/ / Regional güc mərkəzi olan Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Regional güc mərkəzi olan Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
05.03.2016 [11:28]
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə əlaqələrimizin yaxşı tarixi və inkişafı üçün çox əhəmiyyətli potensialı var
Dinamik inkişaf tempinə malik olan Azərbaycan müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır. Regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmizlə tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir.
Bu baxımdan, Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verən subyektlər sırasında Avropa və onun müvafiq təşkilatları xüsusi yer tutur. Bütövlükdə, Azərbaycan Respublikasının Avropa Şurası, Avropa İttifaqı (Aİ) və ATƏT kimi beynəlxalq təşkilatlarla sıx qarşılıqlı münasibətləri mövcuddur. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, enerji təhlükəsizliyi, iqtisadi, qanunverici, mədəni və digər sahələri əhatə edir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Avropa İttifaqının iki yüksək səviyyəli nümayəndəsinin - Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı Azərbaycan ilə əlaqələrə diqqətin təzahürüdür.
Avropa qurumları Azərbaycanın apardığı enerji təhlükəsizliyi siyasətini daim dəstəkləyib
Ümumiyyətlə, Avropa qurumları Azərbaycanın apardığı enerji təhlükəsizliyi siyasətini daim dəstəkləyib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətini qeyd edərək bildirib: “Mən vurğulamaq istərdim ki, bizim üçün Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub. Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq. Müqavilə üzrə Azərbaycan, Gürcüstan və Türkiyədə davam edən tikinti işlərinə 10 milyard dollar vəsaitin ayrılması faktı əlamətdar bir hadisədir”.
Yuxarıda bəhs olunan məsələ kontekstində qeyd edə bilərik ki, “Cənub” qaz dəhlizinin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olub. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlayıb. Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradıb. Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi “Cənub Qaz Dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Təsadüfi deyil ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsində keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Bəyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, “Cənub” qaz dəhlizinə yeni tədarükçülər cəlb etmək niyyətindədir.
Yeri gəlmişkən, fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələlərə toxunaraq qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir: “Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir. Lakin ümidvaram ki, təchizatın digər mənbələri də olacaq. Biz böyük həcmdə təbii qazı nəql edəcək boru kəmərini çəkirik. Zənnimcə, gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq”.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir: “Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxışı əldə edəcək. Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Bu, elə mənbədir ki, onilliklər boyu etibarlı təchizatı təmin edə bilər. Əminəm ki, bu, belə də olacaq, çünki Azərbaycanın son iyirmi il ərzində başladığı bütün layihələr uğurlu layihələr olmuşdur”.
Prezident İlham Əliyevin sözlərinə görə, bu layihə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir: “Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir”.
Beləliklə, Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Ölkəmizlə Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı-faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.
Azərbaycanla Avropa qurumları arasında əməkdaşlıq qarşılıqlı maraqlara söykənir
Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramuntun ölkəmizə səfəri AŞPA-Azərbaycan əlaqələrinin qarşılıqlı maraqlara söykəndiyini göstərir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib. Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlət başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Təşkilatla tamhüquqlu əməkdaşlığımızın 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirib. Dövlət başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə edib.
Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt isə bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd edib və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bütövlükdə, bu səfər Azərbaycanla Avropa qurumları arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deməyə əsas verir.
Aİ Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir
Yeri gəlmişkən, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin Azərbaycana səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlıdır. Xatırladaq ki, fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini arasında geniş tərkibdə görüş olub. Dövlət başçısı xanım Federika Moqerininin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın vacib məsələlərini nəzərdən keçirmək üçün yaxşı fürsət yaratdığını bildirib. Prezident İlham Əliyev xanım Federika Moqerininin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısının bağlanış mərasimində iştirakına görə ona minnətdarlığını bildirib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vacib mərhələdə olduğunu vurğulayan dövlət başçısı əməkdaşlığımızın gələcək planlarının müəyyənləşdirilməsinin önəmini qeyd edib. Əlaqələrimizi genişləndirmək, tərəfdaşlığımızın səviyyəsini yüksəltmək üçün qarşılıqlı marağın olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan yaxşı anlaşmanın mövcud olduğunu da vurğulayıb. Ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan dövlət başçısı bu yaxınlarda Münxendə Avropa Komissiyasının qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə komissarı Yohannes Hanla əməkdaşlığımızın gələcək planları ilə bağlı apardığı müzakirələrin önəmini də qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edəcək səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması üçün əməkdaşlıq formatının işlənib hazırlanacağına ümidvar olduğunu bildirib. Xanım Federika Moqerininin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısındakı çıxışına toxunan Prezident İlham Əliyev münaqişələrin həlli, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, xüsusilə regionda maliyyə təhlükəsizliyi və digər məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini isə bunu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. O, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd edib. Ölkəmizin mürəkkəb regionda yerləşdiyini deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı hər iki tərəfin maraqlarını təmin edəcək strateji səviyyəyə qaldırmağın vacibliyini vurğulayıb.
Ümumiyyətlə, Aİ Azərbaycanı böyük potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir.
Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini davam etdirmək Aİ üçün xüsusi əhəmiyyət daşıyır
Təsadüfi deyil ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi, ilk növbədə, Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir: Birincisi, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Avropa İttifaqı üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən Avropanın enerji təhlükəsizliyi və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Belə olan halda, Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir.
İkincisi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məhz bu amil də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verməsini şərtləndirir.
Beləliklə, Avropa İttifaqı Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Digər tərəfdən, Aİ Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini görür. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Avropa İttifaqı ilə əlaqələrimizin yaxşı tarixi və inkişafı üçün çox əhəmiyyətli potensialı var. Söhbət yalnız enerji təhlükəsizliyindən getmir. Biz siyasi dialoqa, iqtisadi əməkdaşlığa aid bir çox məsələlər üzərində işləyirik. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Demək olar ki, ticarət dövriyyəmizin yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür. Biz regionda təhlükəsizlik məsələləri, proqnozlaşdırma, multikulturalizm və mədəni müxtəliflik ilə bağlı sıx işləyirik. Fikrimcə, Azərbaycan əməkdaşlığın uzun illəri ərzində özünü etibarlı tərəfdaş kimi doğruldub. Biz üzv dövlətlərlə və bütövlükdə, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizi gücləndirmək istəyirik”.
Əsas məqamlardan biri də budur ki, Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir, ölkəmizlə münasibətlərin sırf qarşılıqlı hörmət əsasında və bərabərhüquqlu tərəfdaş formatında davam etdirilməsinin vacibliyini bəyan etmiş olur. Çünki Azərbaycan müstəqil siyasət həyata keçirir, başqa sözlə, öz iradəsi əsasında rasional siyasətini davam etdirir. Odur ki, Azərbaycana qarşı rasional yanaşaraq əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət əsasında davam etdirmək daha uğurlu seçimdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

