Milli Məclisin növbəti iclası keçirilib
19.03.2016 [10:19]
İclasda dörd qanun layihəsi müzakirə olunaraq qəbul edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda dörd məsələyə baxılıb. Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevə martın 17-də böyük humanistlik nümayiş etdirərək imzaladığı Əfv Sərəncamı ilə bayramqabağı 148 ailəni sevindirdiyi üçün parlament adından təşəkkürünü bildirib. Sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, sözügedən konvensiya 1979-cu il oktyabrın 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır. Azərbaycan həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulub və 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edilib. Həmin düzəlişlər indi parlamentin müzakirəsinə çıxarılıb. Düzəlişlərə müvafiq olaraq konvensiyanın preambulası dəyişdirilib. Dəyişikliyin əsas məqsədi nüvə materiallarının, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdən ibarətdir.
Z.Əsgərov qeyd edib ki, sənəddə prinsiplər də müəyyən edilib. Onun sözlərinə görə, həmin prinsiplər, ilk növbədə, dövlətlərin məsuliyyətini müəyyən edir: “Nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizlik mədəniyyəti, konfidensiallıq və fövqəladə hallar, nüvə materialları ilə rəftar və s. məsələlər düzəlişdə öz əksini tapıb. Qeyd edilən düzəlişlər Azərbaycanın milli maraqlarına tam cavab verir”.
Müzakirələr zamanı parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu məsələ olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan bütövlükdə nüvə təhlükəsizliyi ilə bağlı bir çox sazişlərə qoşulub: “Eyni zamanda, bu sahədə ölkəmizin də müəyyən töhfələri mövcuddur. Bu sazişdə isə Azərbaycan tərəfinin çox vacib bir qeydi var. Dəfələrlə bəyan edilib ki, Ermənistan ərazisindəki qəzalı vəziyyətdə olan atom elektrik stansiyasının tullantıları işğal edilmiş Azərbaycan torpaqlarına - Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərə atılır, yaxud basdırılır. Bu, bölgə üçün ciddi təhlükə mənbəyidir. Vaxtilə Azərbaycanın təkidi ilə faktaraşdırıcı missiya da işğal edilmiş Azərbaycan ərazilərində olmuş və bu cür ehtimalların olduğunu bəyan etmişdir. Bu baxımdan, beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Həmin nəzarətsiz ərazilərdə narkotiklərin becərilməsi, terrorçu dəstələrin hazırlanması və s. məsələlərə beynəlxalq ictimaiyyət öz reaksiyasını verməlidir”.
Millət vəkili Azay Quliyev çıxışında qeyd edib ki, apreldə ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammiti ərəfəsində belə bir sənədin qəbul olunması vacibdir. Onun sözlərinə görə, ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısını bu sammitə dəvət etməsi ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin göstəricisidir. A.Quliyev həmçinin dövlət başçısı tərəfindən imzalanmış növbəti Əfv Sərəncamı haqqında da fikirlərini bildirib: “Prezident İlham Əliyev tərəfindən martın 17-də imzalanan növbəti Əfv Sərəncamı humanizmin parlaq nümunəsidir”.
O qeyd edib ki, bu Sərəncam Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, əfv olunanlar arasında hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da var. “Bu, bir daha onu göstərir ki, insan hüquqları məsələləri ilə bağlı yaradılmış işçi qrupunun fəaliyyəti səmərəlidir. Baxmayaraq ki, Avropa Şurasının baş katibi işçi qrupu haqda yanlış mövqe nümayiş etdirdi, işçi qrupunun fəaliyyəti müsbətdir. Sonuncu Əfv Sərəncamının bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi də bunu sübut edir”, - deyə A.Quliyev vurğulayıb.
“Önümüzdəki günlərdə nüvə təhlükəsizliyi ilə bağlı çox böyük tədbir keçiriləcək. Bu ərəfədə Azərbaycanın “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsini qəbul etməsi olduqca aktualdır. Bir zamanlar heç kim fikirləşə bilməzdi ki, Azərbaycan da kosmik sənaye ölkəsi olacaq. Ancaq bu faktdır, artıq ölkəmizdə kosmik sənaye yaradılıb. Bu gün bizim qəbul etdiyimiz sənəd növbəti mərhələdə Azərbaycanın nüvə ehtiyatlarından dinc məqsədlər üçün istifadə etmək siyasətini də müəyyənləşdirəcək. Ona görə bu sənədin qəbulu olduqca çox aktual və vacibdir”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında deyib. Hikmət Babaoğlu bildirib ki, Ermənistan tərəfindən istismar müddəti çoxdan sona çatmış “Metsamor” AES-in tullantıları sərhədyanı çaylar vasitəsilə Azərbaycana axıdılır və eyni zamanda, işğal olunmuş ərazilərimizdə basdırılır: “Bu problemi Milli Məclisin və AŞPA-nın diqqət mərkəzində saxlamaq lazımdır. Çünki bu məsələ Azərbaycanla yanaşı, bütün regionun təhlükəsizliyinə təhdid yaradır. Hesab edirəm ki, buna hüquqi müstəvidə də yanaşmaq olar və bizim kosmik peyklərimiz vasitəsilə basdırılan nüvə tullantılarının yerini müəyyənləşdirib, konkret faktlarla müxtəlif beynəlxalq təşkilatların diqqətinə çatdıra bilərik. Müzakirə etdiyimiz məsələ bütövlükdə vacib sənəddir və xüsusilə bəyanat hissəsində qeyd olunur ki, Azərbaycan sözügedən beynəlxalq sənədə qoşulur, ancaq nəzarəti altında olmayan torpaqlarında bunun yayılması ilə bağlı tədbirlər görə bilməyəcək. Bu bəyanatın özü də bir daha Azərbaycan torpaqlarının işğal altında olmasının beynəlxalq təşkilatların diqqət mərkəzinə çatdırılması deməkdir”.
Müzakirələrdə həmçinin millət vəkilləri Fərəc Quliyev, Xanhüseyn Kazımlı, Sədaqət Vəliyeva, Elman Nəsirov və Elman Məmmədov da qanun layihəsini dəstəkləyiblər. Vurğulanıb ki, Azərbaycanın bu qanunu təsdiq etməsi bir daha onu göstərir ki, ölkəmiz sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı olaraq bölgədə öz əhəmiyyətini qoruyub saxlayır. Həmçinin qeyd olunub ki, Ermənistanın “Metsamor” AES-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar bu tipli sənədlərin imkanlarından istifadə edilməli, beynəlxalq birlik Ermənistana qarşı müvafiq tədbirlər görməlidir.
Spiker Oqtay Əsədov bildirib ki, dövlətimiz beynəlxalq səviyyədə bu məsələni hər zaman vurğulayır: “Ermənistanın istismar müddəti bitmiş “Metsamor” AES-nin təhlükəsi ilə əlaqədar Azərbaycan beynəlxalq təşkilatlar qarşısında həmişə məsələ qaldırır. Yəni bu məsələ daim dövlətimizin diqqət mərkəzindədir”.
Sonra Ziyafət Əsgərov müzakirələr zamanı səsləndirilən sual və təkliflərə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad olunana qədər bu konvensiyanın işləməsinə heç bir qarant verilmir: “Amma bu konvensiyaya edilən düzəlişlərin bir əsas məqsədi də Ermənistanla hər hansı bir formada əməkdaşlığın aparılmamasıdır. Necə ki, Azərbaycan indiyə kimi heç bir məsələdə Ermənistanla əməkdaşlıq etmir”.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.
Gündəlikdə olan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, layihədə güclü təsir edən maddələr və onların külli miqdarının, eyni zamanda, zəhərli maddələrin siyahısı göstərilib. Cinayət Məcəlləsinə edilən dəyişikliyə gəldikdə isə, qeyd olunub ki, məcəllənin 213-1.3-cü maddəsində “tütün” sözü “Pivənin və tütün” sözləri ilə əvəz edilir. Cinayət Məcəlləsində nəzərdə tutulan digər dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, habelə belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna edilməklə Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.
Müzakirələrdən sonra bu qanun layihələri də qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 May 14:51
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13

