/ / Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilində nəşrinin təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilində nəşrinin təqdimatı olub
21.04.2016 [10:06]
Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Səfirlikdə keçirilən tədbirdə Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm, mədəniyyət, incəsənət xadimləri, səfirlər, ali təhsil ocaqlarının rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov akademik Ramiz Mehdiyevin ictimai-siyasi və elmi fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Ramiz Mehdiyevi bu kitabı yazmağa vadar edən ermənilərin yalan ideologiyasını ifşa etmək olub. Adından da göründüyü kimi, təkzibedilməz faktlardan ibarət olan bu kitab müxtəlif ölkələrin arxiv materiallarına əsasən yazılıb.
Səfir çıxışında kitabdakı mənbələrə istinad edərək ermənilərin qədim dövrdən bu günə qədər tarix haqqındakı uydurma yalanları barədə danışıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıb və ermənilərin bu il aprel ayının əvvəlində Azərbaycana qarşı həyata keçirdikləri növbəti təxribatlar barədə məlumat verib.
Kitabın redaktoru, Tacikistanın milli himninin sözlərinin müəllifi, Xalq Şairi Gulnazar Keldi, tərcüməçilər Bahriddin Cuyo və Olim Hocimuradov çıxışlarında tacik dilinə tərcümə edilmiş bu əsərin Tacikistan ictimaiyyətinin Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın tarixini dərindən öyrənməsi, ermənilərin bu ərazilərə köçürülməsi və beynəlxalq havadarlarının dəstəyi ilə Azərbaycana və digər qonşu dövlətlərə qarşı təcavüzkar siyasət həyata keçirmələri barədə məlumat əldə etməsi baxımından mühüm əhəmiyyətə malik mənbə olduğunu bildiriblər. Qeyd edilib ki, bu kitab mötəbər tarixi faktlara əsaslandığından Azərbaycan həqiqətlərinin öyrənilməsində vacib mənbə rolunu oynayır.
Təqdimat mərasimində “Erməni terrorizmi” filmi rus və ingilis dillərində nümayiş etdirilib.
Səfirliyin foyesində bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda ermənilərin növbəti təxribatları nəticəsində həlak olmuş şəhidlərimizin fotoşəkillərindən ibarət sərgi də təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

