Azərbaycan-Türkiyə münasibətlərinin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır
18.03.2016 [09:40]
Prezident İlham Əliyev: Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik
Müasir beynəlxalq münasibətlər sisteminin başlıca reallıqlarından birini sarsılmaz əsaslara malik olan Türkiyə-Azərbaycan münasibətləri təşkil edir. Tərəflər arasındakı münasibətlərin mahiyyətindən bəhs edərkən, əvvəla, qeyd etmək lazımdır ki, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən digər başlıca strateji əsas məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirməkdədir.
Azərbaycan həmişə, ən çətin anlarda da Türkiyənin yanında olub, öz səmimi və əməli dəstəyini ifadə edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Türkiyə Respublikasına işgüzar səfəri bu baxımdan bir çox reallıqları yenidən aşkar etmiş oldu. Bütövlükdə, bu səfər ikitərəfli münasibətlərin inkişafı baxımından müstəsna önəm daşımaqla yanaşı, özündə daha böyük mənəvi-siyasi komponenti ehtiva edirdi. Bundan öncə qeyd etdiyimiz kimi, həmin tarixdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Bakıda keçirilməsi üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri gözlənilirdi. Amma bir neçə gün öncə qardaş Türkiyənin paytaxtı Ankarada növbəti qanlı terror aktı baş verdi. Belə olan halda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Beləliklə, dövlətimizin başçısının martın 15-də Türkiyə Respublikasına işgüzar səfəri Azərbaycanın daim qardaş ölkənin yanında olduğunu göstərdi. Ümumiyyətlə, Azərbaycan həmişə, ən çətin anlarda da Türkiyənin yanında olub, öz səmimi və əməli dəstəyini ifadə edib.
Azərbaycan-Türkiyə həmrəyliyi sarsılmazdır!
Beləliklə, bu gün Azərbaycan-Türkiyə həmrəyliyi özünü ən yüksək səviyyədə göstərməkdədir. Martın 15-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı bu məqamlara toxunaraq qeyd edib ki, iyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir: “İyirmi beş il bundan əvvəl Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində, başqa ölkələrə də bir tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başlamışdır. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik”.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə həmrəyliyini, birliyini yüksək qiymətləndirərək vurğulayıb ki, bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq.
Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər
O da vurğulanmalıdır ki, Azərbaycan ilə Türkiyə arasındakı qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Məhz bəhs olunan səfər çərçivəsində tərəflər arasında imzalanan sazişlər də əməkdaşlığın inkişafında müstəsna rol oynayacaq. Xatırladaq ki, martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol” imzalanıb.
Görünən odur ki, Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış sənədlər, aparılan danışıqlar bir daha iki ölkə arasında olan sıx birliyi nümayiş etdirib.
Uğurlu enerji əməkdaşlığı regional təhlükəsizlik və inkişafa strateji töhfədir
Sadalananların fonunda onu da vurğulamaq olar ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək.
Qeyd olunduğu kimi, Azərbaycan və Türkiyə enerji sahəsində yaxından əməkdaşlıq edirlər. 2012-ci ildə məhz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin tikintisi barədə qərar qəbul edilib və bununla da “Cənub Qaz Dəhlizi”nin əsası qoyulub, bu layihənin həyata keçirilməsinə başlanıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bununla bağlı qeyd edib ki, enerji layihələri bizi birləşdirir: “2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün “Cənub Qaz Dəhlizi” layihəsi reallaşa bilməzdi. Bu gün bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Zatən, bu layihənin təməl daşını da Qars şəhərində bərabər qoymuşuq”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğulayıb: “Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz ən mühüm layihə, bildiyiniz kimi, TANAP-dır. TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən “Cənub” qaz dəhlizi məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq. Bu münasibətlə fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdiyi üçün Azərbaycanı təbrik edirəm”.
Türkiyə Prezidenti onu da qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığımız var.
Nəqliyyat sahəsində birgə icra edilən layihə qitələri birləşdirir və hər iki ölkənin inkişafı üçün yeni perspektivlər açır
Nəqliyyat sahəsində Azərbaycan və Türkiyənin birgə icra etdikləri layihə - Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi qitələri birləşdirir və hər iki ölkənin inkişafı üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir... Artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır”.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
Məhz Azərbaycanın nəqliyyat sahəsində regional və beynəlxalq əməkdaşlıqda oynadığı rol Türkiyə tərəfindən də yüksək qiymətləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib: “Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi “İpək yolu”nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Başda Bakı və Ələt limanlarında aparılan işlər olmaqla, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək istəyirik”.
Hərbi sahədə də sıx əməkdaşlıq münasibətləri mövcuddur
Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə də sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi ölkələr arasında ön sıradadır. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı daha da dərinləşdirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizi hərbi əməkdaşlıq birləşdirir. Bizim hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirmişlər. Bu da gözəl ənənəyə çevrilmişdir. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir”.
Azərbaycan-Türkiyə qardaşlığı nümunəvidir və sülhə, inkişafa xidmət edir
Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb edir. Məhz Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafında müstəsna rol oynadı. Bütövlükdə, Türkiyə ictimaiyyəti, KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Ankarada keçirilməsi təklifini, mürəkkəb vəziyyətdə Azərbaycanın Türkiyəyə dəstəyini yüksək qiymətləndirib. Çünki Prezident İlham Əliyev bu qərarı ilə Azərbaycan xalqının yaxşı günlərdə də, ağır günlərdə də hər zaman türk xalqı ilə birlikdə olduğunu nümayiş etdirdi. Və Azərbaycan növbəti dəfə etibarlı dost, səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya işgüzar səfəri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Anadolu Agentliyi, “Sabah” və “Milliyet” qəzetləri, NTV, “TRT Haber”, “A Haber”, “Fox TV”, “Kanal A” və digər media orqanları dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanması, prezidentlərin təkbətək görüşü, müzakirə olunan məsələlərdən ətraflı bəhs edib. Məlumatlarda ölkələrimizin bir-birini hər zaman dəstəklədiyi qeyd olunub. Azərbaycan Prezidentinin Türkiyəyə səfər etmək barədə qərar qəbul etməsi, imzalanan sənədlərin əhəmiyyəti, dövlət başçılarının mətbuata bəyanatda səsləndirdikləri fikirlər KİV tərəfindən geniş şərh edilib. “Prezident İlham Əliyev tarixi Zirvə üçün Türkiyəyə gəldi”, “Türkiyəyə böyük dəstək”, “Prezident İlham Əliyevdən Türkiyəyə böyük jest”, “Ağır günün dostu”, “Qardaş dəstəyi” kimi sərlövhələrlə yayılan məlumatlar qəzetlərin və xəbər portallarının əsas xəbərləridir. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunəvidir və sülhə, inkişafa xidmət edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

