/ / Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini plenar və bölmə iclasları, yüksək səviyyəli toplantı ilə davam etdirib
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini plenar və bölmə iclasları, yüksək səviyyəli toplantı ilə davam etdirib
27.04.2016 [10:10]
BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu aprelin 26-da rəsmi açılış mərasimindən sonra işini “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” mövzusunda birinci plenar iclasla davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sözçüsü və aparat rəhbəri xanım Nihal Saad son illər zorakı ekstremizmin və terrorizmin bəşəriyyəti narahat edən ən ciddi təhdidlərdən biri olduğunu vurğulayıb. O, plenar iclasda məhz bu istiqamətdə səmərəli müzakirələrin aparılacağına əminliyini diqqətə çatdırıb.
İspaniyanın sabiq Baş naziri Xose Luis Rodrigez Sapatero özünün də ideya müəlliflərindən olduğu mədəniyyətlərarası dialoq təşəbbüsünün tarixindən danışıb. O, bu dialoqun digər təşəbbüsçüsü, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib. Xose Luis Rodrigez Sapatero radikal ekstremizmin qarşısının alınması üçün mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, mədəniyyətin inkişaf etdirilməsinin, geniş maarifləndirmə işinin aparılmasının, təhsilin keyfiyyətinin və sosial rifahın yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.
Fransanın sabiq Baş naziri və xarici işlər naziri Dominik de Villepin çıxışında cəmiyyətlərin və dövlətlərin zorakı ekstremizmə qarşı mübarizədə hələ istənilən nəticəyə nail ola bilmədiklərini diqqətə çatdırıb.
BMT-nin Terror Əleyhinə Direktorluğunun icraçı direktoru Jan-Paul Laborde zorakı ekstremizmin qarşısının alınmasında, sülh və təhlükəsizliyin bərqərar olunmasında digər addımlarla yanaşı, gənclər arasında əməkdaşlığın genişləndirilməsinin, onların birgə layihələrdə iştirakının təmin edilməsinin də mühüm rol oynadığını qeyd edib. O, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşviq edilməsinin, xüsusən qadınların rolunun artırılmasının, həmçinin “Microsoft”, “Google” və s. nəhəng korporasiyalarla əməkdaşlıq edərək onların imkanlarından istifadə olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov növbəti gün BMT baş katibinin “Terrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələr” adlı sənədi təqdim etməsinin on ilinin tamam olacağını diqqətə çatdıraraq bildirib ki, biz həmin sənədə nəzər saldıqda əsas ideyalarla “Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planı”na dair hesabatdakı fikirlərin üst-üstə düşdüyünü görürük. Onların əksəriyyəti eyni məzmun daşıdığından bu qənaətə gəlmək olar ki, biz bəlkə də bu gün təsəvvür etdiyimizdən də geniş yayılmış zorakı ekstremizmin köklərini dərindən araşdıra bilməmişik. Yerli və regional problemlərlə birləşən Suriya, İraq və Liviyadakı proseslər 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürüdüblər. Nəticədə beynəlxalq sistemin fundamental norma və prinsipləri sarsılıb.
“Biz bu barədə xəbərdarlıq etmişik. Biz bunu iyirmi ildən çoxdur ki, edirik. Çünki biz bununla qarşılaşmışıq. Yalnız qabaqcadan görə bilmədiyimiz məsələ onun yayıla biləcəyi konkret coğrafiya olub”, - deyən E.Məmmədyarov bildirib ki, 21 il bundan əvvəl ABŞ Dövlət Departamentinin nəşr etdiyi “Qlobal terrorizm nümunələri” adlı sənəddə vurğulanıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terrorizm aktlarına rəvac verir. Sənəddə, həmçinin göstərilib ki, Moskvada həbs olunan bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnən Bakı metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunublar.
“Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkmişdir. Buna görə mən Fəaliyyət Planı ilə tam razıyam ki, “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həmçinin ona görə ki, belə münaqişələr dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə ekstremist qruplara dərin köklü narazılıqlar yaratmağa imkan verir. Bu səbəbdən Ermənistan tərəfindən sonuncu atəşkəsin pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik”, - deyə Azərbaycanın xarici işlər naziri diqqətə çatdırıb.
Elmar Məmmədyarov deyib ki, həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq, zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq.
Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinin gücləndirilməsinin, habelə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan nazir bildirib ki, BMT yeganə universal təşkilat kimi aparıcı olmalıdır. Lakin digər təşkilatların da həyata keçirməli olduqları rollar var. Elmar Məmmədyarov İstanbulda keçirilmiş son Sammitdə İslam Əməkdaşlıq Təşkilatının zorakı ekstremizmin qarşısının alınmasına dair Plana dəstəyini bir daha ifadə etdiyini və bu xüsusda üzv dövlətlərin ekstremizm, zorakılıq, məzhəbçilik və təfriqəçiliyi rədd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Elmar Məmmədyarov deyib ki, diplomatik səylər birgə ciddi və davamlı tədqiqata və akademik institutlar, həmçinin intellektual və dövlət orqanları üçün təşkil olunan qlobal forumlar arasında əməkdaşlığa əsaslanmalıdır. Azərbaycandakı “beyin mərkəzləri” bu sahədə geniş biliyə və təcrübəyə malikdirlər. Ölkəmizdə keçirilən illik qlobal humanitar, mədəniyyətlərarası, gənclər və genderlə bağlı forumlar zorakı ekstremizm ilə mübarizə aparmaq üçün bizim töhfəmizdir və biz əməkdaşlığımızı bölüşməyə və müzakirə etməyə hazırıq.
Zorakı ekstremizmə qarşı mübarizədə davamlı inkişafın prioritet olmasının vacibliyini diqqətə çatdıran Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri düzgün təhsil, sosial-iqtisadi irəliləyiş və gender bərabərliyi olmadan bütün səylərin iflasa məhkum olduğunu qeyd edərək deyib: “Azərbaycanda biz bunu müstəqilliyimizin ilk illərindən anladıq. Dövlət siyasətinin nəticəsi olaraq, son on ildə yoxsulluq səviyyəsi 50 faizdən azalaraq 5 faizdən də aşağıya düşüb və işsizlik səviyyəsi 5 faizdən azdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası zorakı ekstremizmin qarşısının alınması üçün Milli Fəaliyyət planlarının çox elementini artıq özündə ehtiva edib. Bu Konsepsiya əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, həmçinin gender bərabərliyi və ailələrin inkişaf etdirilməsi məqsədi daşıyır”.
Nazir deyib: “Biz, həmçinin davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq edirik. Azərbaycan Xəzər regionunu dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaq. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr verib, eyni zamanda, o qənaəti gücləndirib ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək davamlı olmayacaq”.
Elmar Məmmədyarov çıxışının sonunda tədbir iştirakçılarına deyib: “Siz tarixən tolerantlığı, multikultural cəmiyyəti və dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. 2016-cı il Prezident tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək və həmçinin sizin təcrübələrinizdən də öyrənmək istəyirik”.
Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezir çıxışında son illərdə ciddi təhdidə çevrilən zorakı ekstremizmə qarşı mübarizə aparılması üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən danışıb.
Çıxışlardan sonra mövzuya dair müzakirələr aparılıb.
Qeyd edək ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Nifrət çıxışlarına “Yox” Hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: Sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Qlobal vətəndaşlıq təhsili”, “Tətbiqi proqramlar və videooyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu” mövzularda bölmə iclasları və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası, həmçinin Heydər Əliyev Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Mədəniyyətlərarası innovasiya mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

