Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalına yekun vurulub

"Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalına yekun vurulub

13.05.2009 [10:36]

Dünən Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycanda ailə dəyərlərinin nüfuzunun yüksəldilməsi, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailənin ictimai mövqeyinin qaldırılması, maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun yaradılması məqsədi ilə keçirilən “Azərbaycan ailəsi” qısametrajlı filmlər festivalının yekun mərasimi olub. “Uşaq ili “ çərçivəsində Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və BMT-nin Əhali Fondunun dəstəyi ilə reallaşdırılan festivalın məqsədi ölkədə uğurla həyata keçirilən ailə siyasətini işıqlandırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək və ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır. Ailə dəyərlərindən danışan AQUPDK-nın sədri Hicran Hüseynova festivalın böyük maraqla qarşılandığını bildirib. Komitə sədri deyib ki, qısa müddətdə təşkilat komitəsinə 26 bədii və sənədli filmin təqdim olunması ictimaiyyətin ailə dəyərlərinə həssas münasibətinin bariz ifadəsidir. Təqdim edilən filmlərin əsas ideya qayəsi də məhz bu istiqmətdə olub. Gələcəkdə bu festivalın davam etdirilməsi nəzərdə tutulub. H.Hüseynova ailə adətlərimizin qorunub saxlanılması istiqmətində ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün uğurla davam etdirildiyini bildirib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Millli Məclisin deputatı Mehriban xanın Əliyevanın müstəsna fəaliyyətini xüsusilə vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film  Fondunun prezidenti Cəmil Quliyev, xalq artisti, rejissor Oqtay Mirqasımov festivalın müasir kinomuzun təbliğində mühüm rol oynadığını bildiriblər. Qeyd edilib ki, kino milli-mədəni irsimizin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Tərbirdə slaydlar nümayiş etdirilib. Sonra mükafatlandırma mərasimi keçirilib. “Ailə şəcərəsi” filmi (ssenari müəllifi Firuzə Nadir) 1-ci yerə, “Kənar” filmi (ssenari müəllifi, rejissor Murad Muradov ) 2-ci yerə, “Qocalar” filmi isə (rejissor Fariz Əhmədov) 3-cü yerə layiq görülüb. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Paylaş:
Baxılıb: 1092 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30