Azərbaycanın Dövlət müşavirinin məqaləsi Fransa mətbuatında
12.04.2016 [09:59]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Ümummilli lider Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisidir” adlı Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsaslarından bəhs edən məqaləsi Fransanın “L’express” (www.lexpress.fr) portalında yayılıb.
“L’express” Fransada həftəlik dərc olunan nüfuzlu ictimai-siyasi və sosial-mədəni jurnaldır.
Məqalədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanda dərin tarixi keçmişə malik olan multikultural ənənələrin siyasi və hüquqi bazasının yaradılması və bunun müasir Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsi prosesi üçün əsaslı zəmin yaratması qeyd edilib.
Müəllif qeyd edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda, Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü.
Azərbaycan xalqının multikultural ənənələrinin qorunması, ölkəmizdə yaşayan bütün etnik və dini toplumların dil, din və mədəniyyətinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, Prezidentin təşəbbüsü və iştirakı ilə multikulturalizmin dünyada yaşamına haqq qazandıran beynəlxalq tədbirlər haqda məqalədə ətraflı bəhs edilib.
Müəllif Azərbaycanda dövlət siyasətinin vacib komponentlərindən birinə çevrilən multikulturalizmin Azərbaycan modelinin müxtəlif aspektlərdən öyrənilməsi, dünyada təbliği məqsədilə atılan konkret addımlar, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, ölkəmizi dünyada tolerantlıq və multikulturalizm məkanı kimi təqdim etmək işində yorulmaz fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun gördüyü işlər barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

