/ / Müdafiə Nazirliyi: Ermənistan işğal altındakı ərazilərimizi tərk etməsə, hələ çox “sürprizlər”lə qarşılaşacaq
Müdafiə Nazirliyi: Ermənistan işğal altındakı ərazilərimizi tərk etməsə, hələ çox “sürprizlər”lə qarşılaşacaq
08.04.2016 [09:37]
Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertlərinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübuta yetirdi.
Bunu AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib.
“Bu gün Ordumuz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Silahlı Qüvvələrimiz ən müasir silah-sursat, döyüş texnikası, elmin ən son nailiyyətləri ilə hazırlanmış yüksək dəqiqlikli döyüş sursatları, düşmənlə birbaşa kontaktda olmadan onu uzaq məsafədən məhv etməyə qadir digər hərbi vasitələrlə təchiz edilib.
Silahlı Qüvvələrimizin son döyüşlərdə düşmənə qarşı tətbiq etdiyi vasitələr hərbi potensialımızda olanların yalnız cüzi bir hissəsidir. Əgər erməni tərəfi bizə qarşı təxribatları yenə də davam etdirərsə və işğal altındakı əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcək. Ordumuzun silahlanmasında olan döyüş texnikası, silah və sursatlar imkan verir ki, düşmənə qarşı daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə onu sülhə məcbur edərək torpaqlarımızın azad olunmasını təmin edək.
Silahlı Qüvvələrimizin, o cümlədən xalqımızın döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir və biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq”, - deyə V.Dərgahlı bildirib.
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

