Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Deutsche Welle” Azərbaycan səfirinin əks-səda doğurmuş müsahibəsi barədə məlumat yayıb

“Deutsche Welle” Azərbaycan səfirinin əks-səda doğurmuş müsahibəsi barədə məlumat yayıb

05.04.2016 [10:29]

Almaniyanın nüfuzlu “Deutsche Welle” (“Alman dalğası”) nəşri öz geniş auditoriyasına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya KİV-lərinə verdiyi əks-səda doğurmuş müsahibəsi barədə məlumat yayıb. Xüsusilə səfirin Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizama salınması cəhdlərinin səmərəsiz olması barədə fikirləri qabardılıb.
Nəşr “Qovorit Moskva” (“Danışır Moskva”) radiostansiyasının müxbirinin sualına cavab verən səfirin “22 ildir bu münaqişəni sülh yolu ilə həll etməyə cəhdlər göstərilir. Daha nə qədər dözmək olar? Biz məsələnin sülh yolu ilə həllinə hazırıq. Amma əgər sülh yolu ilə həll olunmasa, hərbi yolla həll edəcəyik” sözlərini sitat gətirib.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31