YAP Qadınlar Şurası böyük, zəngin və şərəfli yol keçib
28.04.2009 [15:14]
Aprelin 25-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, qadın milli dəyərlərin qoruyucusu və bu dəyərlərin gələcək nəsillərə daşıyıcısıdır. Onun sözlərinə görə, qadınlar öz potensialından, intellektindən dövlətin və xalqın inkişafı üçün istifadə edir: “Azərbaycanın müxtəlif inkişaf mərhələlərində qadına verilən yüksək dəyərin şahidi olarıq. Azərbaycan qadına seçmək və seçilmək hüququ verən ilk Şərq dövlətidir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlətin qadın siyasəti müəyyənləşib. Bu xətt bu gün də davam etməkdədir. Ulu öndər Heydər Əliyevin böyük insan kimi qadına olan münasibəti YAP-da davam edir və YAP Azərbaycan qadınına ən yüksək dəyər verən partiyadır”.
B.Muradova deyib ki, YAP yarandığı ilk gündən onun sıralarında qadınlarımız da olub. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətin anlarda onlar sınaqlardan üzüağ çıxıb, öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər. “Biz YAP-ın sıralarında birləşməklə dövlətçiliyin xidmətində dayanmışıq. Bu nümunə həmişə qeyd olunmaqdadır. YAP qədər qadın amilinə yüksək dəyər verən ikinci siyasi təşkilat yoxdur. ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdarıq və hesab edirik ki, Azərbaycan qadınları qarşılarında duran vəzifələri yerinə yetirmək üçün çox böyük imkanlara malikdir. Prezident İlham Əliyevin səyləri nəticəsində bu imkanlar daha da genişlənməkdədir” - deyə vitse-spiker vurğulayıb.
Bildirilib ki, konfransa seçilmiş 250 nümayəndədən 243-ü tədbirdə iştirak edir. Daha sonra konfransın gündəliyi təsdiq olunub. YAP Qadınlar Şurasının sədri Səriyyə Əbülhəsənova çıxış edərək YAP-ın, o cümlədən, partiyanın Qadınlar Şurasının şərəfli yol keçdiyini bildirib. O, gənclərin irəli çəkilməsinin vacibliyini vurğulayaraq konfransda seçiləcək yeni heyətə uğurlar arzulayıb.
ümumrespublika konfransına hazırlıq üzrə işçi qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. çünki bu gün ölkəmizdə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb: “Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtsiadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirib. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi bir şəxs, həm Azərbaycanın zadəgan dəyərlərinin davamçısı, həm də ən böyük xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir”.
YAP-ın cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu deyən N.Əliyevanın sözlərinə görə, bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır. “Bizim doğrudan da geniş potensialımız var. Bəlkə, elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. öz fəaliyyəti dövründə ulu öndər, partiyamızın qurucusu Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib”.
Məruzəçi qeyd edib ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlib, daim milli dövlətçilik mövqeyindən çıxış ediblər.
YAP Siyasi Şurasının üzvü, təhsil nazirinin müavini İradə Hüseynova çıxışında qeyd edib ki, qadınlar partiyanın fəaliyyətində yaxından iştirak edirlər. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin irsi zəngin tarixi mənbədir. Biz bu sərvəti qoruyub saxlamalıyıq. İ.Hüseynova həmçinin bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva insanpərvərliyin, xeyirxahlığın təntənəsini tərənnüm edir.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxışında bildirib ki, dövlətimizin keçdiyi bütün inkişaf yollarında Azərbaycan qadınlarının böyük rolu olub: “Ulu öndərimiz deyib ki, Azərbaycan qadını müstəqilliyimizin dayağıdır. Bu gün həqiqətən ictimai-siyasi proseslərdə qadınlarımız fəaldırlar”.
Onun sözlərinə görə, seçki proseslərində də xanımlar yaxından iştirak edirlər.
Konfransda daha sonra Xalq artisti Amalya Pənahova, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Arzu Həmzəyeva, YAP Sabirabad təşkilatı Qadınlar Şurasının sədri Məleykə Həsənova və partiyanın Xaçmaz rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira İskəndərova çıxış ediblər.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək konfrans münasibətilə qadınları təbrik edib. O, bildirib ki, YAP-ın yaranmasında, formalaşmasında qadınların özünəməxsus rolu olub: “Təsadüfi deyil ki, YAP-ın 500 min nəfərə yaxın üzvlərinin 40 faizindən çoxunu qadınlar təşkil edir. YAP-ın fəaliyyətində qadınların iştirakı kifayət qədər yüksəkdir. Qadın böyük qüvvədir və bu qüvvənin YAP-ın sıralarına gəlməsi partiyamızın gücünü artıran çox vacib amillərdən biridir. Azərbaycanda qadın hərəkatının genişlənməsində YAP-ın qurucusu Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. YAP-ın sıralarında təmsil olunan qadınlar Azərbaycan elmini, incəsənətini, səhiyyəsini, təhsilini bütün yüksək səviyyələrdə təmsil etmək imkanına malikdirlər. Onlar Azərbaycana hörmət və ehtiram gətirən insanlardır. Bu qədər yüksək intellektli və əxlaqi-mənəvi keyfiyyətləri, dövlətçiliyə sədaqətləri ilə fəaliyyət göstərməsi YAP-ın nüfuzunu artırır, siyasi gücünü müəyyənləşdirir. Qadınların YAP sıralarında geniş təmsil olunması ölkəmizdə həyata keçirilən siyasətin uğurları ilə bilavasitə bağlıdır. Qadınlar ictimai proseslərdə iştirak edirsə, öz siyasi fəaliyyətlərini YAP-la bağlayırlarsa, bu Prezident İlham Əliyevin siyasətinin qadınların maraq və mənafelərinə cavab verdiyini göstərir”.
YAP-ın Sədr müavini deyib ki, qadınlar hər bir cəmiyyətin xoşbəxt gələcəyini nəinki yaradırlar, hər bir cəmiyyətin xoşbəxt gələcəyi qadınlar üçün təmin edilməlidir. Azərbaycanda həyata keçirilən siyasət hər bir qadının xoşbəxt gələcəyini təmin etmək kimi şərəfli vəzifəni qarşıya qoyur. Onun sözlərinə görə, YAP Qadınlar Şurası böyük, zəngin, şərəfli yol keçib: “Keçilən bu yolla fəxr edirik. Amma, eyni zamanda, qarşımızda daha böyük, məsuliyyətli yol dayanır. İnanırıq ki, YAP üzləri Prezident İlham Əliyevin siyasətinin uğurlar qazanmasında bundan sonra da öz töhfələrini verəcək. Azərbaycanın siması daha da müasirləşəcək, yeniləşəcək. İnsanların rifahı daha da yüksələcək”.
Bununla belə, Əli Əhmədov ictimai-siyasi həyatda qadınların fəallığının artırılmasının zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın geniş, çoxşaxəli fəaliyyətinin timsalında belə bir imkan real olaraq bu gün Azərbaycanda yaranıb.
Əli Əhmədov deyib ki, YAP şəhər və rayon təşkilatları sədrlərinin yalnız 5-i qadınlardır. Bu, qadınların fəallığına uyğun gəlməyən aşağı göstəricidir. “Bələdiyyələrdə də qadınlar azdır. 20 000-dən çox bələdiyyə üzvlərindən, təxminən 400-500-ü qadınlardır. Bu, qadınların fəaliyyətinə uyğun gəlməyən göstəricidir” - deyən YAP-ın Sədr müavini qeyd edib ki, partiyanın Qadınlar Şurası bütövlükdə səmərəli fəaliyyət göstərib.
ümumi müzakirələrdən sonra YAP Qadınlar Şurasının ümumrespublika konfransı YAP Qadınlar Şurasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edib.
Konfransda, eləcə də, YAP Qadınlar Şurasının fəaliyyətində bir sıra vacib məsələlərin həlli istiqamətində konkret işlərlə bağlı qərar qəbul olunub.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva yekdilliklə YAP Qadınlar Şurasının sədri, Aynur Sofiyeva və Məhəbbət İbrahimova sədrin müavinləri seçiliblər. Konfransda, həmçinin, YAP Qadınlar Şurasının 59 nəfərdən ibarət şurası və 22 nəfər tərkibdə YAP Qadınlar Şurasının İdarə Heyəti seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
