Azərbaycan-İndoneziya əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
10.03.2016 [09:51]
Azərbaycan ilə İndoneziya arasında əlaqələrin inkişafı, o cümlədən beynəlxalq müstəvidə qarşılıqlı dəstək məmnunluq doğurur və bunun davam etdirilməsi vacibdir.
Bu fikir İslam Əməkdaşlıq Təşkilatının Fələstin və Əl-Qüds Əl-Şərif üzrə beşinci fövqəladə Zirvə Konfransında iştirak etmək üçün Cakartada səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin İndoneziyanın vitse-prezidenti H.Muhammad Yusuf Kalla ilə görüşündə səsləndirilib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi və humanitar sahədə əlaqələrin istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqe nümayiş etdirdiyinə görə təşəkkürünü bildirib.
H.Muhammad Yusuf Kalla Prezident İlham Əliyevin İndoneziyaya səfərini səbirsizliklə gözlədiklərini söyləyib. O, 2013-cü ildə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərini xatırladaraq seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini vurğulayıb. Bakı şəhərinin gözəlliyi haqqında təəssüratlarını bölüşən vitse-prezident ölkəmizin sürətli inkişafını xüsusi qeyd edib və İndoneziya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Yusuf Kalla ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.
İndoneziyanın turizm naziri Arif Yəhya ilə görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusən turizm sektorunda böyük potensialın olduğu vurğulanıb. İkitərəfli əməkdaşlığın konkret istiqamətləri, o cümlədən tələbə və tədqiqatçı mübadiləsi, Azərbaycanda və İndoneziyada keçirilən beynəlxalq tədbirlərdə iştirak və qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə müzakirələr aparılıb. Söhbət zamanı Azərbaycan ilə İndoneziya arasında turizm sahəsində əlaqələrin genişlənməsində qarşılıqlı maraq ifadə olunub.
İndoneziyanın təhsil və mədəniyyət naziri Anies Basvedan ilə keçirilən görüşdə isə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviq olunmasının zəruriliyi qeyd edilib. Mədəniyyət sahəsində hər iki ölkədə keçirilən beynəlxalq sərgi-konfranslarda iştirakın təmin olunması, kino günlərinin təşkili və digər mövzular ətrafında müzakirələr aparılıb.
Görüşlərdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

