Milli Məclisdə ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu müzakirə edilib
14.04.2016 [10:09]
Aprelin 13-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edərək tədbirin əsas məqsədinin sağlam ailə institutunun formalaşması ilə bağlı milli mənəvi dəyərlərin, adət-ənənələrin və qanunvericiliyin təbliği olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir.
Qeyd edilib ki, müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir. Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət ən vacib mental davranışlardandır. Bu davranışlar bizim üçün hər zaman böyük əhəmiyyət kəsb edib və edəcək. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyasında psixoloji, ideoloji və sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin kənar müdaxilənin olması əksər hallarda maneələrə səbəb olur. Bunlar isə öz növbəsində bir çox problemlərə gətirib çıxarır. Bu tədbirin keçirilməsində məqsəd də ictimaiyyətin diqqətini milli mənəvi dəyərlər əsasında qurulmuş adət-ənənələrimizə cəlb etməkdir.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, ailə institutunun zəifləməsinin əsas səbəbi məişət zorakılığı, erkən nikahlar, valideyn məsuliyyətsizliyi, boşanmalar və bundan qaynaqlanan aliment problemidir. O, boşanma hallarının əsas səbəbinin erkən və məcburi nikahlar olduğunu söyləyib. İnsanların intellektual və psixoloji baxımdan uyğunsuzluğu da boşanmalara gətirib çıxaran əsas amillərdəndir. Ailələrin dağılmasının əsas səbəblərindən biri də narkomaniya və digər pis vərdişlərdir. Ailələrdə güzəştə getmək hissi ilə bağlı çatışmazlıqlar da mövcuddur ki, bunun aradan qaldırılması üçün maarifləndirmə işləri aparılmalıdır. Bu məsələlərdə ictimai təşkilatların üzərinə mühüm vəzifələr düşür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən hər il 10-a yaxın erkən nikahın qarşısının alındığını deyib. O bildirib ki, əsas məqsəd ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsidir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən “Azərbaycan ailəsi Strategiyası” hazırlanır və sənəd üzərində iş yekunlaşmaq üzrədir.
Hicran Hüseynova qeyd edib ki, bizim uğurlu ailələrimizlə yanaşı, problemli ailələrimiz də var. Yanlış stereotiplər, qeyri-səmimi münasibətlər bir çox hallarda ailələrdə məişət zorakılığına, erkən nikahlara, uşaqların küçələrdə yaşamasına, intiharlara və digər mənfi halların yaranmasına səbəb olur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra öhdəlikləri var. Lakin insanlar özləri də bunu dərk etməlidirlər ki, valideyn olaraq övladları üçün hansı gələcəyi qururlar.
Diqqətə çatdırılıb ki, komitə tərəfindən Milli Məclisə cinslər arasında nikah yaşının bərabərləşdirilməsi, nikaha daxil olan şəxslərin öz səhhəti barədə bir-birini məlumatlandırması, övladlığa götürmədən imtina ilə bağlı bəzi məsələlərin dəqiq tənzimlənməsi və nikah müqaviləsinin tətbiqinə dair təkliflər paketi ilə müraciət olunub. Boşanmadan sonra qadınlar və uşaqlar bir sıra problemlər yaşayırlar. Bununla bağlı ekspertlər ailə qanunvericiliyinin ekspertizasını aparıb və bir sıra təkliflər hazırlayıblar.
Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac olduğunu deyən komitə sədri bildirib ki, məktəblərdə uşaq psixoloqlarının sayının artırılması, onların fəaliyyətinin genişləndirilməsi vacibdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov cəmiyyətdə dindarların sayının artması prosesinin müsbət tendensiya olsa da, getdikcə bir sıra problemlərə də yol açdığını söyləyib. O qeyd edib ki, dindarların sayının artması prosesi nəticəsində bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimiz dini kimliyimizə qarşı qoyulur. Komitə sədrinin müavini bəzi dini qrupların daxilində radikallıq meyillərinin yarandığını, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəldiyini deyib. Qeyd edilib ki, “dindarlaşma” prosesinin gətirdiyi problemlərdən biri də ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranması və bəzən qadın hüquqlarına qarşı çıxışlar edilməsidir. Buraya qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək kimi hüquqları daxildir. Azərbaycan dünyəvi dövlət olduğundan bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hazırda Azərbaycan ailəsinin sağlamlıqla əlaqədar olan problemlərindən söz açıb. Bildirib ki, bu problemlər digərlərindən daha qabarıq şəkildə özünü göstərir. Son illərdə ölkəmizdə bu sahədə görülən işlərdən danışan komitə sədri Milli Məclisin indiyədək bununla bağlı qəbul etdiyi sənədləri qeyd edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda dövlət quruculuğu modelinin mahiyyətində vətəndaş durur. O, ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi olan vətəndaşın sosial müdafiəsi istiqamətində həyata keçirilən mühüm işlərdən danışıb. Komitə sədri cəmiyyətin ilk təşkilatının ailə olduğunu deyib və adət-ənənələrimizin hüquqi bazada da öz əksini tapmasının əhəmiyyətini vurğulayıb.
Tədbir mövzu ətrafında fikir mübadilələri ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

