Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi əbədi yaşayacaq

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi əbədi yaşayacaq

29.04.2009 [16:42]

Dünən akademik Zərifə Əliyeva adına məktəbdə görkəmli oftalmoloq alimin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Milli Məclisin deputatları, pedaqoqlar və məktəblilər əvvəlcə Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Məktəbdə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov və digər natiqlər gözəl insan, nümunəvi ailə başçısı Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulayıblar. Bildirilib ki, görkəmli alim və ictimai xadim, böyük xidmətlərinə görə bir çox fəxri adlara, mükafatlara layiq görülmüş akademik Zərifə xanım Əliyeva müasir dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin qayğıkeş və sədaqətli ömür-gün yoldaşı olub. Məktəbin direktoru Məhəbbət Vəliyeva rəhbərlik etdiyi nümunəvi təhsil müəssisəsi barədə məlumat verib. Sonra “Zərifə Əliyeva - ana, qadın və alim” mövzusunda ədəbi-bədii kompozisiya göstərilmiş və məktəbin yeni saytının (www.mekteb-zarifaaliyeva.edu.gov.az) təqdimatı olub. Saytda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı məlumatlar, onun adını daşıyan təhsil ocağı haqqında materiallar və s. yerləşdirilib.


Paylaş:
Baxılıb: 1121 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30