Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Olqa Kuznetsova: Müasir dövrdə gənclər ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır

Olqa Kuznetsova: Müasir dövrdə gənclər ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır

26.04.2016 [09:06]

“Gənclər cəmiyyətin aparıcı qüvvələridir. Buna görə də onlar ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır”.
Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Rusiya Federasiyasının Sibir Federal Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Olqa Kuznetsova AZƏRTAC-a müsahibəsində bildirib.
O.Kuznetsova qeyd edib ki, müxtəlif millətlərin nümayəndələri, xüsusilə gənclər bir-birləri ilə yaxından əlaqə qurmalı və digər mədəniyyətlərlə tanış olmalıdır.
Dünyanın müxtəlif ölkələrini təmsil edən ziyalıları, ekspertləri bir araya gətirən bu cür tədbirlərin əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayan O.Kuznetsova Forumda gənclərin təhsili ilə bağlı çıxış edəcəyini bildirib.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31