Avronest PA Azərbaycanı öz sıralarında görmək, onunla əməkdaşlığı davam etdirmək istəyir
09.04.2016 [10:31]
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində yaradılmış Avronest Parlament Assambleyası Azərbaycanı öz sıralarında görmək, onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Bu fikir aprelin 8-də Milli Məclisin sədri Oqtay Əsədovun ölkəmizdə səfərdə olan Avronest Parlament Assambleyasının həmsədrləri xanım Heydi Hautala və Viktor Dolidze ilə görüşündə vurğulanıb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Oqtay Əsədov Azərbaycanın xarici siyasətinin istiqamətlərindən birinin də Avropa strukturlarına inteqrasiyanın olduğunu söyləyib. Bildirilib ki, ölkəmiz AŞPA, ATƏT PA kimi qurumlarla əməkdaşlıq edir. Biz Avropanın ayrı-ayrı ölkələri və təşkilatları ilə strateji əməkdaşlıq yolu götürmüşük. Avropa İttifaqı və onun qurumları ilə münasibətlərin qarşılıqlı hörmətə əsaslanması bizim üçün əsas şərtlərdən biridir.
Diqqətə çatdırılıb ki, Milli Məclis Avropa Parlamenti ilə əlaqələri genişləndirməyin daim tərəfdarı olub. Lakin son dövrlər bu qurum tərəfindən ölkəmizə qarşı sərgilənən qərəzli yanaşmalar parlamentlərimiz arasında münasibətlərdə ciddi problemlərə gətirib çıxarıb. Biz Avropa Parlamentinin üzvləri tərəfindən fərdi qaydada münasibətlərin nizamlanması cəhdlərini yüksək qiymətləndiririk.
Vurğulanıb ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. TAP və TANAP kimi qaz layihələrinin reallaşması Avropanın qaz tələbatının böyük bir qismini ödəyəcək. Azərbaycan tərəfi bu layihələrin reallaşması üçün gərəkli olan siyasi iradəni ortaya qoyub.
Bütün bunlarla yanaşı, Avropa İttifaqı ilə münasibətlərdə müəyyən çatışmazlıqlar mövcuddur. Biz təşkilatın qonşularla münasibətində bütün ölkələrə eyni meyarlarla yanaşmanın doğru olmadığını demişik.
Oqtay Əsədov deyib: “Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avronest PA ilə əlaqələrə gəldikdə isə bildirməliyəm ki, Azərbaycan ilk dəfə olaraq bu qurumun xarici ölkədə ilk sessiyasını keçirib. Biz Avronest PA-ya quruma üzv ölkələri narahat edən məsələlərin müzakirə platforması kimi baxır, Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynayacağına inanırdıq. Təəssüf ki, sonralar Avropa Parlamentinin bu qurumda heç bir müzakirə keçirmədən, Azərbaycan əleyhinə dalbadal qərəzli qərarlar qəbul etməsi ölkə ictimaiyyətində haqlı suallar doğurdu. Əgər biz burada üzv ölkələri narahat edən məsələləri dilə gətirə bilməyəcəyiksə, Dağlıq Qarabağ kimi münaqişənin həlli yolları barədə fikir mübadiləsi aparmaq mümkün olmayacaqsa, onda bu təşkilatda iştirakın mənası nədir və ümumiyyətlə Avronest kimi qurumun yaranmasına nə ehtiyac var idi?
Hər dəfə bizə deyirdilər ki, Avropa Parlamenti və Avronest bu məsələ ilə məşğul olmur. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Nəticə isə göz qabağındadır.
Biz münasibətlərimizi qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurmaq istəyirik. Bizdə olan məlumata görə, Avropa Parlamentinin bir sıra deputatları son günlər Dağlıq Qarabağda baş verən hadisələrlə əlaqədar narahatlıq keçirirlər. Zənnimizcə, onlar bunun günahını özlərində və apardıqları siyasətdə axtarsalar, daha yaxşı olardı”.
Qeyd edilib ki, cəbhə xəttində son döyüşlər ermənilərin Qarabağ ətrafında işğal etdikləri Azərbaycan ərazilərində gedib. İşğalçılar hər gün azərbaycanlı dinc əhaliyə iriçaplı silahlardan atəş açır, ağır texnika ilə yaşayış və ictimai binaları atəşə tuturdular. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan ordusu işğalçıya layiqli cavab verib.
Bəzi avropalı deputatlar burada Dağlıq Qarabağın erməni icmasının vuruşduğunu düşünürlər. Əslində isə orada yerli əhali qoca və azyaşlı uşaqlardan ibarətdir. Vuruşan Ermənistan ordusunun əsgərləridir.
“Biz dəfələrlə bildirmişik ki, Dağlıq Qarabağ problemi nəinki bölgənin, bütövlükdə Avropanın təhlükəsizliyini təhdid edir. Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, təkcə Dağlıq Qarabağ və onun ətrafında 750 minə qədər qaçqını öz ərazisində yerləşdirə bilib. Bundan əvvəl isə 250 minədək qaçqın Ermənistandan Azərbaycana pənah gətirib. İndi isə qocaman Avropa qaçqınlar problemini həll etməkdə böyük çətinliklərlə üzləşir”, - deyə Milli Məclisin sədri bildirib.
Diqqətə çatdırılıb ki, Avropa İttifaqının qonşuluq siyasətindən danışarkən təkcə demokratiya, insan hüquqlarından bəhs etməklə kifayətlənməməliyik. Çünki qonşu regionlarda sülh və sabitlik təmin olunmadıqca nə demokratiya, nə də iqtisadi inkişafdan danışmağa dəyməz.
Avropa İttifaqı Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunmasında səylərini azaltmamalıdır. İşğala məruz qalanla işğalçıya eyni gözlə baxmaq olmaz. Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində digər münaqişələrə göstərdiyi mövqeyi Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı göstərməli, problemin tənzimlənməsi üçün regiona daha çox diqqət ayırmalıdır.
ATƏT-in Minsk qrupunun mandatını əsas gətirərək, bu təşkilatın özünü kənara çəkməsi Avropa regionunda sülhü, demokratiyanı bərqərar etmək kimi üzərinə götürdüyü missiya ilə bir yerə sığmır. Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hazırda Ermənistanın işğalı altındadır. Bu ərazilər nəzarətdən kənar bölgələrdir.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa söykənməli, ayrı-ayrı müxtəlif məsələlər böyüdülərək ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməməlidir. Bizim münasibətlərimiz beynəlxalq münasibətlər sisteminin iki suveren subyekti arasında əlaqə kimi dəyərləndirilməlidir. Belə olan təqdirdə əlaqələrin inkişafına əngəl yarana bilməz. Biz haqqa, ədalətə inanırıq.
Avronest PA-nın finlandiyalı həmsədri xanım Heydi Hautala Viktor Dolidze ilə təmsil etdiyi qurumun həmsədrləri qismində Azərbaycana ilk dəfə səfər etdiklərini bildirərək, məqsədlərinin burada görüşlər keçirib, Azərbaycan tərəfinin fikirlərini öyrənmək, vəziyyətlə yaxından tanış olmaq olduğunu söyləyib. Qeyd edilib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində yaradılmış Avronest Parlament Assambleyası Azərbaycanı öz sıralarında görmək, onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.
O, ölkəmizdə son dövrdə insan hüquq və azadlıqlarının qorunması və həyatın digər sahələrində atılan addımları yüksək qiymətləndirərək, Azərbaycanın Cənubi Qafqazdakı roluna diqqət çəkib. Qeyd edilib ki, Dağlıq Qarabağ problemi həqiqətən bölgədəki proseslərə çox güclü təsir göstərir. Avropa Parlamenti ölkələrin ərazi bütövlüyünü tanıyır, bu tipli münaqişələrin həllində beynəlxalq hüququn üstünlüyünü bir daha təsdiq edir. Avropa Parlamentində bəzən müəyyən məsələlərlə əlaqədar müxtəlif fikirlər səslənir. Amma bütün bunlar təşkilatın ümumi siyasətinə xələl gətirməməlidir. Qonaq təşkilatda Azərbaycanla münasibətlərin nizama salınması üçün müəyyən işlərin aparıldığını söyləyib.
Söhbət zamanı Avropa Parlamenti-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, əməkdaşlığın gələcək istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

