncamını minnətdarlıqla qarşılayıblar

Müharibə veteranları Prezident Sərəncamını minnətdarlıqla qarşılayıblar

02.05.2009 [12:59]

Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin 64-cü ildönümü ilə əlaqədar imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncam veteranlar tərəfindən minnətdarlıqla qarşılanıb. Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov deyib ki, dünyada baş verən qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, dövlət başçımızın apardığı siyasət nəticəsində ölkəmizin iqtisadi vəziyyəti və xalqımızın rifahı durmadan yaxşılaşır. Əmək haqlarının və pensiyaların artırılması, müharibə və əmək veteranlarına göstərilən daimi qayğı buna aydın sübutdur. Sərəncamda sadalanan kateqoriyadan olan soydaşlarımız bu qayğını yüksək qiymətləndirir və xalqımızın əmin-amanlığına yönəldilmiş fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulayırlar.


Paylaş:
Baxılıb: 1198 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31