/ / Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələsi müzakirə edilib
Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi məsələsi müzakirə edilib
22.04.2016 [10:18]
Aprelin 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və UNICEF-in təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqları və onun tərkib hissəsi olan uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda insan hüquqları ən vacib prioritet istiqamət kimi, həyata keçirilən siyasətin aparıcı hissəsidir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra atdığı ilk addımlar insan hüquqlarının, xüsusilə uşaq hüquqlarının qorunması istiqamətində qanunvericilik aktlarının işlənməsi olub. Atılan əsas addımlardan biri də bu sahədəki beynəlxalq qanunvericiliyə, konvensiyalara qoşulmaq olub. Ötən illər ərzində Azərbaycan bu sahədə böyük inkişaf yolu keçib. Bir ölkənin inkişaf edib möhkəmlənməsi və onun vətəndaşlarının - bu ərazidə yaşayan insanların, dini qrupların, müxtəlif ictimai-siyasi baxışlı insanların bir arada rahat yaşamaları üçün qanunlar lazımdır. Bu qanunlar beynəlxalq standartlarla uyğunlaşdırılmaqla yanaşı, ölkənin özünün minilliklərdən gələn adət-ənənələri, dünyagörüşü, baxışları ilə də uzlaşmalıdır. Əks təqdirdə, bunu nəzərə almayan qanunlar ölkədə işləyə bilməz. Əlbəttə, Azərbaycanda bütün bu dəyərlər qorunmaqla yanaşı, ümumi standartlar da hər zaman qorunub saxlanılıb. Azərbaycanda qəbul olunan bütün qanunlar gender ekspedisiyasından keçdiyi kimi, həm uşaq, həm də insan hüquqları aspektindən də dəyərləndirilir. Bunun nəticəsində ölkəmiz bugünkü mükəmməl qanunvericilik bazasına malikdir.
Bahar Muradova deyib: “Biz müntəzəm olaraq Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair həm ölkə, həm də beynəlxalq mexanizmlərin dəyərləndirmələrini izləyirik. Azərbaycanla bağlı olan fikirləri nəzərə alırıq. Əlbəttə ki, bütün bu tövsiyələr müvafiq qurumlar tərəfindən işlənilir, öyrənilir”.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, qanunvericilik təşəbbüsü subyektlərinin irəli sürdüyü təkliflər bir çox hallarda beynəlxalq təşkilatların müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində müzakirə edilir, ictimai dinləmələr təşkil olunur. Əhalinin müxtəlif təbəqələrinin fikirləri, həmçinin beynəlxalq praktika və müvafiq standartlar nəzərə alınmaqla həyata keçirilir.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxışında yuvenal ədliyyə və ümumiyyətlə yeniyetmələrin qanun pozuntuları haqqında bəzi beynəlxalq üsullardan söhbət açıb. Bu sahədə ən vacib sənəd olan BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasından danışan A.Şilakadze deyib: “Bu sənədin 37-ci maddəsində vurğulanır ki, uşaqların azadlıqdan məhrum edilməsi ən son addım kimi qəbul edilməlidir və buna müəyyən məhdudiyyətlər qoyulmalıdır. Əgər bu qərar verilirsə, mümkün qədər qısa olmalıdır”.
O, hansısa bir insanın səhvindən sonra onun cəmiyyətdən təcrid edilməsi əvəzinə, cəmiyyətə qazandırılmasının vacibliyini qeyd edib. Bildirib ki, həmin şəxslərin cəmiyyətə inteqrasiyası və sonradan həyatlarını konstruktiv istiqamətdə qurmaları üçün ədliyyə sistemi lazimi səviyyədə təkmilləşdirilməlidir. Andro Şilakadze deyib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malik, həm də sosial layihələrin və demokratiyanın inkişafına xüsusi diqqət göstərən bir ölkə kimi bu sahədə mövcud olan beynəlxalq üsulları nəzərə alır. O, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uğurlu addımların atıldığını vurğulayaraq bəzi təkliflər səsləndirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Yeron Villems bildirib ki, uşaqlar dünya əhalisinin üçdə birini, Avropa əhalisinin isə beşdə birini təşkil edir. O, Avropa İttifaqında uşaq hüquqlarının qoruması istiqamətində mövcud olan bəzi üsullardan danışıb. Y.Villems uşaq hüquqlarının qorunması istiqamətində işlərin görülməsi üçün yuvenal ədliyyə sahəsində islahatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən bəhs edib. Bildirib ki, bu, uşaqlar üçün hüquqi yardım xidmətlərinin həyata keçirilməsində səmərəli nəticələrin əldə olunmasına kömək edir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün ardıcıl iş aparıldığını və uğurlu nəticələr əldə olunduğunu, lakin təcrübənin daim həmin sənədlərə dəyişikliklər olunmasını zəruri etdiyini söyləyib. O əlavə edib ki, bugünkü tədbirin də əsas məqsədi məhz bundan ibarətdir.
UNICEF-in milli eksperti Nazir Quliyev deyib ki, hazırda təşkilat Avropa İttifaqının dəstəyi ilə Azərbaycanın yeddi rayonunda hüquqi xidmətlər həyata keçirir. O, yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericilik və onun tətbiqinin inkişafı istiqamətində təkliflər paketini təqdim edib. Belə ki, Cəzaların İcrası, Cinayət, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilməsi təklif olunub. Məsələn, cinayət törətmiş yetkinlik yaşına çatmayanların maksimum cəza müddətinin 10 ildən 8 ilə endirilməsi təklifi irəli sürülüb.
Müzakirələr zamanı çıxış edənlər irəli sürülən təkliflərə münasibətlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

